Budəfəki "vicdan məhbusu" siyahısını Tofiq Yaqublu və İlqar Məmmədov bəzəyəcək
Dağıdıcı müxalifət "vicdan məhbusu" pərdəsi altında çirkin oyunlar düzənləməkdə davam edir. Bu çirkin kampaniya dağıdıcı müxalifətin bir daha anti-Azərbaycan meyilli olduğunun sübutudur. Çünki bir sıra beynəlxalq təşkilatlar Azərbaycanın getdikcə artan nüfuzuna xələl gətirmək məqsədilə, ölkəmiz haqqında qərəzli hesabatlar yayır və ölkədə "siyasi məhbus" və "vicdan məhbusu"larının olduğunu qeyd edir. Həqiqət isə ondan ibarətdir ki, belə absurd iddiaların isə heç bir əsası yoxdur. Bütün bunlar antimilli qüvvələrin çirkin məqsədlərini həyata keçirmək üçün etdiyi cəhdlərdir. Şəhərin mərkəzi küçələrində qanunsuz aksiyalar keçirməyə cəhd göstərən dağıdıcı müxalifətin əsas məqsədi ölkədə ictimai asayişi, sabitliyi pozmaq olsa da, digər yandan anti-Azərbaycan meyilli beynəlxalq təşkilatlar üçün "siyahı"lar hazırlayır. Qanunsuz aksiyalarda dağıdıcılıq və pozuculuğa yol verən şəxslərin tutulması və qanunsuz əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilməsi zamanı onların maliyyə gəlirləri daha da artır. Aksiyalar zamanı asayiş keşikçilərinə müqavimət göstərən bu kimi pozucu şəxslərin fotoşəkilləri çəkilib beynəlxalq təşkilatlara göndərilir. Bu da, sözsüz ki, beynəlxalq təşkilatların yenidən Azərbaycan haqqında qərəzli hesabatların yayılmasına gətirib çıxarır. Son vaxtlar isə REAL hərəkatının sədri İlqar Məmmədov və Müsavat başqanının müavini Tofiq Yaqublunun törətdikləri əmələrinə görə saxlanması və məsuliyyətə cəlb edilməsi, yenidən dağıdıcı müxalifətdə qıcıq yaradıb. Tələm-tələsik iclas da keçiriblər ki, İ.Məmmədov və T.Yaqublu "vicdan məhbusu" kimi qəbul edilməlidir.
Hansı vicdandan söhbət gedir?
Qeyd edildiyi kimi, dağıdıcı müxalifət təmsilçiləri, başqan müavini və ya hansısa qondarma təşkilat sədri olsalar belə, onlar eyni zamanda, özlərini jurnalist kimi təqdim edir. Əhali arasında çirkin təbliğat aparmağa hər zaman hazır olan dağıdıcı müxalifətin simasız funksionerləri, regionlarda əhalini iğtişaşlar törətməyə çağırır. Elə REAL hərəkatının sədri İlqar Məmmədov və Müsavat başqanının müavini Tofiq Yaqublu da bu əməllərinə görə qanun qarşısında cavab verməlidir. Bunu siyasiləşdirmək, cinayət törətmiş şəxsləri "vicdan məhbusu" kimi qələm vermək duzgün deyil. Lakin İ.Məmmədovu və T.Yaqublunu "vicdan məhbusu" elad edirlər və bununla bağlı qanunsuz aksiya keçirmək haqqında fikirlər belə səsləndirməkdən utanmırlar. Maraqlıdır hansı vicdandan söhbət gedir?
Həbs olunan şəxslərin kimliyinə gəlincə, onlar cəmiyyətdə heç bir nüfuz sahibi deyil. Lakin belə qanunsuz əməllərlə cəmiyyətə özünü "demokrat" kimi təqdim etməyin özü belə gülünc səslənir. Qanunsuz aksiyalarda maşınları saxlamaq, polisə müqavimət göstərmək, daş atmaq və əhali arasında pozucu təbliğat aparmaq kimi çirkin məqsədlərin bir adı var. O da vicdansızlıq. Bir sözlə, Ştrasserin budəfəki siyahısını Tofiq Yaqublu və İlqar Məmmədov bəzəyəcək. Həm də jurnalistika pərdəsi altında.
Ona görə də Ştrasserin gözləri aydın olsun...
Babək Hacıyev