PDF Oxu

Müxalifət

  • 23

Hər zaman bölünənlər...

Destruktiv düşərgənin birləşməsi mümkün deyil

Hər zaman bölünənlər...

\r\n

\r\n

\r\n Müxalif düşərgədə seçkidən seçkiyə gündəmə gələn \"vahid namizəd\" oyunu bu dəfə elə ilkin mərhələdə iflasa uğrayıb. Söhbət ondan gedir ki, artıq özlərini \"radikal\" adlandıranlar sırasında iddialı görünən bir neçə müxalifət təmsilçisi hər hansı müzakirələrə əhəmiyyət vermədən prezident seçkilərində iştirak edəcəklərini bildiriblər. Xüsusən, müxalifətin destruktiv qütbünün cəmləşdiyi \"İctimai Palata\"da bununla bağlı ciddi məyusluq və təbəddülatlar yaşanır. Belə ki, aparılan uzunmüddətli müzakirələri, həmişə olduğu kimi, yenə də Müsavat başqanı İsa Qəmbər pozub. O, artıq bir neçə dəfə \"İP\"-in, eləcə də, müxalif partiyaların müvafiq qərarını gözləmədən seçkiyə qatılacağını söyləyib.

\r\n

\r\n Bundan isə ən çox narazı qalan və məyus olan hazırda, əsasən, köhnə \"Yurd\"çuların kiçik bir qismindən ibarət AXCP mənsublarıdır. Diqqəti çəkən odur ki, bu qurumun təmsilçiləri vaxtaşırı Müsavat başbilənləri tərəfindən aldadılırlar. Buna baxmayaraq, AXCP funksionerlərinin \"Müsavat sevgisi\" heç cür tükənmək bilmir. Əslində, nəyin necə baş verdiyini anlamaq elə də çətin deyil. Bu, iki partiyanın zahiri müttəfiqliyi fonunda barışmaz rəqabətin gizləndiyini hər kəs bilir. Müsavatın təmsilçiləri hər zaman müxtəlif vasitələrlə, açıq və gizli şəkildə AXCP-nin zəiflədilməsinə, parçalanmasına, bölünməsinə, kölgədə qalmasına çalışıblar və dəfələrlə buna müvəffəq olublar. Doğrudur, Müsavatın itkiləri, bu partiyadan baş verən qopmalar da yetrincə böyükdür. Bununla yanaşı, İsa Qəmbərin AXCP sədri Əli Kərimlini hər dəfə müxtəlif cəlbedici təkliflərlə aldatması sonuncunu gerçəkdən tragikomik vəziyyətə salıb.

\r\n

\r\n Maraqlı və diqqətiçəkən məqamlardan biri də budur ki, AXCP sədri belə məqamlarda nədənsə ya çox loyal, yumşaq reaksiya verir, ya da müsavatçıların onu dönə-dönə aldatması müqabilində yalnız susmaqla kifayətlənir. Bu isə sonuncunun onsuz da mənfi imicli siyasi obrazının tamamilə darmadağın edilməsi ilə nəticələnib. Bütün bunlar Müsavat başqanının da bir siyasətçi kimi, çoxsaylı neqativ xüsusiyyətlərini üzə çıxarır. Açıq-aşkar görünür ki, o, siyasətdə qeyri-səmimiliyi ilə seçilir, merkantil davranışa üstünlük verir. Məhz bunun nəticəsidir ki, getdikcə sıraları seyrələn Müsavatın durumu köhnə rəqibi AXCP ilə müqayisədə heç də yaxşı deyil.

\r\n

\r\n İstisna deyil ki, Müsavat başqanının belə addım atmasında \"AXCP-Müsavat\" seçki blokunun son parlament seçkilərində total məğlubiyyətə uğramasının da önəmli təsiri var. Xatırladaq ki, hər iki partiya 2 il əvvəl seçkilərə vahid namizədlər siyahısı ilə getsələr də, parlamentdə yer qazana bilməmişdilər. Başqa sözlə, məğlubların ittifaqı Müsavat başqanına uğur deyil, başağrısı gətirdiyindən o bu dəfə AXCP yükünü elə seçkilərə bir il qalmış üzərindən atmağa qərar verib.

\r\n

\r\n Bəllidir ki, İ.Qəmbər bu iki partiyanın \"vahid namizəd\"i kimi, seçkiyə getsə, AXCP mənsubları qazanıla biləcək 3-5 faiz seçici səsinin böyük hissəsinin məhz onların tərəfdarlarına aid olacaqlarına söyləcəklər. Digər tərəfdən, indiyədək kim Ə.Kərimli və onun AXCP-si ilə müttəfiqlik edibsə, qazandığını belə itirib, seçkilərdə böyük səs, elektorat itkisi ilə üzləşib. AMİP və onun sabiq sədri Etibar Məmmədovun başına gələnlər buna əyani misaldır. Məsələn, 2000-ci ilin parlament seçkilərinə bu müttəfiqlik AMİP-in 6 faizlik baryeri keçə bilməyərək, Milli Məclisdən kənarda qalması ilə nəticələnmişdi. 2003-cü ilin prezident seçkilərində isə Ə.Kərimlinin namizədliyini onun xeyrinə geri götürməsi müqabilində Etibar Məmmədov 1998-ci illə müqayisədə 8 faiz az, cəmi 2,7 faiz seçicinin səsini toplaya bilmişdi. Görünür, bütün bunları götür-qoy edən Müsavat başqanı seçkilərdə AXCP-siz və Ə.Kərimlisiz iştirakın daha məqbul variant olduğunu düşünür.

\r\n

\r\n Beləliklə, AXCP ilə Müsavat Partiyasının vahid namizədini müəyyənləşdirilməsinin mümkünsüzlüyü barədə deyilənlər bir daha əyani təsdiqini tapır. Prinsip etibarı ilə, bu iki partiyanın seçkilərə vahid namizədlə getməsi belə heç nəyi dəyişmir. Destruktiv düşərgənin təmsilçiləri istənilən halda ictimai rəydə qəbul edilmədiklərindən, sosial dayağa malik olmadıqlarında onların labüd məğlubiyyəti qaçılmazdır.

\r\n

\r\n NAİB

Digər xəbərlər