PDF Oxu

Müxalifət

  • 44

Rüstəm İbrahimbəyovun portret cizgiləri

Qaranlıq məqamlar, acı həqiqətlər

Rüstəm İbrahimbəyovun portret cizgiləri

Kinodrammaturgiya sahəsini uğursuz siyasət və reneqatçılıqla əvəzləməyi üstün tutan, bununla da, cəmiyyət arasındakı nüfuzunu heçə endirən Rüstəm İbrahimbəyovun daha bir üzdə olan marağı onun emənipərəstliyi ilə ölçülməkdədir. Eyni zamanda, heç bir mənası və ciddi siyasi anlamı olmayan bəyanatlar səsləndirən R.İbrahimbəyovun səsinin gah Rusiyadan, gah da Qərbdən gəlməsi məsələsi də belə qənaətə gəlməyə əsas yaradır ki, bu adamın işi-gücü yalnız öz şəxsi mənafeləri bahasına Azərbaycanın milli maraqlarını satmaqdan ibarətdir. Ancaq bəlli olan budur ki, atılan hər bir addımında uğursuzluğa düçar olan "Ziyalılar Forumu"nun üzvü daha da azğınlaşaraq, sanki dövlətçiliyə, milli mənafeyə qarşı nə qədər düşmən kəsildiyini daha da açığa çıxarmış olur.

R.İbrahimbəyovun erməni xalqına olan vurğunluğu indilərə deyil, məhz XX əsrin 80-90-cı illərinə dayanır

Onu da qeyd edək ki, siyasi məsələlərə baş qoşduqdan sonra, utopik xəyallara dalan reneqat xüsusilə anti-Azərbaycan meyilli qüvvələrlə və bilavasitə həmin qüvvələrə maliyyə yardımları ayıran erməni lobbisinin nümayəndələri ilə qurduğu işbirliyini intensivləşdirməkdədir. Ancaq burada təəccüb ediləcək heç nə yoxdur. Belə ki, R.İbrahimbəyovun erməni xalqına olan vurğunluğu indilərə deyil, məhz XX əsrin 80-90-cı illərinə dayanır. Məhz bunun nəticəsidir ki, həmin ərəfədə, xüsusilə, Dağlıq Qarabağ münaqişəsinin ilk illərində reneqat R.İbrahimbəyov ermənilərin Bakını tərk etməsindən təəssüfünü gizlətmirdi. Məsələn, Kremlin tabeçiliyində olan mərkəzi qəzetlərə müsahibələr verən kinossenarist utanmadan ermənilərsiz Bakının intellektual potensialının aşağı düşdüyünü, xalqın elitasının olmadığını iddia edirdi. Həmçinin, aparılan araşdırmalardan o da bəlli oldu ki, R.İbrahimbəyovun Dağlıq Qarabağdan olan və ultramillətçi Daşnaksütyun partiyasına bağlılığı ilə tanınan rejissor Roman Balayanla da sıx əlaqələri olub. Hətta R.İbrahimbəyov R.Balayanla birlikdə film çəkməkdən də imtina etməyib. Qeyd edək ki, həmin filmin ssenarisini yazan R.İbrahimbəyov öz "yaradıcılıq potensialını" erməni təbliğatı üzərində qurmuşdu. Xatırladaq ki, sonradan kino festivalı ilə əlaqədar reneqat İbrahimbəyov əli minlərlə azərbaycanlının qanına batmış Ermənistan Daşnaksütyun partiyasının rəsmisini sənət həmkarı adı altında Bakıya dəvət edəcək qədər həyasızlığa yol vermişdi.

O, çalışdığı kino sahəsində də intirqant və "torba tikən" kimi tanınmışdı

Qeyd edək ki, hazırda "Ziyalılar Forumu"nda var-gəl edərək, dividend axtarışında olan R.İbrahimbəyov çalışdığı kino sahəsində də intriqalar yaratmaq, yaxın ətrafına xəyanət etmək, öz maraqları naminə həmkarlarını zərbə altında qoymaq, bir sözlə, "torba tikən" kimi ad qazanan fədlərdəndir. Məsələn, o, uzun illər dostluq etdiyi Rusiya Kinematoqrafçılar İttifaqının sədri Nikita Mixalkovun tutduğu vəzifədən kənarlaşdırılmasında yaxından iştirak edib. Belə ki, birincinin tutduğu postdan uzaqlaşdırılması arzusunda olan və bu məqsədlə kampaniya aparan, eyni zamanda, Rusiyanın erməni lobbisi ilə yaxın təmaslarda olaraq, onların sifarişlərini yerinə yetirən Marlen Xutsiyevin qruplaşmasında R.İbrahimbəyov əsas vəzifələrdən birini daşıyıb. M.Xutsuyevin qruplaşmasında fəaliyyət göstərdiyinə görə N.Mixalkov R.İbrahimbəyovu intriqant və nakişi adlandırmışdı. Məhz o zamandan R.İbrahimbəyov Rusiya Kinematoqrafçılar İttifaqında xəyanətkar, satqın bir sima kimi tanınır. Çünki RKİ-də hamı birmənalı olaraq bilirdi ki, Rüstəm İbrahimbəyovun az-çox yer tutduğu əksər filmlər məhz onun xəyanət etdiyi N.Mixalkovun rəhbərliyi ilə çəkilib. Həmçinin, kinorejissorun məşhurlaşmasında da N.Mixalkovun əvəzsiz xidmətləri olub.

Dələduz və...

R.İbrahimbəyov Rusiyada yaşadığı dövrlərdə azərbaycanlı iş adamları ilə görüşlərində dələduzluqlar edərək, onlara müxtəlif vədlər vermişdi. Lakin maraqlı məqam ondan ibarətdir ki, kinorejissor hər zaman onlardan müəyyən hədəfə çatmaq üçün istifadə edib. Sonda isə kinorejissor iş adamlarına, sözün əsil mənasında, atıb.

Onun dələduzluq əməlləri isə yalnız Rusiya çərçivələrində sona çatmır. Belə ki, vaxtı ilə bu fərd Bakının və Azərbaycanın müqəddəs sayılan yerlərindən biri kimi tanınan Şəhidlər Xiyabanın yaxınlığında əyləncə mərkəzinin tikilməsi məqsədilə Rusiyadakı bir sıra iş adamlarından pul yığmış və onlara qarşı dələduzluq etmişdir. O, eyni zamanda, vergilərdən yayınmış, hətta sadə insanlardan da vasitə kimi istifadə edərək, onları öz toruna salmağa müvəffəq olmuşdur.

R.İbrahimbəyov haqqında daha nələr və nələr...

Belə ki, millətə, xalqa mənəviyyat dərsi keçən Rüstəm İbrahimbəyov iki dəfə rəsmi şəkildə ailə həyatı qurub. Bununla yanaşı kinorejissor müxtəlif qadınlarla vətəndaş nikahında olub. Əldə edilən məlumata görə, Rüstəm İbrahimbəyovun birinci həyat yoldaşı Şövkət İbrahimbəyovadan Fuad adlı bir oğlu var. Onun vətəndaş nikahında olduğu ikinci həyat yoldaşı Lyudmila Duxovnaya adlı qadından isə Fatimə adlı qızının olduğu bildirilir. Kinorejissorun vətəndaş nikahında olduğu digər qadın - Lalə Əfəndiyeva isə 2006-cı ildə Rüstəm İbrahimbəyovdan bir oğlan uşağı dünyaya gətirib. Hazırda həmin uşağın İsmayıllı rayonunun İvanovka kəndində yaşadığı deyilir. Maraqlıdır ki, Lalə Əfəndiyeva həm də Rüstəm İbrahimbəyovun rəhbərlik etdiyi Kinematoqrafçılar İttifaqında çalışır və "Dünya Kinosunun 100 illiyi" Fondunun rəhbəridir. Bir müddət əvvəl Vergilər Nazirliyinin əməkdaşları ittifaqda yoxlama apardıqları zaman Rüstəm İbrahimbəyov iddia etmişdi ki, onlar həm də Lalə Əfəndiyevanın evində olublar. Bu isə kinorejissorun heç də xoşuna gəlməyib. Cari ilin noyabrında isə Dövlət Neft Şirkəti Rüstəm İbrahimbəyovun neft şirkətinə məxsus torpaq sahələrini öz qohumlarının adına rəsmiləşdirmək istədiyi, lakin bunun qarşısının alındığı barədə məlumat yaymışdı. Həmin məlumatda da qeyd olunurdu ki, bəzi sahələr, xüsusilə də, Bayılda 6 sotluq ərazi ilə bağlı Lalə Əfəndiyevanın adına bələdiyyədən qərarlar alınıb. Bu arada Lalə Əfəndiyevanın adı R.İbrahimbəyovun fəaliyyətinin daha bir epizodu ilə bağlı ortaya çıxıb. Belə ki, "Şərq-Qərb" festivalı üçün yaradılan xüsusi firmaya Rüstəm İbrahimbəyov rəhbərlik edib. Ancaq "məşhur" kinorejissor bu vəzifədən festivalın yüksək səviyyədə təşkil olunması üçün deyil, şəxsi maliyyə imkanlarını artırmaq üçün istifadə edib. Kinorejissor dövlətin festival üçün ayırdığı pulları nəzarətində olan bir firmaya yönəldib. Sonrakı mərhələdə isə vəsaitin böyük hissəsi oradan oğurlanıb. Bütün bu maliyyə fırıldaqları isə bir deyil, bir neçə firmaya sahib olan Lalə Əfəndiyeva və Şükür adlı mühasib tərəfindən yerinə yetirilib. Onların arasında "İbrus" teatrı, "İbrus" kinoşirkəti, həmçinin, İttifaqın əməkdaşı Zemfira Babayevanın rəhbərlik etdiyi "Ayan" firmaları da var. Bütün bu firmalara ittifaqın cari hesabından pul köçürülüb, daha sonra həmin pullar məlum olmayan səbəblərdən, sadəcə, "yoxa çıxıb".

Göründüyü kimi, R.İbrahimbəyov yenidən bəd əməllərini reallaşdırmaqdan ötrü guya "təmiz" olduğunu sübuta yetirmək məqsədilə dağıdıcı müxalifət mediasında gündəmə çıxmaqdadır. Ancaq bir faktı unutmaq lazım deyil ki, yaşının bu çağında belə, mənəviyyatını,ləyaqətini düşünmək istəməyən R.İbrahimbəyov son məqamda xalq qarşısında diz çöküb yalvaranda çox gec olacaq. Çünki sonradan atılan daş topuğa dəyər...

Rəfiqə HÜSEYNOVA

Digər xəbərlər