PDF Oxu

Müxalifət

  • 29

ASDP-nin keçmiş həmsədri AXCP və Müsavatı hədəfinə götürdü

Ayaz Mütəllibov: "Hakimiyyəti "milli qüvvə"lərə verməyim haqqında cavab olaraq, bildirirəm ki, mən heç kimə heç nə verməmişəm"

ASDP-nin keçmiş həmsədri AXCP və Müsavatı hədəfinə götürdü

Uzun müddət Azərbaycandan kənarda yaşanmış, dövlət başçısının hunamizm siyasətindən yararlanaraq ölkəyə geri dönən və eks-prezident statusuna yiyələnmiş Ayaz Mütəllibov siyasi hadisələrə münasibət açıqlamayacağını bildirsə də, bu arada AXCP və Müsavat partiyalarını ciddi qınaq hədəfinə götürüb. Xatırlatmaq yerinə düşərdi ki, məhz bu qüvvələr 20 il öncə Mütəllibov iqtidarını güc yolu ilə zəbt edərək, birillik hakimiyyətə gəlmişdilər. Ancaq sonrakı illərdə məhz AXC-Müsavat hakimiyyətinin daha çox səriştəsizliyi nəticəsində Azərbaycan dövləti öz müstəqilliyini itirmək təhlükəsi ilə qarşı-qarşıya qalmışdı.

"AXC mənim prezident olduğum dövrün mürəkkəbliyindən, xüsusilə, Dağlıq Qarabağ və onun ətrafında yaranmış ağır vəziyyətdən istifadə edərək, dövlət çevrilişi yolu ilə hakimiyyəti əlimdən alaraq mənimsəyib"

Bu baxımdan, mediaya verdiyi açıqlamasında hazırkı AXC və Müsavatın milli qüvvə olmadığını iddia edən A.Mütəllibov eyni zamanda bildirib ki, özünü cəmiyyətə yeganə siyasi təşkilat kimi təqdim etmək və xalqın adından danışmaq hüququnu mənimsəmək hakimiyyət uğrunda mübarizədə AXC-yə sərfəli idi: "Hakimiyyəti "milli qüvvə"lərə verməyim haqqında mülahizələrinizə cavab olaraq, bildirirəm ki, mən heç kimə heç nə verməmişəm. AXC mənim prezident olduğum dövrün mürəkkəbliyindən, xüsusilə, Dağlıq Qarabağ və onun ətrafında yaranmış ağır vəziyyətdən istifadə edərək, dövlət çevrilişi yolu ilə hakimiyyəti əlimdən alaraq mənimsəyib. AXC sözünün mənası elə hakimiyyət uğrunda cəbhə yaratmaq deməkdir".

Qeyd edək ki, A.Mütəllibovun bu kimi sərt açıqlaması AXCP və Müsavat partiyalarında ciddi təlaşa səbəb olub. Onlar bu xüsusda hələ də arxivlərdə qalan bir çox sənədlərin ictimailəşməsindən ehtiyat etməyə başlayıblar.

AXCP və Müsavat yetkililəri arxivlərin açılmasından ehtiyat edirlər

Belə ki, arxivlərin açılması nəticəsində güc yolu ilə hakimiyyəti ələ keçirmiş dırnaqarası milli qüvvələrin Dağlıq Qarabağda işğalçı erməni ordusu ilə gizli anlaşmaları da ortaya çıxa bilər. Əldə etdiyimiz və dəfələrlə ictimailəşdirdiyimiz məlumata görə, məhz Xocalı soyqırımından sonra Mütəllibov iqtidarına qarşı hücuma keçən AXC-Müsavat rəhbərliyi, əslində, həmin soyqırımında dolayısı ilə iştirakçı rolunu oynayıblar. Belə ki, soyqırımı baş verməmişdən bir neçə gün öncə, İsa Qəmbər bəyan etmişdi ki, cəbhədəki hadisələrin gedişatı onların hakimiyyətə gəlişlərini tezləşdirə bilər.

R.Hüseynova

Digər xəbərlər