"ANİF", "Ziyalılar Forumu", ya "EL",
Eldar Namazovdu yayan fitnə, fel,
Özünü Koroğlu sayır... Çənlibel
Sayır ayağının düz altındadır,
Sanır Koroğlunun Qıratındadır.
Zənn edir "İP"-dən çox yaxşı durumu,
"EL"-i cəmiyyətin ali qurumu,
Ayağı altınla gen uçurumu,
Eldar hiss eyləmir başı ağazı,
Bir "ziyalısı"nın yox saf işığı.
Burnu girmədiyi qurum qalmadı,
Xaricə, qranta meyl azalmadı,
Nə müsəlman kimi namaz qılmadı...
Xımır-xımır yedi, gözü doymadı,
Bir-iki ətrafı, özü doymadı.
Arsız, abırsızdı, hırsız, xoşhaldı,
Eldar bir lider tək bitdi, boşaldı,
O, sısqa, arıqsa, qarnı xaşaldı,
Onu Qərbdən axan qrant doyurmaz,
Minlərlə ziyasız fanat doyurmaz.
"Vahid namizəd"di, əli boşaldı,
Ağlı çoxalmadı... dəli boşaldı,
El-obasız qaldı, "EL"-i boşaldı,
Həm sağdan, həm soldan aldı sərt kötək,
Düşdü ayaqlara Keçəl Həmzə tək.
Mirzə QƏRƏNFİL