PDF Oxu

Müxalifət

  • 59

"İctimai Palata"ya qarşı daha bir alternativ

"Məşvərət Məclisi" "İP"-i qırmaq üçün "Nümayəndələr Palata"sı yaradır

"İctimai Palata"ya qarşı daha bir alternativ

Post-seçki dövrü müxalifət düşərgəsi üçün heç bir səmərə verməməklə yanaşı, qurumlararsı nifaqların sayı da artmağa başlayıb. Düşərgə daxilində, eləcə də, "liderlərarası" siyasi ambisiyalar fonunda cərəyan edən hadisələrə nəzər salarkən bu kimi halların artdığını müşahidə edə bilərik. Buna misal kimi "İctimai Palata" ilə "Ziyalılar Forumu" tərəfindən yeni yaradılmış "EL" hərəkatı arasındakı ziddiyyətləri, həmçinin, "Məşvərət Məclisi" ilə olan qarşıdurmaları göstərmək mümkündür.

"Nümayəndələr Palatası" düşərgə daxilindəki bütün tərəflərə qarşı barışmaz savaş elan edəcəyini verdiyi bəyanatında açıqlayıb

Lakin bu, azmış kimi, daha bir müxalifətdaxili qruplaşmanın yaradılması AXCP və Müsavatın monopoliyasında olna "İctimai Palata"nı çıxılmaz vəziyyətdə qoyub. Adı ilə "palata"nın alternativi olduğunu gizlətməyən yeni qurum "Nümayəndələr Palata"sı kimi fəaliyyət göstərəcək. Qeyd edək ki, "Nümayəndələr Palatası" "Məşvərət Məclisi"nin tərkibində yaradılıb və düşərgə daxilindəki bütün tərəflərə qarşı barışmaz savaş elan edəcəyini verdiyi bəyanatında da aşkar şəkildə açıqlayıb. Belə ki, ADP-nin qərargahında "Məşvərət Məclisi"nə daxil olan müxalifət partiyaların növbəti toplantısı keçirilib. Təşkilati məsələlərlə bağlı aparılan müzakirələrdə "Məşvərət Məclisi"nin "Nümayəndələr Palatası"nın yaradılması istiqamətində görülən işlər oraya daxil olan partiyalar arasında müzakirə olunub. Qərara gəlinib ki, seçkilər ərəfəsində onlara rəqib olacaq istənilən müxalif partiyaya, o cümlədən, AXCP və Müsavata qarşı antitəbliğat vasitələri gücləndiriləcək.

Sivil siyasi mübarizə aparmaq metodundan uzaq olan düşərgədaxili partiyalar nüfuz qazanmaq üçün belə bir vasitələrə əl atırlar

Xatırladaq ki, müxalifət partiyaları ayrı-ayrılıqda da kəskin və barışmaz mövqe ortaya qoyaraq, seçkilər ərəfəsində bir-birlərinə qarşı güzəştə getməyəcəklərini nümayiş etdirməkdədirlər. Məhz "Nümayəndələr Palata"sının yaradılması da bu kontekstdəndir. Sivil siyasi mübarizə aparmaq metodundan tamamilə uzaq olan düşərgədaxili partiyalar bu və ya digər formalarda savaşlar aparmaqdan ötrü bu cür vasitələrə əl atırlar. Ancaq göründüyü kimi, heç bir uğur qazana bilməyən tərəflər sadəcə elektorat itkilərinə məruz qalmaqla yanaşı, həm də düşük nüfuzlarını daha da aşağı səviyyələrə doğru yuvarladırlar.Göründüyü kimi, seçkilərdə müəyyən yer qazanaqcaqları ümidi ilə yaradılan belə qurumlar son məqamda heç nə əldə edə bilməməklə ictimai maraqdan da kənarda qalırlar. Kənarda qalmaq isə həm də siyasətşilik mərhələsinin sonu anlamını daşıyır. Əgər son varsa, demək, başlağıc da yoxdur. Çünki başlağıc 20 il bundan öncə tarixin arxivinə gömülüb. Hər şeyi yenidən başlamaq isə çox gecdir.

AFƏT TAHİRQIZI

Digər xəbərlər