PDF Oxu

Müxalifət

  • 47

Leyla Yunusova vətəndaşlıqdan çıxarıla bilər

Leyla Yunusova vətəndaşlıqdan çıxarıla bilər

Mais Səfərli: "İşğalçı ölkə olan Ermənistan dövlətinin vətəndaşları ilə hər hansı bir əməkdaşlıq və iş birliyi qurması heç bir azərbaycanlıya başucalığı gətirən deyil"

Heç bir siyasi gücü olmayan, amma özlərini ciddi siyasi fiqur kimi təqdim etməyə çalışan dağıdıcı müxalifətin bütün antimilli və anti-azərbaycançılıq siyasəti Azərbaycan ictimaiyyəti tərəfindən birmənalı qarşılanmır. İllərdir ölkədə bu qüvvələrə qarşı formalaşan mənfi ictimai rəy, onu deməyə əsas verir ki, artıq bu qüvvələr xalqını, millətini öz çirkin şəxsi maraqlarına qurban verməkdən hələ də əl çəkməyiblər. Bu səbəbdən də, onların ətrafı günü-gündən seyrəlir. Hazırda da ciddi sosial baza problemi yaşayan dağıdıcı müxalifət antimilli və anti-Azərbaycan meyilli qüvvələrdən kömək umur. Müxalifətin qisasçılıq zəminində fəaliyyəti və bunun fonunda ermənilərlə işbirliyi qurması, xüsusilə də, Leyla Yunusun ermənilərlə sayt yaratması Azərbaycanın milli və dövlətçilik maraqlarını satmaq anlamı yaradır. Bu baxımdan, L.Yunusova Azərbaycan vətəndaşlığından çıxarılmadır. Onun cəzası yalnız bu ola bilər. Məsələyə münasibət bildirən "Yurddaş" partiyasının sədri Mais Səfərli qeyd etdi ki, müxalifətin mövcudluğu hər bir demokratik, hüquqi dövlət üçün vacib bir şərtdir: "Burada söhbət demokratiyadan və hüquqi dövlətdən gedirsə, həmin dövlətdə də mütləq müxalifət olmalıdır. Ümumiyyətlə, müxalifət nədir? Müxalifət mövcud hakimiyyətin kursunu bəyənməyən və özü alternativ çıxışlar edən siyasi qüvvələrə deyilir. Amma müxalifət o demək deyil ki, dağıdıcı, dövlətçiliyə zərər gətirən və bizə düşmən olan ermənilərlə işbirliyinə getsin. Azərbaycanlı olan hər hansı bir şəxsin ermənilərlə birləşərək sayt yaratması qəbuledilməzdir. Yəni, azərbaycanlı şəxslərin ermənilərlə birgə sözügedən sayt yaratmasının əleyhinəyəm. Bu əməkdaşlıq yalnız işğalçı ölkə olan Ermənistan dövlətinin işğal etdiyi Azərbaycan torpaqlarını azad edəndən sonra mümkün ola bilər. Bir sözlə, bu gün işğalçı Ermənistanla heç bir səviyyədə işbirliyi qurmaq olmaz. O cümlədən, ermənilərlə heç bir saytın yaradılması məqbul hesab edilə bilməz".

"Qisasçılıq zəmnində fəaliyyət göstərilməsi nə dərəcədə onlara başucalığı gətirə bilər və effekti necə ola bilər" sualını cavablandıran M.Səfərli bildirdi ki, bu gün işğalçı ölkə olan Ermənistan dövlətinin vətəndaşları ilə hər hansı bir əməkdaşlıq və işbirliyinin qurulması yolverilməzdir. Bu kimi şəxslər mütləq cəzalandırılmalıdırlar.

GÜLYANƏ

Digər xəbərlər