PDF Oxu

Müxalifət

  • 27

Müxalifətin uğursuz cəhdləri

Müxalifətin uğursuz cəhdləri

Hər dəfə müxalifət qüvvələri icazəsiz aksiyalar keçirməklə cəmiyyəti özünə bir daha güldürür. Demək olar ki, dəfələrlə müxalifət qüvvələri tərəfindən icazəsiz aksiyalar keçirilib və bu aksiyaların irəliyə doğru hər hansı bir nəticə verməsinin şahidi olmamışıq. Çünki müxalifətin xalq tərəfindən heç bir siyasi dəstəyi yoxdur ki, onların keçirdikləri aksiyalarda iştirak etsinlər. Səmərəsiz fəaliyyət göstərən müxalifət düşərgəsini təmsil edən qüvvələr yenidən ölkədə icazəsiz aksiyalar keçirmək istəyinə düşüblər. Bu məsələyə aydınlıq gətirmək üçün müsahiblərmizə müraciət etdik.

Araz Əlizadə,

ASDP-nin sədri:

- Hesab edirəm ki, müxalifət qüvvələrinin növbəti dəfə icazəsiz aksiya keçirməsi heç bir ciddi nəticə verməsinə gətirib çıxaran deyil. Demək olar ki, icazəsiz aksiya keçirən müxalifət qüvvələrinin bu cür hərəkətlərə əl atması özlərini reklam etməkdən irəli gəlir. Bir sözlə, düşünürəm ki, müxalifət düşərgəsini təmsil edən qüvvələrin yenidən icazəsiz aksiyalar keçirməyə cəhd etmələri uğursuz nəticə verəcəkdir.

Zöhrab Abdullayev,

BAXCP-nin sədr müavini:

- Müxalifət düşərgəsinin təmsil edən qüvvələrin icazəsiz aksiyalar keçirməsi artıq ənənəvi xarakter daşıyır. Bir sözlə, müxalifət qüvvələrinin keçirdiyi növbəti aksiyaları da əvvəlki aksiyalar kimi nə isə bir nəticə verməsi inandırıcı görünmür. Demək olar ki, müxalifət təmsilçilərinin başqa görə biləcəyi heç bir iş olmadığına üçün, bu cür aksiyaların keçirilməsinə üstünlük verirlər. Təbii ki, bu günə qədər müxalifət qüvvələrinin gördükləri iş ancaq özlərini reklam etməkdən ibarət olub.

GÜLYANƏ

Digər xəbərlər