PDF Oxu

Müxalifət

  • 24

Elşad Abdullayevin "videobombası" Müsavatı partlatdı

Əbülfəz Elçibəy sui-qəsdində Əli Kərimli ilə yanaşı, İsa Qəmbərin də əli olduğu üzə çıxır

Elşad Abdullayevin "videobombası" Müsavatı partlatdı

Fəaliyyəti dayandırılmış ABU-nun eks-rektoru, hazırda Fransada mühacir həyatı yaşayan Elşad Abdullayevin son "videobombası" daha bir neçə müəmmaları ortaya çıxarıb. Belə ki, sonuncu videogörüntülərdə AXCP lideri Əbülfəz Elçibəyin həyatına edilmiş sui-qəsddə adı hallanan Rövşanə Əliyeva adlı şəxsin Müsavat partiyasının üzvü olduğu məlum olub. Bəlli olub ki, R.Əliyeva 90-cı illərin sonlarından etibarən özünü cəmiyyətə Azərbaycanın "ana müxalifət" partiyası kimi təqdim edən Müsavatın üzvüdür. Onu da qeyd edək ki, adıçəkilən şəxs 2003-cü ilin 15-16 oktyabr hadisələrinin iştirakçısı, eyni zamanda, 2005-ci ildə dağıdıcı "Azadlıq" blokunun aksiyalarında fəallıq edən müxalifətçi kimi yadda qalmışdır. Onu da bildirək ki, R. Əliyeva mətbuata verdiyi açıqlamasında da müxalifətçi olduğunu gizlətməmiş və bunu belə təqdim etmişdi: "Mən Azərbaycanın müstəqilliyi uğrunda tələbələrlə mitinqlər təşkil edəndə, Elşad Abdullayev kənddə mal peyini satırdı".

Hazırda Müsavat partiyası rəhbərliyi R.Əliyevanın sözügedən etirafını ciddi-cəhdlə gizlətməyə səy göstərsə də, aparılan araşdırmalardan da bəlli olur ki, adıçəkilən xanım bilavasitə Ə.Kərimli və İ.Qəmbərin əlaltısı kimi müxtəlif çirkin siyasi kampaniyaların iştirakçısı olub. Bu baxımdan, onun Ə.Elçibəyin zəhərlənərək öldürülməsində əlinin olmasını təsdiq edən daha bir neçə faktor mövcuddur.

Rövşanə Əliyeva Əli Kərimlinin qucağından atlanaraq, İsa Qəmbərin qucağına düşüb

Ötənlərdə bayraqdar Elman Türkoğlu da mətbuata verdiyi müsahibələrində R.Əliyevanın adını dəfələrlə hallandırıb və bildirib ki, Elçibəy sui-qəsdi ilə bağlı əlində olan bütün informasiyaları Bakı Şəhər Prokurorluğuna verdiyi izahatında qeyd edib. Belə ki, mərhum Əbülfəz Elçibəyin zəhərlənərək öldürülməsi prosesi AXCP-nin hazırkı sədri Əli Kərimlinin ad günündə olub. Zəhərlənmə üçün lazım olan maddə isə İrandan gətirilib və Elçibəyi zəhərləyən qadınlardan biri də məhz R.Əliyeva olub. R.Əliyeva isə sübut etməyə cəhd göstərir ki, "Mən 1993-cü ildə Azərbaycan Xalq Cəbhəsindən çıxmışam və Əli Kərimlini tanımıram" (? -R.N.)

Bu zaman sual olunmalıdır ki, necə olur, R.Əliyeva 1993-cü ilə qədər AXCP-nin üzvü kimi anti-Elçibəyçi "Yurd" qruplaşmasında Ə.Kərimlinin göstərişi ilə aktiv fəaliyyət göstərir və onu tanımır? Əgər R.Əliyeva 93-cü ilə qədər "cəbhə" üzvü olubsa, sədrliyə ən iddialı şəxs kimi fəaliyyət göstərən, hətta öz "liderini" öldürməklə onun yerinə gəlmək istəyən qədər üzdə olan Ə.Kərimlini necə tanımaya bilərdi?

Elçibəyin zəhərlənməsi olayında İsa Qəmbərin də adının hallanması havadan deyilən söz deyil

Digər tərərdən, müxalifətin vahid lideri olmaq üçün Elçibəyin öıümünü Ə.Kərimlidən az istəməyən İsa Qəmbərin partiyasına transfer olunmağın özü qaranlıq məqamları üzə çıxramırmı?

Başqa tərəfdən, demək mümkündür ki, Elçibəyin zəhərlənməsi olayında İsa Qəmbərin də adının hallanması havadan deyilən söz deyil və bu kimi hadisələrin fonunda R.Əliyeva kimilərinin aprıcı rol oynamaları kifayət qədər özünü biruzə verməkdədir. Hazırda adıçəkilən xanımın ötən ay "Yeni Müsavat" qəzetinə verdiyi müsahibəsində partiyasının üzvü olduğunu dolayısı ilə etiraf etməsi başqan İ.Qəmbərlə onun müavinlərini nədənsə ciddi təlaşlandırmağa başlayıb. Çünki fakt göz qarşısındadır və bu gün bu iddianı israrla rədd etməyin özü etiraf kimi qiymətləndirilə bilər. Yəni bu gün İ.Qəmbər susursa, onun yerinə müavinlərindən biri olan Gülağa Aslanlı R.Əliyevanın müsavatçı olmadığını iddia edirsə, demək burada "od olmasa, tüstü çıxmaz" məsəli tam yerində deyilmiş kəlam kimi öz aktuallığını qoruyur. Eyni zamanda, R.Əliyevanın Elçibəyin ad günündə iştirakı, həmin ad günündə İ.Qəmbərin də yer alması qarşıda daha çox müəmmaların üzə çıxacağını, sirrlərin açılacağını ehtimal edir.

Hazırda isə Müsavat partiyasına düşən E.Abdullayev "videobombası" həm partiya rəhbərliyini, həm də bu işdə əli olanları ciddi naraht etməkdədir. Düzdür, bu narahatlıq hələ ki, üzdə görüntülənməsə də, oğrunun kim, doğrunun kim olacağı yaxın günlərdə ictimaiyyətə açıqlanacaq. Onda bəlli olacaq ki, bu gün azsaylı elektoratlarını "demokratiyaya aparmağa" söz verən Ə.Kərimli və İ.Qəmbər hansı çalanın qara gürzələridirlər.

RÖVŞƏN NURƏDDİNOĞLU

Digər xəbərlər