PDF Oxu

Müxalifət

  • 35

Sarkisyanın rəqibinə qarşı sui-qəsdi nəyə hesablanıb?

Elşad Mirbəşiroğlu: "Ermənistan hakimiyyətinin mahiyyətini krminogen ünsürlər təşkil edir"

Sarkisyanın rəqibinə qarşı sui-qəsdi nəyə hesablanıb?

Məlum olduğu kimi, Ermənistanda prezident seçkilərinə sayılı günlər qaldığı bir vaxtda seçkilərin təxirə salınma ehtimalı gündəmə gəlib. Çünki prezidentliyə namizədlərdən biri P.Ayrikyan Yerevan şəhərinin mərkəzində güllələnib. Bundan sonra seçki marafonu nə dərəcədə qanuna müvafiq şəkildə aparıla bilər? Bu baxımdan, seçkilər təxirə salına bilərmi?

Məsələyə münasibət bildirən politoloq Elşad Mirbəşiroğlu qeyd etdi ki, hər zaman Ermənistanda prezident seçkiləri ilə bağlı bu cür hadisələr baş verir: "Demək olar ki, Ermənistan hakimiyyətinin mahiyyətini kriminogen ünsürlər təşkil edir. Bir sözlə, işğalçı ölkədə keçiriləcək seçki kampaniyaları ərəfəsində orada olan şəxslərə qarşı bu cür zorakılıq halları törədirlər. Ermənistanda prezidentliyə namizədlərdən biri P.Ayrikyana qarşı sui-qəsd törədilməsi bir daha sübut edir ki, işğalçı ölkədə demokratiya yoxdur. Ümumiyyətlə, heç vaxt Ermənistanda şəffaf seçkilər keçirilməyib və keçirilməyəcək də. Bu baxımdan, Ermənistanda siyasi hakimiyyət terrora əsaslanır. Yəni, terrorizm Ermənistanda dövlət siyasəti səviyyəsinə qaldırılıb. Ermənistan Konstitusiyasına əsasən, prezidentliyə namizədlərdən hər hansı birinə müəyyən maneçilik törədildiyi təqdirdə, prezident seçkiləri iki həftəliyinə təxirə salınmalıdır. Hazırda isə işğalçı ölkədə belə bir hadisə baş verib. Yəni, konstitusiyaya əsasən də, fevralın 18-də keçiriləcək prezident seçkiləri təxirə salınmalıdır. Çünki bu seçkilərin təxirə salınması üçün əsas var".

S.Sarkisyan rejimi müxtəlif vasitələrlə öz rəqiblərini sıradan çıxarır. Yəni, bəzilərinə süni maneələr yaradır, bəzilərini isə fiziki cəhətdən məhv etməklə sıradan çıxarmağa çalışır. Bu baxımdan, bir çox ekspertlər iddia edirlər ki, artıq bu seçkilərin taleyi həll olunub. Yəni, Sarkisyan alternativsiz prezident seçiləcək. E.Mirbəşiroğlunun fikrincə, S.Sarkisyan rejimi müxtəlif vasitələrə əl ataraq, öz rəqiblərini sıradan çıxarmağa çalışır: "Bütün hallarda S.Sarkisyan istənilən vasitələrə əl ataraq, özünün hakimiyyətdə qalmasını təmin etməyə çalışacaqdır. Bir sözlə, Ermənistanda prezidentliyə namizədlərdən olan P.Ayrikyana qarşı törədilmiş sui-qəsd, bir daha qeyd etməyə əsas verir ki, bu, kifayət qədər hesablanmış və düşünülmüş bir addımdır. Yəni, P.Ayrikyana qarşı sui-qəsd törədilməsi bütün hallarda Sarkisyanın bu seçki kampaniyasında qalib gəlməsini təmin etmək üçün hesablanmış bir addımdır. Ermənistanın hazırkı hakimiyyətinin əli qana bulaşıb. Bir sözlə, Sarkisyan hakimiyyətdə qalmaq üçün yenə də qan tökməkdən çəkinən deyil".

GÜLYANƏ

Digər xəbərlər