PDF Oxu

Müxalifət

  • 17

VİP-Müsavat gərginliyinə start verildi

Əli Əliyevin müavini Arif Hacılının ittihamlarını cavabsız qoymadı

VİP-Müsavat gərginliyinə start verildi

\r\n

\r\n

\r\n Müxalifətdaxili ittihametmə kampaniyasına daha bir partiya qoşuldu. Belə ki, Vətəndaş və İnkişaf Partiyasının sədr müavini Ramil Hüseynov Müsavat partiyası mərkəzi icra aparatının rəhbəri Arif Hacılının qarşı tərəfi hakimiyyətə loyal münasibət sərgiləməsi, hakimiyyətin əlaltısı olması ittihamlarına cavab olaraq bildirib ki, Müsavat yetkilisi hələ də ABŞ səfərinin eyforiyasından çıxa bilməyib. Bu baxımdan, İsa Qəmbərin başqanı olduğu siyasi təşkilat bütün ölçülərini itirib: \"Arif Hacılı güzgü qabağında danışıb. Bu adamın Əli Əliyevin adını da çəkməsi onun bütün ölçülərinin itkisi kimi qiymətləndirilməlidir\".

\r\n

\r\n

\r\n

\r\n \"Amerikadan yeni qayıtmış Arif Hacılının təbii mühitə təkrar uyğunlaşmasında problem yaranıb\"

\r\n

\r\n

\r\n

\r\n VİP rəsmisi Müsavat səlahiyyətlisinin təbii mühitə təkrar uyğunlaşmasında çətinlik çəkdiyini deyərək, dolayısı ilə A.Hacılını təhqir edib: \"Açıq görünür ki, Amerikadan yeni qayıtmış Arif Hacılının təbii mühitə təkrar uyğunlaşmasında problem yaranıb. Belə olmasaydı, Arif bəy hədəfə götürdüyü siyasətçi haqqında açıq danışmaq əvəzinə, tam yersiz olaraq, Əli Əliyevin və digərlərinin adını çəkməzdi\".

\r\n

\r\n Əvəzində Müsavat partiyasını xəyanətdə suçlayan R.Hüseynov, əslində, İ.Qəmbərin fəaliyyətinin araşdırılması zərurətinin olduğunu bildirib.

\r\n

\r\n

\r\n

\r\n \"Arif Hacılı və onun kimi düşünən başqaları deyəcəklərinin qarşılığında eşidəcəklərini əvvəlcədən mütləq nəzərə alsınlar\"

\r\n

\r\n

\r\n

\r\n VİP sədrinin müavini bunu belə izah edib ki, hələ 2005-ci ildə müxalifət partiyaları parlament seçkilərinə qatılmadığı halda, İ.Qəmbər və A.Hacılı müxalifətin atdığı addımlara qarşı çıxmışdılar: \"Bunu Arif bəy də çox gözəl bilir.... Amma lazım gəlsə, belə faktların sayını yetərincə artırmaq da olar. Ona görə də, istər Arif Hacılı, istərsə də, onun kimi düşünən başqaları deyəcəklərinin qarşılığında eşidəcəklərini əvvəlcədən mütləq nəzərə alsınlar\".

\r\n

\r\n Göründüyü kimi, 2013-cü il seçkiləri yaxınlaşdıqca, bir-birinə zidd olan, kifayət qədər kəskin ittihamlarda bulunan müxalif siyasi partiyaların sayları da artmaqda davam edir. Belə olan halda, həm partiyalar daxilıində, həm də partiyalararsı münasibətlərdə müxtəlif şübhələr, xəyanətkarlıqlar axtarmağa başlayan düşərgə təmsilçilərinin nəinki seçkilərdə iştirakı, eyni zamanda, düşərgədə qala bilmək şansları get-gedə tükənir.

\r\n

\r\n

\r\n

\r\n MÜBARİZ QULİYEV

Digər xəbərlər