PDF Oxu

Müxalifət

  • 22

Rüstəm İbrahimbəyovun "milli kimliyi" daha çox erməniçiliyə bağlıdır

Və ya rəzil standartlar üzərində qurulmuş ucuz təxəyyül

Rüstəm İbrahimbəyovun "milli kimliyi" daha çox erməniçiliyə bağlıdır

Əgər tarixi dövrlərin müxtəlif siyasi mühit, siyasi mübarizə çağlarına nəzər salsaq, və həmin tarixi-siyasi mühitləri özü-özlüyümüzdə təhlil etsək görərik ki, bu çərçivədə iki yola ayrılmış baxışlar, tərs mütənasibliklər mövcuddur. Yəni burada qarşı tərəflərin müxaliflik təşkil edən, bir-birinə zidd olan kifayət qədər əks fikirlərini aşkar edərik. Amma hər bir firkin arxasında bir arumentin, bir həqiqətin də dayandığını istisna etmək olmaz. Belə ki, hər iki tərəf öz düzlüyünü isbat etməkdən ötrü təbii ki, əlində olan arqumentlərini ortaya qoyaraq, üstünlük, çoxluq əldə etməyə can atır. Və əlbəttə ki, siyasi mübarizədə sözügedən amil vacib şərtlərdən biri, bəlkə də əsasıdır.

Çünki gələcəkdə böyük icma, cəmiyyət, xalq qarşısında aparılan mübarizənin boş olmadığını, həqiqi müxalifətçiliyi təsdiq etmək üçün təməlli arqumentlərə sahib olmaq mühüm faktorlardandır. Yuxarıda qeyd etdiyimiz kimi, bu kimi siyasi mühitlər tarixlər boyu bütün çağlarda mövcud olmuşdur. Amma təəssüf ki, belə mövcudluğu hər müxalif baxışlara aid etmək mümkün deyil. Məsələn, Azərbaycanda siyasi müxalifətçilik anlayışı tamamilə fərqli məcrada "inkişaf" edib, nəticəsi isə heç də ürəkaçan deyil. Çünki bu cür "müxalifətçilik baxışları" getdikcə sağlam düşüncəli cəmiyyət anlamından daha da uzaqlaşır, daha da cılızlaşır və nəticədə sürətlə məhvə uğramaq xəttini tutur. Məqamlardan biri də həmin "müxalifətçiliyin" xalq tərəfindən qətiyyətlə rədd edilməsidir. Ona görə ki, rədd edilmənin arxasında dövlətçiliyə qarşı aşkar çıxışların mövcud olması faktı dayanıb. Belə mövcudluqlarda özlərini "ziyalı" kimi ictimaiyyətə sırımağa səy göstərənlərin əl-ayağa düşmələri xalqın ciddi hiddəti ilə nəticəsini tapır. Əbəs yerə deyil ki, belə "ziyalılara" xalq arasında "reneqatlar" da deyirlər.

Rüstəm İbrahimbəyov niyə "qatı müxalifətçi" oldu?

Bu gün "İctimai Palata"da, yaxud da Müsavat, AXCP kimi dağıdıcı müxalifət partiyalarında, həmin, partiyaların "Yeni Müsavat", "Azadlıq" adlı mətbu orqanlarında açıq-aşkar Azərbaycanın dövlətçilik maraqlarını ayaqlar altına atan, xalqı-milləti təhqir edənlər arasında baş reneqatçılıq yolunu Rüstəm İbrahimbəyov tutmaqdadır. Bu, həmin R.İbrahimbəyovdur ki, Rusiya mətbuatı vasitəsilə ermənilərə "qardaş" deyib dil tökür, onların anti-Azərbaycan meyilli baxışlarına dəstək göstərir. "Azərbaycanda hakimiyyətə iddialı olan partiya sədriyəm" deyən İsa Qəmbər, Əli Kərimli kimi xəyanətkarlar tolumu isə başda R.İbrahimbəyov olmaqla, onun timsalında fəaliyyət göstərən xainləri müdafiə edirlər. Çünki ortada onların "hansı yolla olursa-olsun, hakimiyyətə gələcəyik" kimi quduz ambisiyaları mövcuddur. Ancaq belə ambisiyaların "burundan o tərəfi görməmək" kimi məsəllə bərabər gerçəkləşməyəcəyini hər kəs yaxşı bilir. Elə onların özləri də...

R.İbrahimbəyovun reneqtlıqla yanaşı, həm də "qatı müxalifətçi" olmasına gəlincə bir çoxlarını məhz bu sual düşündürür: Bu adam, niyə "qatı müxalifətçi" oldu?

Nəyə görə R.İbrahimbəyov şəxsi maraqları çərçivəsindən çıxış edərək, Azərbaycan xalqına və dövlətinə qərəzlər yağdırmaqla məşğuldur? Həmin suallara cavab axtarmaq isə çətinlik yaratmır. Belə ki, bu fərdin müxalifət qəzetlərinə verdiyi palaz-palaz müsahibələri arxasında dayanan məsələlərdən biri də onun qeyri-qanuni biznes maraqlarının təmin olunmaması dayanıb. Məhz biznes maraqlarının təmin olunmamasına görə, R.İbrahimbəyov bütünlükdə Azərbaycan xalqına həqarətlər, aşağılayıcı ifadələr işlətməyə başlayıb. Azərbaycanı və azərbaycanlıları aşağılayan açıqlamaları ilə özünü gündəmə gətirməyə çalışan R.İbrahimbəyovun "kino çəkmək" adı ilə özəl biznes maraqlarını təmin etməyə cəhd göstərməsi, qanunsuz torpaq mülkiyyətlərinə sahib olması və cəhdinin həyata keçməməsindən sonra anti-Azərbaycan xarakterli açıqlamaları ilə yenidən qərəzlərə, böhtanlara, şantajlara əl atması onun aşkar simasızlığını ifşa edir. Demək, R.İbrahimbəyovun ucuz təxəyyülündən belə çıxır ki, o, dövləti aldatmağa cəhd göstərəndə hər şey yaxşı, dövlət onun qanunsuz əməllərini ifşa edəndə pis olur? Bax, məsələ də bundadır ki, onun həyat və fəaliyyəti bundan o yana gedib çıxmayıb. Çünki təxəyyülünün ucuz inkişafı yalnız rəzillik standartlarında qurulub.

O, "milli kimliyi" ilə daha çox erməniçiliyə bağlıdır

Bu gün müxalifət mətbuatında vaxtilə Rusiya mətbuatında verdiyi müsahibələrin prototipini təkrarlayan reneqat İbrahimbəyov bir daja sübut edir ki, o, "milli kimliyi" ilə daha çox erməniçiliyə bağlı olan xainlərdəndir. Yəni 2008-ci ildə "Pravda", "İzvestiya", "Russkoye slovo" kimi qəzetlərdə erməni təbliğatçılığı ilə məşğul olan, həmin mətbu orqanlarda ermənilərin "yaxşı" azərbaycanlıların isə "pis" olması haqqında ucuz mükamilələr aparan R.İbrahimbəyov imkanı olsaydı bu gün milli pasportunda milliyyətini ERMƏNİ yazdırardı.

Acınacaqlısı da odur ki, balayanları, avanesovları "qardaş" adlandıran bu fərd sabah bundan da berət addımlar atmağa hazır olduğunu gizlətmir. Ancaq hələ ki, dediklərini təkzib etməyə çalışan R.İbrahimbəyov özünü çətin duruma salıb. Məsələn, R. İbrahimbəyov indi də durub iddia edir ki, guya erməni qardaşlığı kimi qələmə verdiyi Roman Balayanı Bakıya-villasına qonaq çağırmayıb. Lakin elə bu iddiasının ardınca o, həmin erməninin "Daşnaksütyun" partiyası ilə bağlılığının olmadığını iddia etməklə, sanki onun müdafiəsinə qalxmış olur. Sual olunur, R.İbrahimbəyov R.Balayanın "Daşnaksütyun" partiyasının üzvü olmadığını haradan öyrənib və nəyə görə onu ciddi-cəhdlə müdafiə edir? Elə Avanesovu da Balayan kimi müdafiə edən reneqat İbrahimbəyov burada hansı məqsədi güdüb? Guya Avanesovun Bakıya dəvət edilməsi arxasında erməninin öz doğmalarının qəbirlərini ziyarət etmək məsələsi dayanıbmış. Məgər R.İbrahimbəyov erməni qardaşlığını Bakıya dəvət edib, erməni qohumlarının qəbirlərini göstərmək yerinə azərbaycanlıların öz torpaqlarında, erməni işğalı altında olan dədə-baba qəbirlərini ziyarət etmələrinə niyə şərait yaratmağa can atmır? Niyə R.İbrahimbəyov bu gün onu müfadiə edən Söyün Sadıxovla birgə Moskvada milli mətbəx nümunələrimizi, folklorumuzu ermənilərlə bölüşdürəndə ermənilərin azərbaycanlıların qəbirlərini belə atəşə məruz qoyduqlarını onların üzlərinə çırpmayıb? Yəqin qorxub edib ki, pullu-paralı erməni lobbisi ona ayırdığı yüz minlərin kökünü kəsər. Qorxub ki, ermənilərlə separat, xain danışıqlara gedən S.Sadıxov da ondan imtina edər. Bax, budur R.İbrahimbəyovun iç üzü.

RÖVŞƏN NURƏDDİNOĞLU

P.S. Bu gün S.Sadıxov "Azadlıq" qəzetində Azərbaycan xalqına müraciət edərək, "barmaq silkələyir", R.İbrahimbəyovu özünə "ağsaqqal" sayır, R.İbrahimbəyov isə onun həmin sərsəm "barmaq silkələmələri" qarşılığında daha da azğınlaşır, daha da quduzlaşır. Və burada son olaraq, belə nəticəyə gəlmək mümkündür. Nəticəyə gəlmək mümkündür ki, əslində S.Sadıxov öz milyardlarına arxalanaraq unudur ki, həmin milyardlar həyatda heç nəyi həll etmir. Ona görə də Azərbaycana tərəf "silkələnən barmağı" dibindən kəsilib atıla bilər. Bundan sonra nəinki "ağsaqqal" hesab etdiyi R.İbrahimbəyov, heç erməni lobbisi də həmin barmağı qaytarıb yerinə tikə bilməz...

Digər xəbərlər