Düşmən Ermənistanın Xankəndi hava limanını açmaq cəhdləri ətrafında yaranan gərginlik artdıqca, bunda maraqlı olan tərəflərin də qızışdırıcı mesajları Azərbaycanın səbrini tükətməyə başlatdı. Məsələ ondadır ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi, birbaşa Ermənistanın işğalçılıq siyasətini müdafiə edən şəxs - Nikolay Bordyujanın rəsmi Bakının Xankəndiyə uçacaq təyyarənin vurulmasıyla bağlı bəyanatlarını "uğursuz zarafat" adlandırmasından sonra Ermənistan prezidentinin də qorxudan bəyazlaşmış üzünə rəng gəlməyə başlayıb. Bordyujanın bəyanatından sonra erməni prezident quduz şəkildə bəyan edib ki, "Xocalı aeroportu yaxın gələcəkdə açılacaq". Ancaq Azərbaycan tərəfinin daha qəti bəyanat səsləndirməsi yenidən Sarkisyanın kefinə soğan-sarımsaq doğrayıb. Belə ki...
Uçuşlara bağlı zonada isə izacəsiz uçan hava obyektlərinin vurulması hüququ tanınır!
Məhz icazəsiz uçan hava obyektlərinun vurulması hüququ deyərkən, burada Ermənistandan, eləcə də, Qarabağdan uçan təyyarələr nəzərdə tutulub. Bununla yanaşı, hətta qudurğan Bordyujanın təyyarəsi də qadağan edilmiş ərazilərdən uçarsa, Azərbaycan ordusu öz qəti sözünü əməli ilə sübuta yetirəcək. Yəni Azərbaycanın növbəti qəti addımı xarici ölkələrə və beynəlxalq aviaşirkətlərə xəbərdarlıq mesajıdır desək, yanılmarıq. Bu arada təəssüflə deməliyik ki, Bordyuja həmin bəyanatı səsləndirərkən, ən azından Rusiya rəhbərliyi onun ağzı üzərinə yavaşca bir sillə yapışdırmalıydı. Ancaq təəssüf ki, həmin sillənin vurulmaması və bunun nəyə görə baş verməməsini də hər kəs çox gözəl bilir.
"Mujiksinizsə", uçun!
Qeyd edək ki, artıq Azərbaycan tərəfi, birmənalı olaraq, işğal olunmuş Azərbaycan torpaqlarının hava sahəsinin qapadıldığını bildirib. Çünki Xankəndi hava limanı məsələsi ətrafında yaranan gərginlik fonunda belə bir sərt addımın atılması çox vacib idi. Belə ki, burada Azərbaycan dövlətinin dünyadakı artan nüfuzu məsələsi dayanıb. Eləcə də, işğal olunan Dağlıq Qarabağ və ətraf ərazilər üzərindəki hava sahəsinin qapadılması, ilk növbədə, xarici ölkələrə, beynəlxalq aviaşirkətlərə xəbərdarlıqdır. Yəni burada "Qarabağ" ifadəsi nə siyasi, nə də coğrafi ifadədir. Bu, sırf hüquqi anlayışdır. Vaxtilə İraqda, daha sonra Liviyada bəzi ərazilər uçuşlar üçün bağlı elan edilmişdi. Həmçinin, dünyada belə bir praktika da var ki, konkret coğrafi ərazilər göstərilmir, müəyyən paralellərdə uçuşlar qadağan olunur. Bu baxımdan, quduzlaşmış erməni tərəfinin apardığı hazırlıqlar Azərbaycanı məcbur etdi ki, belə bir addım atsın. Bu, xarici ölkələrə, beynəlxalq aviaşirkətlərə mesajdır ki, bizdən icazə almamış sözügedən məkana uça bilməzsiniz. Yəni, indidən elan edirəm ki, bu zona bağlıdır. Uçuşlarla bağlı zonada isə izacəsiz uçan hava obyektlərinin vurulması hüququ tanınır. Elə isə hazırlaşın, cənab Bordyuja və Sarkisyan! Necə deyərlər, əgər özünüzü "mujik" hesab edirsinizsə, gəlin bizim Qarabağımızın üzərindən bircə dəfə də olsa uçun...
MÜBARİZ
P.S. Hər halda, Bordyuja susduruldu. Yəqin ki, bundan sonra o, verdiyi bəyanatının reallaşmamasından əvvəl gülməyəcək, məhz ağlayacaq.