PDF Oxu

Müxalifət

  • 26

Əli Kərimli Əbülfəz Elçibəyin ölümündə əlinin olmadığını isbatlamağa çalışır

Və ya özünə qarşı sui-qəsdin olduğunu gündəmə gətirən AXCP sədri ucuz manipulyasiya kampaniyasına baş vurmaqdadır

Əli Kərimli Əbülfəz Elçibəyin ölümündə əlinin olmadığını isbatlamağa çalışır

\r\n

\r\n

\r\n Son bir neçə gündür ki, \"Azadlıq\" qəzetində Əli Kərimli ilə bağlı gülüş doğuran təbliğat kampaniyasına start verilib. Qəzetin hər bir nömrəsində AXCP sədrinin fəaliyyətinə toxunacaq çoxsaylı materiallar dərc olunur ki, bu da elə bir təsəvvür yaradır ki, sanki Ə.Kərimli artıq özünü müxalifətin namizədi elan edib və özü ilə bağlı manipulyativ aksiya keçirir. Bu aksiyanın növbəti halqası da Ə.Kərimliyə qarşı sui-qəsdin olması ilə bağlı aparılan ucuz şoudan ibarətdir. Ə.Kərimlinin nəzarətində olan qəzetin son nömrələrində hansısa idmançının adından obyektivliyi şübhə doğuran məktubun mətni dərc olunur və ona şərhlər verilir. Əlbəttə ki, bu yolla özünü təmizə çıxarmağa çalışan Ə.Kərimli bu cür ucuz təbliğat kampaniyası ilə bir neçə hədəfə nail olmağı planlaşdırır.

\r\n

\r\n Birincisi, Ə.Kərimli mütləq şəkildə seçkilərə start verilənədək, üzərində olan günahı yumağa çalışır. Yəni, AXCP sədri Ə.Elçibəyin ölümündə əlinin olmadığını isbatlamağa çalışır.

\r\n

\r\n Qeyd edək ki, Əbülfəz Elçibəyin zəhərləndirilərək öldürülməsi məsələsi gündəmə gələrkən, Ə.Kərimlinin ilkin çırpıntıları bir fayda vermədi, əksinə, bununla bağlı şübhələri daha da artırdı. Çünki elə Ə.Kərimlinin tərəfdarlarının verdiyi açıqlamalardan aydın olurdu ki, Əbülfəz Elçibəyin zəhərləndirilərək öldürülməsində birinci şübhəli AXCP sədridir. Təbii ki, bu faciə ilə bağlı təhlilləri bir qədər də dərinləşdirdikdə, görürük ki, həqiqətən, Ə.Kərimli belə bir planı qura bilərdi. Ona görə ki, Əbülfəz Elçibəy sağ olduğu müddətdə Ə.Kərimli hər zaman onun kölgəsində yer alırdı. Eyni zamanda, Əbülfəz Elçibəy heç bir halda xarici qüvvələrlə xəyanətkar danışıqlara getməzdi və bu da Ə.Kərimlinin iddialanının reallaşmasına ən böyük maneə idi. Bu baxımdan, AXCP sədri öz liderinə qarşı faciəvi nəticələrə gətirib çıxaran addımlar ata bilərdi.

\r\n

\r\n İkincisi, Ə.Kərimli bu kampaniya ilə gündəmi zəbt etmək və cəmiyyətin müzakirə obyektinə çevrilmək niyyətindədir. Çünki son günlər ərzində vaxtı ötmüş Müsavat başqanı İsa Qəmbərin Avropa ölkələrinə səfərlər etməsi, sosial şəbəkələrdə və mətbuatda namizəd olmaqla bağlı təbliğat aparması AXCP sədrini də alternativ addımlar atmağa sövq edir. Ə.Kərimli bəlkə də, düşünür ki, özünə qarşı olmamış bir hadisə ətrafında şişirdilmiş kampaniya qursa, onun üçün uğurlu olar. Əlbəttə ki, siyasi kampaniyalar zamanı biz bu cür təbliğatların ayrı-ayrı ölkələrdə tez-tez aparıldığının şahidi olmuşuq. Amma praktik baxımdan deyə bilərik ki, belə təbliğat kampaniyaları hər zaman iflasa uğrayır və bu fəaliyyəti reallaşdıran siyasətçilər fiksiyaçı adını alırlar.

\r\n

\r\n Göründüyü kimi, Ə.Kərimlinin başlatdığı ucuz təbliğat kampaniyası yalnız onun təmizə çıxarılması üçün həyata keçirilir. Düşünürük ki, AXCP sədrinin digər kampaniyaları kimi bu da iflasa uğrayacaq. Çünki həqiqətdən qaçmaq mümkün və Ə.Kərimlinin xəyanətkar əməlləri artıq təkzib olunacaq səviyyədə deyil.

\r\n

\r\n

\r\n

\r\n \"Səs\" Analitik Qrupu

Digər xəbərlər