PDF Oxu

Müxalifət

  • 33

Müxalifətin uğursuz gənclər siyasəti

Zöhrab Abdullayev: "Gənc kadrların müxalifətin icazəsiz aksiyalarında iştirak etməsi heç də yaxşı hal deyil"

Müxalifətin uğursuz gənclər siyasəti

Dəfələrlə şəhərin mərkəzi küçələrində qanunsuz aksiyalar keçirən müxalifət heç bir müsbət nəticə əldə edə bilməyib. Hər dəfə uğursuz aksiyalar keçirməklə cəmiyyəti özünə güldürən müxalifət qüvvələri yenidən icazəsiz aksiyalar keçirmək istəyinə düşüb. Müxalifəti təmsil edən qüvvələr özlərinin çirkin niyyətlərini həyata keçirmək üçün daha çox yeniyetmə gənclərdən bir vasitə kimi istifadə edir. Məsələyə münasibət bildirən BAXCP-nin sədr müavini Zöhrab Abdullayev bildirdi ki, bu dəfə də müxalifətçilərin icazəsiz aksiyalar keçirməsi heç də müsbət hal deyil. Bir sözlə, onlar tərəfindən keçirilən bu aksiyalarda kütləvi axın olması gözlənilən deyil.

"Nəyə görə, Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən müxalifət qüvvələrinə icazəli aksiyaların keçirilməsi üçün təyin olunmuş 20-ci sahədə mitinq keçirmək istəmir" sualına münasibət bildirən sədr müavini vurğuladı ki, müxalifətçilər icazəli aksiyaların keçirilməsi üçün onlara verilən yerlərin şəhərin mərkəzi meydanlarından uzaq olduğuna görə, həmin yerlərdə aksiyalar keçirmək istəmirlər. Demək olar ki, müxalifətçilər daha çox diqqəti özlərinə cəlb etməkdən ötrü şəhərdə əhalinin sıx olduğu yerlərdə icazəsiz aksiyalar keçirməyi üstünlük verir. Ona görə də, müxalifət qüvvələri üçün mərkəzi yerlərdə aksiyalar keçirmək daha asan olardı.

Müxalifət düşərgəsini təmsil edən qüvvələrin icazəsiz aksiyaların keçirilməsində gənclərdən öz maraqları üçün istifadə etməsi məsələsində münasibət bildirən Z.Abdullayev qeyd etdi ki, bu gün həm müxalifətin, həm iqtidarın, həm də bitərəf olan gənclər var. Ümumiyyətlə, hər hansı bir iş görmək üçün gəncləri cəlb etmək daha asan olur. Ona görə də, müxalifətçilər yeniyetmə gəncləri özlərinə cəlb etməyə çalışır. Bir sözlə, gənc kadrların müxalifətin icazəsiz aksiyalarında iştirak etməsi heç də yaxşı hal deyil. Yaxşı olardı ki, gənclər daha çox elm və təhsilə üstünlük versinlər.

GÜLYANƏ

Digər xəbərlər