PDF Oxu

Müxalifət

  • 17

Müxalifət qüvvələri tükənib

Elşən Manafov: "Zaman-zaman müxalif partiya liderləri arasında ciddi fikir ayrılığı və qarşıdurmalar yaranıb"

Müxalifət qüvvələri tükənib

Uzun illər ərzində ölkədə fəaliyyət göstərən müxalifət düşərgəsini təmsil edən qüvvələri reallığı özündə əks etdirməyən xülyalarından əl çəkmək istəmirlər. Həmin müxalifət partiyalarını təmsil edən sədrlər üzdə gülüb, arxada bir-birinə quyu qazmağa calışıblar. "Dağıdıcı müxalifət partiya sədrlərinin birinin digərini qəbul etməməsinin arxasında böyük iddiaların dayandığını söyləmək olarmı" sualına münasibət bildirən Demokratik Sol Partiyasının sədri Elşən Manafovun sözlərinə görə, Azərbaycanda fəaliyyət göstərən müxalifət partiyalarının gücü yoxdur. Onlar ictimai rəydən, sosial bazadan məhrumdurlar: "Zaman-zaman müxalif partiya liderləri arasında ciddi fikir ayrılığı, qarşıdurmalar yaranıb. Bu gərginliklər seçkilər ərəfəsi özünü daha çox büruzə verir.Bu da onların ümumilli maraqlarından deyil, konyuktur maraqlardan cıxış etmələrindən irəli gəlir. Bütövlükdə müxalifətin konkret ideya ilə çıxış etmək istəkləri alınmır. Müxalifət liderlərinin hər hansı bir təkliflə çıxış etməsi digərinin tənqidinə tuş gəlir. Demək olar ki, bu gün bəzi müxalifət qüvvələrinin ölkəmizlə bağlı xoşagəlməz fikirlərlə cıxış etmələri onlara başucalığı gətirmir. Əksinə, bu cür şəxslər xalqın gözündən daha da düşür". "İctimai Palata" deyilən qurum daha çox ümumi müxalifətin adından çıxış edirmi" sualına belə cavab verdi: "İctimai Palata" ümumi müxalifət adından yox, daha çox öz adından çıxış etməlidir".

"Rəsul Quliyev tez-tez yerdəyişmə həyata keçirir. Səsi müxtəlif ölkələrdən gəlir. Onun maliyyə imkanları, deyəsən, daha böyükdür" fikirinə E.Manafovun cavabı belə oldu ki, "R.Quliyevin hansı maliyyə resurslara malik olub-olmaması və bu resursları necə əldə edib-etməməsi məsələlərinə hüquq-mühafizə orqanları aydınlıq gətirməlidir. Yəni, bu məsələ ilə bağlı dəqiq nə isə deyə bilmərəm".

GÜLYANƏ

Digər xəbərlər