PDF Oxu

Müxalifət

  • 87

Eldar Namazov naşı sükançı olduğunu isbatladı

Müsavat başqanı İsa Qəmbərə dəstək verməyə razılaşan reneqat Eldar Namazov "Ziyalılar Forumu"nun üzvlərini aldatdı

Eldar Namazov naşı sükançı olduğunu isbatladı

Rüstəm İbrahimbəyov ilə Gültəkin Hacıyeva isə artıq peşman olublar

Biz dəfələrlə "Ziyalılar Forumu"nun reneqat yığnağı olması və onun üzvlərinin satqınçılıq təfəkkürü ilə davranmasını yazılarımızda vurğulamışıq. Hər dəfə faktlarla Eldar Namazovun, Rüstəm İbrahimbəyovun, Gültəkin Hacıyevanın və digərlərinin anti-milli keyfiyyət daşıyıcı olmalarını ictimaiyyətə təqdim etmişik. Əlbəttə ki, qarşıya qoyulan faktların, adları çəkilən reneqatlar tərəfindən inkar edilməsinə cəhdlər olsa da, sonradan üzə çıxan növbəti fakt onları çıxılmaz duruma salıb. Məhz bu dəfə də belə bir faktın ortaya çıxması, konkret olaraq, Eldar Namazov "çib siyasətçi"si və naşı sükançı olmasını sübut etdi.

Qeyd edək ki, artıq Müsavat partiyasının başqanı İsa Qəmbərlə "Ziyalılar Forumu"nun həmsədri Eldar Namazov prezidentliyə namizəd məsələsində razılığa gəliblər. Bununla bağlı məlumatı Müsavat partiyasının üzvü, həmçinin, "İctimai Palata" və "Ziyalılar Forumu"nda təmsil olunan Zəfər Quliyev mətbuata müsahibəsində deyib. Z.Quliyev bildirib ki, Eldar Namazovla İsa Qəmbərin öz aralarında əldə etdikləri razılaşma var: "Mən bildiyim qədər bu iki siyasətçi görüşüb və seçkilər məsələsini müzakirə ediblər. Bu zaman ümumi razılığa gəliblər ki, seçki şəraitindən asılı olaraq Eldar Namazov İsa Qəmbəri dəstəkləməyə hazır olacaq. Yox, əgər İsa Qəmbər Eldar Namazovun şanslarını üstün görsə, Eldar Namazovun namizədliyini dəstəkləyə bilər. Yəni bu məsələ seçki situasiyasından və vəziyyətdən bilavasitə asılı olacaq. Mən bildiyim qədər seçkilər və seçkidə iştirakla bağlı belə bir real və praqmatik yanaşma var".

Bu faktın cəmiyyət tərəfindən öyrənilməsi ilk növbədə radikal müxalifəti və "Ziyalılar Forumu"nu çətin vəziyyətə salsa da, onlar müxtəlif manipulyativ vasitələrlə vəziyyətdən çıxmağa çalışırlar. Amma əlimizdə olan yetərincə məlumatlar isbatlayır ki, bu məqamda İsa Qəmbər öz adamları vasitəsilə Eldar Namazovu şantaj edib və onu tərəfdaşlarını satmağa məcbur edib.

"Ziyalılar Forumu" daxilində Eldar Namazovu qəbul etmirlər

Əvvəllər də qeyd etmişik ki, "Ziyalılar Forumu" daxilində reneqat Eldar Namazovu ciddi siyasətçi kimi qəbul etmirlər. "Ziyalılar Forumu" daxilində olan, lakin "siyasətə qarışmayan" Rüstəm İbrahimbəyov kimilər qəlbən İsa Qəmbəri dəstəklədiklərini belə dillərinə gətirməkdən çəkinmilər. Ona görə də, qurum daxilində sonuncu dəfə aparılmış müzakirələrdən sonra Eldar Namazov yenidən, lakin daha güclü qınaqla qarşılanıb. Məhz bu səbəbdən də, Eldar Namazov İsa Qəmbərin tələsinə düşərək, gedib başqana əl uzadıb. Bununla yanaşı, Eldar Namazovun şəxsi "keyfiyyətləri" də onun lider kimi ortaya çıxmasını şərtləndirə bilmir.

Çünki Eldar Namazov 1993-1999-cu illərdə dövlət vəzifəsində çalışmış, vəzifəsindən sui-istifadə edərək, şəxsi maraqlarını reallaşdımaq istəmiş, həmçinin, xarici anti-Azərbaycan dairələrilə münasibətlər quraraq, ölkəyə və xalqa arxadan zərbə vurmuş bir reneqatdır. Eldar Namazov bu kimi xəyanətkar əməllərinə görə vəzifədən kənarlaşdırıldıqdan sonra yenidən siyasi riyakarlıq nümayiş etdirməklə, xarici qərəzli dairələrin çirkin planlarında yer almağa başladı. Onun rəhbəri olduğu "Azərbaycan Naminə" İctimai Forumu xəttilə ABŞ və bir sıra Avropa ölkələrində yerləşən fondlardan qrantlar almaqla, Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə edilməsi nəzərdə tutulan əsassız, qeyri-obyektiv hesabatlar ötürdü. Məhz bu fəaliyyətinə görə, Eldar Namazovu "beşinci kolon"un üzvü kimi də qeyd etmək olar. Lakin Eldar Namazov bu cür fəaliyyətilə yalnız şəxsi maddi maraqlarını təmin edə bilirdi. Onun siyasi mənafeyi arxa planda qaldığından, Eldar Namazov "Ziyalılar Forumu" vasitəsilə siyasi maraqlarının realizəsinə cəhdlər göstərdi. İlkin olaraq, ziyalı anlayışını istismar etməklə, diqqəti cəlb etməyə çalışan Eldar Namazov sonrakı çıxışları ilə fəaliyyətinin əsil mahiyyətini üzə çıxarmış oldu. Artıq bu gün ictimaiyyətə bəllidir ki, Eldar Namazov nə üçün "Ziyalılar Forumu"ndadır və yalnız şəxsi maraqlarına görə, hakimiyyəti tənqid edən şəxsləri öz ətrafında birləşdirir. Aydındır ki, Eldar Namazov yalnız siyasi maraqlarına görə, bu addımları atır.

Bir sözlə, siyasi riyakar və reneqat Eldar Namazov siyasi maraqlarını təmin etmək məqsədilə xarici anti-Azərbaycan dairələrinə yarınmaq üçün çirkin planlara baş vurur və ətrafında Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə əl uzadanları birləşdirir.

Rüstəm İbrahimbəyov da hikkəsindən boğulur...

Eldar Namazovun silahdaşı olan Rüstəm İbrahimbəyov da özünün siyasi və biznes maraqlarına görə, anti-milli planlarda yer alır. Rüstəm İbrahimbəyovun dövlətə və xalqa qarşı çıxması tamamilə qərəzli xarakter daşıyır. Çünki əvvəllər ona göstərilmiş etimad və dövlət diqqətindən sui-istifadə edən İbrahimbəyov ermənipərəst biznes qruplarının Azərbaycandakı maraqlarını realizə etməyə çalışırdı. Yəqin ki, hər kəsə bəllidir ki, Rüstəm İbrahimbəyovun Şəhidlər Xiyabanını restoranlar şəbəkəsinə çevirmək planları var idi. Təbii ki, bu, onun çapına görə bir iş olmadığı üçün ona maddi dəstək verən ermənipərəst qüvvələrin mənafeyi yavaş-yavaş görünməyə başlayırdı. Belə ki, Rüstəm İbrahimbəyov ermənilərin Azərbaycanla bağlı planlarının reallaşmasının qarşılığı olaraq, "Oskar" mükafatına layiq görülməli idi. Əlbəttə ki, onun N.Mixalkovla birgə çəkdiyi film "Oskar" mükafatı aldı, amma həmin qonorardan Rüstəm İbrahimbəyova heç nə düşmədi. Ona görə də, bu günə qədər də "Oskar" mükafatı N.Mixalkovun otağındadır. Bu, ona görə baş verdi ki, Rüstəm İbrahimbəyov ermənilərin qarşısında götürdüyü öhdəliyi yerinə yetirə bilmədi. Elə bu səbəbdən də Azərbaycan xalqının milli-mənəvi dəyər məkanı olan Şəhidlər Xiyabanını qoruması üzündən Rüstəm İbrahimbəyov dövlətə və xalqı qarşı mövqe tutdu, anti-milli qüvvələrlə satqın fəaliyyətdə bulundu. Bu gün də Rüstəm İbrahimbəyovun bütün söylədiyi fikirlər yalnız qərəzdən irəli gəlir. O, hirsini boğa bilmədiyi üçün artıq kimlərə belə işlədiyini də qarışdırıb.

Gültəkin Hacıyeva da peşmandır

Gültəkin Hacıyeva da Rüstəm İbrahimbəyovla eyni psixoloji vəziyyəti paylaşır, lakin vəzifə hərisliyi ücbatından anti-milli qüvvələrlə bir yerdə işləyir. Məlum olduğu kimi, sözügedən şəxs vaxtilə Azərbaycan parlamentində təmsil olunurdu, eyni zamanda, Avropa Şurasında ölkəmizin və xalqımızın maraqlarını müdafiə edirdi. Amma Gültəkin Hacıyevanın potensialını aşan iddialar ortaya qoyması və vəzifə davası etməsi onu ictimaiyyətin gözündən saldı. Elə bu səbəbdən də, Gültəkin Hacıyeva növbəti dəfə seçiciləri tərəfindən dəstəklənmədi.

Buna görə də, acığını xalqdan və hakimiyyətdən çıxmağa çalışan Gültəkin Eldar Namazova inanıb "Ziyalılar Forumu"na daxil oldu və bununla da, anti-milli planların fəal iştirakçısı damğasını üzərinə götürdü. Amma bugünkü vəziyyətdə həm Gültəkin, həm də Rüstəm çox peşman olublar. Çünki Eldar Gültəkin və Rüstəmi onlardan əvvəl aldatdı və satdı.

"Səs" Analitik Qrupu

Digər xəbərlər