Dünən "İçərişəhər" metrosunun yanından keçirdim. Kimsə çağırırdı məni, geriyə baxanda 4 ildir görmədiyim tələbə yoldaşımın nədənsə "dərs almış" gözlərini üzümə zillənmiş gördüm. Mənə ilk sözü bu oldu: "Sən düz deyirmişsən, ömrümün 7 ilini hədər verdim, indi də çətin vəziyyətdəyəm." Bu oğlanın adı Samirdir, soyadı da Belilov. Özü də ailəsi ilə birlikdə Biləcəri qəsəbəsində yaşayır. Hələ tələbə vaxtından müxalifət qoşulmuşdu, hətta dərslərdə belə iştirak etmirdi və günün çoxunu müxalifətin ofislərində keçirirdi. Müəllimlərin ona "oğul, sən birinci növbədə tələbə kimi dərslərdə iştirak edib qiymət almalısan, davamiyyətə məsuliyyətli olmalısan" deməsinə baxmayaraq, Samir heç vaxt real düşünə bilmirdi. Barmaqlarından buynuz düzəldib müxalifətin gic-gic, yöndəmsiz aksiyalarında iştirak edən bu gənc dərslərdə iştirak etməsə də, imtahanda çox aşağı cavab versə də, ancaq yenə də "əla" qiymət tələb edirdi. Çox maraqlı idi, dərslərdə iştirak etmirdi, ancaq müəllimlərə deyirdi ki, "mənə qayıb yazmayın, siz ədalətsizlik edirsiz, bu mənə qarşı haqsızlıqdır və sairə... "Ona dəfələrlə başa salırdım ki, əslində, haqsızlığı sən edirsən. "Hicran" tamaşasında deyildiyi kimi, ƏLQƏRƏZ, keçim onun başqa mətləblərinə.
Günlərin bir günü eşitdim ki, Samir ADP-nin üzvüdür, 2005-ci ildə gedib durmuşdu Hava Limanında ki, Rəsul Quliyevi mən qarşılayacam. Üstündən bir müddət keçdi, eşitdim ki, ADP-də onu yaxşıca aldadıblar. Deyiblər ki, əsas "azadlıq uğrunda mübarizədir, biz hakimiyyətə gələn kimi səni yüksək posta qoyacağıq". Təbii ki, normal siyasi partiya rəhbəri heç vaxt tələbəni vəzifə ilə şirnikləndirib, dərslərindən ayırmaz. Samir 3 ilini orda itirdi. Sonra keçdi Müsavata. Müsavatdakı fəaliyyəti icazəsiz aksiyalarda qaçıb ağacın dalında gizlənməkdən o yana keçmədi. 2 ilini də orda itirdi. Sonra keçdi AXCP-yə. Son iki ilini də orda havaya sovurdu. Bu yaxınlarda AXCP-dən istefa verib.
Şübhəsiz ki, gec ya da tez bütün müxalifətçi gənclər başa düşəcəklər ki, düzgün cəbhədə deyillər.Başa düşəcəklər ki, onların "lider"ləri 20 ildir, Arif qatarı səsləyən kimi "istefa" deyə anqırır, ancaq xeyiri olmur. Qatar da keçib gedir, arxasınca baxmaqdan savayı da onlara heç nə qalmır. "Lider"lərinin qəsdən kifli pencək geyindiyi müxalifətdə təmsil olunaraq hansı gələcəyə ümid etmək olar!? 20 ildə göstərsinlər görək müxalifətin hansı gəncinə verilən vədlər yerinə yetirilib!? Təbii ki, heç biri.
Ancaq Samirin dünənki danışığı məni bir az da kövrəltdi: "AXCP-də gördüyüm biabırçılıqlar, özbaşınalıq, məqsədsizlik məni ayıltdı. Neçə ildir ömrüm hədər getdi, ixtisasım üzrə də işləmək üçün dəflərlə təklif alsam da, əlimə şans düşsə də ümidimi AXCP-yə bağlamışdım. İndi isə nə işləyirəm, nə də bir şey. Bütün gəncliyimi əlimdəm aldılar." Son cümləsi isə bu oldu: "İsa Qəmbərin...! İndi ona kömək eləmək Suriyada sabitliyə nail olmaq kimi bir şeydir. Çünki Samiri o qədər psixoloji sarsıntılara məruz qoyublar ki, o insan səhvini başa düşsə də indi işləmək də istəmir, hər kəsdən küsüb. Onunla söhbətimiz çox qısa oldu, hər şeydən incik halda çıxıb getdi.
Baxın, İsa Qəmbəryanın, Əli Kərimyanın Azərbaycan gəncliyinə vurduğu zərbə budur. Gəncləri aldadaraq özlərinə cəlb etmək, onlara şirin vədlər vermək, gənclərdən öz məqsədləri üçün istifadə etmək bu şəxslərin millət qarşısında ən böyük cinayətidir. Hələ o qədər belə gənclər var ki, ümidsizlikdən ya gedib intihar edirlər, ya da ki, sürüdən ayrı düşən qoyun kimi başını yerə sallayıb gəzirlər. Səhvlərini anlamaq üçün bəlkə də onlara bir neçə il itirmək lazım idi. Ancaq insanda bir az da real düşüncə və uzaqgörənlik olmalıdır. Onsuz da müxalifətdə təmsil olunan tək-tük gənclər də gec-tez səhvlərini anlayacaqlar. Ancaq həmişə çox gec olur. Ya əllərinə düşən şanslar itirilmiş olur, ya da ümidsizlikdən özlərinə belə inana bilmirlər.
Ancaq Azərbaycanda əksər gənclər var ki, gəncliklərini təhsilə, elmə, sağlam siyasi fəaliyyətə həsr edirlər, xarici dillər öyrənirlər, ölkəmizi xaricdə təmsil edirlər, dövlət idarəçiliyində iştirak edirlər, müxtəlif qurumlarda çalışırlar və dövləçilik maraqlarını hər şeydən uca tuturlar. Müxalifətdəki gənclər isə əvvəl-axır peşman olan gənclikdir. 5-10 illərini itirdikdən sonra anlayırlar ki, sonrakı peşmançılıq fayda vermir.
Samir