PDF Oxu

Müxalifət

  • 19

Tənzimləmə sənədi imzalana bilər

Elşad Mirbəşiroğlu: "ATƏT-in Minsk Qrupunun həmsədrləri işğalçı ölkə olan Ermənistanı tutduğu qeyri-konustruktiv mövqeyindən çəkindirməlidir"

Tənzimləmə sənədi imzalana bilər

Məlumatlara görə, ATƏT-in Minsk Qrupunun həmsədrləri regiona səfərləri cərcivəsində Ermənistan və Azərbaycan rəhbərliyinə sənədlər təqdim edəcəkdir. Bu sənədlər əsasında da Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dekabrın 6-7 - də Dublində keçiriləcək ATƏT-in nazirlər şurasının toplantısında Xarici İşlər Nazirləri səviyyəsində sənəd imzalanacaq. Bu məlumatı Ermənistan mətbuatı yayıb. "Erməni mətbutının yaydığı məlumat nə dərəcədə reallığı əks etdirir" sualına cavab olaraq politoloq Elşad Mirbəşiroğlu cavab verib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri regiona səfərləri zamanı Ermənistan və Azərbaycan rəhbərliyinə təqdim olunacaq tənzimləmə sənədi ola bilər : "Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan tərəfinin mövqeyi məlumdur. Yəni, Azərbaycan tərəfi Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll olunmasının tərəfdarıdır. Amma işğalçı Ermənistan münaqişənin uzanmasında maraqlıdır. Demək olar ki, Dağlıq Qarabağ probleminin həlli istiqamətində bütün variant və təkliflər irəli sürülüb. Sadəcə olaraq, işğalçı tərəf bu təkliflərlə razılaşmayıb. Bu baxımda, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin regiona səfəri zamanı hər hansı bir real tənzimləmə təklifi ilə çıxış edəcəkləri inandırıcı görünmür".

"Rusiyanın təsiri altında olan Sarkisyan rejimi ATƏT-in Minsk Qrupunun təklifinə nə dərəcədə razılıq verə bilər" sualına cavab olaraq politoloq vurğulayıb ki, "ATƏT-in Minsk Qrupunun həmsədrləriyində məsələlərə daha çox nəzarəti həyata keçirən məhz Rusiya tərəfidir. Bildiyiniz kimi, Rusiya tərəfinin təşkilatçlılığı ilə Dağlıq Qarabağ münaqişəsi ətrafında danışıqlar aparılıb. Amma nənicə olmayıb. ATƏT-in Minsk Qrupunun həmsədrləri işğalçı ölkə olan Ermənistanı tutduğu qeyri-konstruktiv mövqeyindən çəkindirməli idi. Çünki ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi tərəf kimi üzərinə öhdəliklər götürüb. Bu öhdəliklər yerinə yetirilmirsə, bu halda, həmsədrlərin tərkibi dəyişdirilməlidir. Qısaca onu demək olar ki, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində ATƏT-in Minsk Qrupu həmsədrlərinin fəaliyyəti fəaliyyətsizlikdən başqa bir şey deyil".

GÜLYANƏ

Digər xəbərlər