PDF Oxu

Müxalifət

  • 31

Facebook-da Şaxta Baba axtarışı

Və ya dağıdıcı müxalifət 2013-cü il "yolkasını" bəzəyə bilmədi

Facebook-da Şaxta Baba axtarışı

Artıq əminliklə demək olar ki, dağıdıcı müxalifət qütbü seçkilər ərəfəsində nəinki yekdil rəyə gələ bilmək şansını itirdi, eləcə də, öz aralarında 2013-cü il seçkilərinin "vahid namizədini" müəyyənləşdirməyi bacarmadı. "Liderlər" arasında baş verən müxtəlif səpgili qarşıdurmalar səbəbindən yaşanan gərginliklər isə qarşısıalınnmaz prosesə çevrilib. Belə ki, bu və ya digər şəkildə ümumi razılığı əldə edə bilməyən AXCP və Müsavat rəhbərliyi son əlacı açıq hücumlarda və təhqir metodlarında axtarmağa başlayıblar. Maraqlı məqam isə budur ki, hər iki partiya sədrinin mətbuata verdikləri müsahibələri kəsişən xətt üzrə inkişaf edib. Müsavat başqanı İsa Qəmbərin "vahid namizədi" Şaxta Babaya bənzətməsi və bu fikri ilə "vahid namizəd" ideyasının baş tutmayacağına eyham vurması "cəbhəçilər" tərəfindən hiddətlə qarşılanıb. Bununla yanaşı, İ.Qəmbərin Şaxta Baba ironiyası "facebookda" Müsavat-AXCP savaşının iç üzünü aşkar edib.

Fuad Qəhrəmanlı: "Əgər "vahid namizəd" olmayacaqsa, bu halda namizədlər Şaxta Baba vəziyyətinə düşəcək..."

AXCP sədrinin müavini Fuad Qəhramanlı sosial şəbəkələrdə "vahid namizəd" məsələsinini "ciddi" olduğunu iddia edərək, dolayısı ilə İ.Qəmbərin açıqlamasını qeyri-ciddi kimi qəbul edildiyini bildirib. Amma buna rəğmən etiraf edib ki, əgər müxalifət, həqiqətən də, "vahid namizəd" məsələsini həll edə bilməyəcəksə, demək, onlar həqiqətən də, Şaxta Babaya dönəcəklər: "Əgər "vahid namizəd" olmayacaqsa, bu halda namizədlər Şaxta Baba vəziyyətinə düşəcək".

Eyni zamanda, AXCP sədrinin bir müddət öncə praymeriz üsulu ilə namizədin müəyyənləşdirilməsi ideyasına da Müsavat rəhbərliyi tərəfindən barmaqarası baxılması F.Qəhrəmanlını qəzəbləndirib. İ.Qəmbərin həmin ideyaya qarşı çıxmasında heç bir arqument gətirmədiyini iddia edən "cəbhə" sədrinin müavini bundan narahat olduğunu dilə gətirib: "Bütün dünyada sınaqdan çıxmış bu düstrun heç bir arqument gətirmədən inkar edilməsi narahatlıq yardır".

Bir daha xatırladaq ki, F.Qəhramanlının "facebookda" yazdığı həmin statusa müxtəlif şərhlər yazılıb və həmin şərhlərin əksər çoxluğu qarşılıqlı təhqirlərlə müşahidə olunub. Ə.Kərimlinin adamları İ.Qəmbəri, İ.Qəmbərin adamları isə Ə.Kərimlini müxalifəti dağıtmaqda, xəyanətdə və alçaqlıqda günahlandırıblar.

Gülağa Aslanlı: "Əgər İsa Qəmbərin söylədiklərini lazımı səviyyədə qəbul edə bilməyibsə, müttəfiq kimi bunu sosial şəbəkələrdə yaymaq yox, gəlib bir daha bizdən soruşmalı idi..."

Müsavat başqanınn müavini Gülağa Aslanlı isə öz cavab statusunda F.Qəhrəmanlını dolayısı ilə anlaqsız adlandırıb. Müsavat səlahiyyətlisi iddia edib ki, Ə.Kərimlinin müavini hələ də "vahid namizədlə" "əsas namizəd" arasındakı fərqi anlamaqda çətnilik çəkir. Müsavat funksioneri AXCP rəsmisinə 2003-cü il seçkilərini də xatırladaqraq bildirib ki, həmin ərəfələrdə İ.Qəmbər "vahid namizəd" ideyasını reallaşdırmaqdan ötrü xeyil çaba göstərsə də, Ə.Kərimli müttəfiqinə qarşı xəyanət edib və nəticədə müxalifət həmin seçkilərdə məğlub olub: "Fuad Qəhrəmanlının yazdıqlarından belə məlum olur ki, o, hələ müxalıfətin "vahid namizədi" ilə "əsas namizədi" arasındakı fərqin nədən ibarət olduğunu ayırd edə bilməyib. Əgər onun Azərbaycanda özünü müxalifət hesab edən partiyaların, birliklərin, ictimai təşkilatların, ziyalıların arasından "vahid namızəd" seçmək, müəyyənləşdirmək və ya razılaşdırmaq kimi xüsusi bir bacarığı varsa, buyursun. İsa Qəmbər 2003-cü ildə xeyli enerji sərf etsə də, sonda bunun alınmadığının canlı şahididir. Əgər İsa Qəmbərin söylədiklərini lazımı səviyyədə qəbul edə bilməyibsə, müttəfiq kimi bunu sosial şəbəkələrdə yaymaq yox, gəlib bir daha bizdən soruşmalı idi... Müttəfiqlik cətin işdir. Şərtləri yerinə yetirmək hər kəsin borcudur. Bunu heç kim unutmasa, yaxşı olar".

Artıq belə qənaətə də gəlmək mümkündür ki, dağıdıcı qütbün yenidən bir araya gələrək, hər hansı siyasi qərar qəbul etməsi mümkünsüz görünür. Həmin mümkünsüzlük 2010-cu ildə "İctimai Palata" adlı qondarma qurum yaradılarkən özünü kifayət qədər büruzə vermişdi. İ.Qəmbərin tərzi ilə desək, Şaxta Babanın tapılmaması, dağıdıcı müxalifətin yeni 2013-cü il "yolkası"nın" bəzədilməməsi ilə nəticəsini tapıb.

MÜBARİZ QULİYEV

Digər xəbərlər