PDF Oxu

Müxalifət

  • 95

"Şpigel"in yanlış hədəfi - inkişaf edən Azərbaycan

"Şpigel"in yanlış hədəfi - inkişaf edən Azərbaycan

Və ya "Səs"in səsi gələndə təxribatçı alman dərgisi "qanad salır"

Hələ "Eirovision-2012" ərəfəsində ölkəmizi öz hədəflərinə götürən bəzi Qərb media qurumları olmazın iftiralar və qərəzlər vasitəsilə Azərbaycanın beynəlxalq aləmdəki nüfuzuna ləkə yaxmağa cəhd göstərirdi. Xatırlatmaq yerinə düşərdi ki, burada, xüsusilə, Almaniyada dərc edilən qəzetlər və siyasi dərgilər canfəşanlıq göstərməklə, əslində, bir amili ortaya qoymuşdular - sifarişli və təxribat xarakterli yazılar, eləcə də, bütün bunları işıqlandırmaqdan ötrü Azərbaycanda maraqları olan qüvvələrdən alınan rüşvətlər və bulaşılan korrupsiyalar...

"Şpigel" "Səs" qəzetinin bəzən daha sərt, daha kəskin xarakterli yazı və məqalələrini, şərhlərini öz səhifəsinə çıxararaq geriyə addım atmağa məcbur olmuşdu

Əslində, bunu ehtimal etmək üçün, yaxud fakt qismində ortaya çıxarmaq üçün elə bir çətinlik yaranmır. Çünki "Eurovision" müsabiqəsi öncəsi bəzi təxribatçı alman mətbuat maşınlarına yaxından yalmanan, bu vasitə ilə əldə edilən rüşvətlərdən pay uman "Azadlıq", "Yeni Müsavat" kimi qəzetlər hadisələr fonunda az qala onları da geridə qoyurdular. "İnsanların evləri sökülür", "kompensasiyalar ödənilmir", "mətbuata təzyiqlər olunur", "jurnalistlər təqib edilir", "söz və ifadə azadlığı boğulur" kimi böhtanlar və yalanlar həmin vaxtlarda saatbasaat "inkişaf" edirdi. Necə deyərlər, hər şey inkişaf edən, nüfuzu artan Azərbaycana qarşıydı.

Məhz həmin ərəfədə Azərbaycanı hədəf kimi götürən Almaniya dərgilərindən biri də "Şpigel" idi. Adıçəkilən alman nəşri demək olar ki, hər gün Azərbaycan əleyhinə yazılar dərc edir, bununla da alacağı rüşvətlərin sayını çoxaltmağa səy göstərirdi. Və onu da unutmaq lazım deyil ki, "Səs" qəzeti bu kimi təxribatçı dərginin böhtançı ağzını yummağa nail oldu. Həmin dövrlərdə "Şpigel" "Səs" qəzetinin bəzən daha sərt, daha kəskin xarakterli yazı və məqalələrini, şərhlərini öz səhifəsinə çıxararaq, geriyə addım atmağa məcbur olmuşdu. Necə deyərlər, "Səs"in səsi gələndə təxribatçı alman dərgisi "qanad" salır. Görünür, bu dəfə də "Şpigel"-ə "Səs"-li dərs verilməyin vaxtı çatıb. Çünki bugünlərdə adıçəkilən alman nəşri yenidən Azərbaycanı hədəfinə götürərək, bilavasitə qərəzli "araşdırma" aparıb.

Sən demə M.Hüseynov adlı blogger icazəsiz olaraq küçələrə çıxıb dövlətçilik əleyhinə şüarlar səsləndirərkən "haqlıymış"

Bu dəfə icazəsiz aksiyalarda qanunlara qarşı çıxan fərdlərin "himayədarına" çevrilən alman nəşri dırnaqarası blogger Mehman Hüseynovun "ağır həyatı" haqqında "ballada" yazıb. Sən demə M.Hüseynov adlı blogger icazəsiz olaraq küçələrə çıxıb dövlətçilik əleyhinə şüarlar səsləndirərkən "haqlıymış" və tələsinə düşdüyü bəzi Qərb siyasi dairələrinin təxribatlarını həyata keçirməkdən ötrü təhsil aldığı ali tədris müəssisəsinə dərslərə getməməyində də "günhkar" Azərbaycan dövlətiymiş. Hətta hüquq-mühafizə orqanları onu asayişə çağırmaqda da böyük "günah" işlədiblər. Yəni M.Hüseynov əlinə kamera alıb, anti-Azərbaycan meyilli dairələrin verdikləri sifarişlərin necə həyata keçirilməsini lentə almaqda, videogörüntülü donoslar hazırlamaqda və dövlət əleyhinə kampaniyalarda iştirak etməkdə azaddır. Onun üçün heç bir qanun, hüquq məcəlləsi rol oynamır.

Təxribatçı "Şpigel"in Christian Siepmann adlı "nemsi köpəyoğlusu" və başqaları

Məhz təxribatçı "Şpigel"in Christian Siepmann adlı "nemsi köpəyoğlusu" da bu çərçivədən "reportaj" hazırlayıb və ictimai rəyə çıxarıb. Unutmamış onu da qeyd edim ki, nədənsə, "Şpigel" dərgisi daim Azərbaycana qarşı siyasi diplomatiyayla deyil, məhz düşmənçilik mövqeyində dayanan Markus Löninq, Kristofer Ştrasser kimi Avropada heç bir dəyərləri olmayan "siyasətçilərlə" daim sıx əlaqədə olur. "Azadlıq" qəzeti isə siyasi maraqlarını Azərbaycanda reallaşdırmağa çalışan tərəflərin, eləcə də, "Şpigel"in yazısını dərhal öz səhifəsinə yerləşdirir. Budur həqiqət, budur gerçəklik - Azərbaycanın artan nüfuzuna qarşı müxtəlif iyrənc formalarda çıxışlar edib, dünyanın ictimai rəyini aldatmaq, çaşdırmaq və s.

Nəyə görə qeyd edilmir ki, Almaniyada milli azlıqlar, xüsusilə də, türklər yenidən cücərən neonasizm baxışlarının qurbanlarına çevrilməkdədirlər?!

Bu zaman həmin təxribatçı "Şpigel"in Christian Siepmann adlı "nemsi köpəyoğlusu" nəyə görə yazmır ki, Azərbaycanın BMT-nin TŞ-da qeyri daimi üzv deçilməsi bu dövlətin siyasətinin 155 ölkə tərəfindən dəstəklənməsi deməkdir?! Niyə yazılmır ki, Azərbaycan inkişaf tempinə görə, hətta Almaniyanı belə geridə qoyur?! "Nemsi köpəyoğlusu" hansı səbəbdən vurğulamır ki, Almaniyanın kansleri Angela Merkel öz dili ilə etiraf edib ki, ölkəsinin daxili siyasi durumu böhran vəziyyətini yaşayır və çox acınacaqlıdır?! Yaxud nəyə görə qeyd edilmir ki, Almaniyada milli azlıqlar, xüsusilə də, türklər yenidən cücərən neonasizm baxışlarının qurbanlarına çevrilməkdədirlər?! Məgər Avropanın mərkəzində dövlət olmaq o deməkdir ki, mərkəzdən kənardakı dövlətlər inkişaf baxımından qarşısıalınmaz sürət götürüblərsə, həmin dövlətlərə qarşı təxribatçı qarayaxma kampaniyaları aparmalıdır?! Axı nəyə görə "Şpigel" bu qədər canfəşanlıq göstərir? Bəlkə bunun izahını da versin? Axı hər halda burada humanizm marağından daha çox başqa qaranlıq maraqlar görünməkdədir.

"Şpigel"ə kiçik bir BBC xatırlatması...

Amma bu barədə susur "Şpigel"! Çünki yaxşı anlayır ki, gec-tez belə əməllərin arxasında dayanan məqamlar diqqətdən yayınmayacaq. Buna bir misal da gətirə bilərik.

BBC kimi media nəhəngi də bir zamanlar Azərbaycana qarşı həddindən artıq qarayaxma kampaniyaları aparırdı. Lakin sonda məlum oldu ki, məhz həmin BBC korrupsiya və kirli siyasi burulğanda çökmək təhlükəsi qarşısındadır. Nəticədə, BBC rəhbərliyinin böyük hissəsi istefaya göndərildi.

Görünür, "Şpigel" də həmin aqibəti yaşayacaq. Çünki izafi korrupsiya və siyasi fırıldaqçılıq oyunlarında baş rolu ifa edərək, ucuz artistizm fəaliyyəti ilə məşğul olmaq heç də nüfuzu düşməyə başlayan "Şpigel" üçün yaxşı nəticə verməyəcək.

RÖVŞƏN RƏSULOV

Digər xəbərlər