AXCP sədrinin ona qarı sürülən tutarlı ittihamları rədd etməsi cəmiyyətə uğursuzluq və məntiqsizlik təsiri bağışlayır
AXCP sədri Əli Kərimlinin hələ AXC hakimiyyti dövründə dövlət katibi postunu tutarkən korrupsiya və rüşvətxorluq əməllərini etiraf etməsi bir daha sübut edir ki, onun hazırda da yürütdüyü "siyasət" yalnız şəxsi mənfəət və dividendlərin artırılması kontekstində "inkişaf" edir. Daha dəqiq desək, 25 may 1993-cü ildə keçirilmiş müşavirədə o zmankı prezident Əbülfəz Elçibəyin hakim komandanı bir çox cinayətlərdə ittiham etməsi bu gün Ə.Kərimli tərəfindən başqa cür yozulmağa cəhd edilsə də, fakt öz faktlığında qalmaqdadır.
AXCP sədri özünü "təmiz" və "ideal" fərd qismində göstərmək üçün dəridən-qabıqdan çıxır
Məsələn, AXCP sədri həmin müşavirədəki çıxışını bəhanə edərək "Azadlıq" qəzeti vasitəsilə iddia edir ki, guya onlar hakimiyyətə yiyələnərkən çox az ətrafları hakimiyət dairələrində təmsil olunurdu. Guya onlar hansısa narazılığın baş verməməsu üçün öz sıralarında kommunist nomenklaturasından olan adamların çoxunu vəzifədə saxlayıblar. Ancaq görünən tərəf odur ki, bu gün də xalqın yaddaşından silinməyən həmin qaragüruh dövründə Ə.Kərimli tərəfrindən çox uğursuzcasına təhrif edilir. Xalq unutmayıb ki, məhz 92-93-cü illərdə Bakı və regionların bütün icra başçıları dəyişdirilərək, onların yerlərinə çobanlar, traktorçular, rəsmxət müəllimləri, hətta bazar alverçiləri yerləşdirildi. Eyni zamanda, dövlət postlarına təsadüfi adamların seçilməsi də xalqın hafizəsindən sislinməyib.
Məhz bu səbəbdən Ə.Kərimlinin AXC iqtidarının devrilməsində kommunist nomenklaturasını ittiham etməsi, guya həmin dövrlərdə rüşvəxorluğun, korrupsiya əməllərinin vəzifədə qalan keçmiş kommunistlər tərəfindən həyata keçirilməsini iddia etməsi çox gülünc və istehzadoğurucu ittihamlardır. Yəni bu kimi davranışlar bir daha sübut edir ki, AXCP sədri sadəcə özünü "təmiz" və "ideal" fərd qismində göstərmək üçün dəridən-qabıqdan çıxır. Amma belə cəhdlər onda çox uğursuz alınır. Üstəlik, 25 may 1993-cü ildə keçirilmiş məlum müşavirədəki çıxışından həzz aldığını deməklə nə qədər çətin vəziyyətdə qaldığını da gizlətmir.
Söz yox ki, Ə.Kərimlinin digər cinayətkarlıq və xəyanətkarlıq əməlləri də onun özü tərəfindən rədd edilir və bununla o, psixi gərginliyə düşməsini dolayısı ilə etiraf etmiş olur.
Elçibəyin qardaşı oğlu Hürrü Əliyev Əli Kərimlinin açıq şəkildə etmək istəmədiyi etirafları ictimailəşdirdi
Bu ərəfədə eks-prezident Əbülfəz Elçibəyin qardaşı oğlu, "Milli İdeya Naminə" Dövlətçiliyə Dəstək İctimai Birliyinin sədri Hürrü Əliyev AXCP sədri Ə.Kərimlini əmisini zəhərləməkdə və İran xüsusi xidmət orqanlarına işləməkdə ittiham edib və bununla bağlı rəsmi bəyanat yayıb.
Maraqlıdır ki, Ə.Kərimli bu barədə heç bir münasibət bildirməməklə guya həmin ittihamlara etinasız yanaşmasını və bununla sözügedən ittihamların "böhtan" olmasını cəmiyyətə sırımağa cəhd edir. Ancaq bu dəfə onun xəyanət ittihamlarının məhz Elçibəyin doğma qardaşı oğlu tərəfindən səsləndirilməsi vəziyyəti xeyli dəyişib. Düzdür, bu barədə Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev də kifayət qədər danışıb, hətta məsələ ilə bağlı istintaq işi də aparılmaqdadır. Lakin H.Əliyevin daha müfəssəl məlumatlar verməsi AXCP sədrini çıxılmaz dalana sıxışdırıb: "Əmimin zəhərlənməsi ilə bağlı Bakı şəhər prokurorluğunda istintaq getdiyi dövrdə, yəni təxminən 2012-ci ilin oktyabr ayının əvvələrində Əli Kərimli atamın yaşadığı evə gələrək, böyük narahatçılıqla atamdan istintaqın dayandırılmasına kömək etməyi israrlı şəkildə xahiş etdi" .
Məhz bu hadisənin ictimailəşdirilməsi, özü də Elçibəy ailəsi tərəfindən rəsmən bəyan edilməsi deməyə əsas yaradır ki, H.Əliyev Ə.Elçibəyin (Əliyevin-R.) qardaşı oğludur. Bu ailə ilə uzun illər bir yerdə yaşayıb. H.Əliyevin və atasının - Almurad Əliyevin Ə.Elçibəylə bağlı baş verən hadisələrdən kifayət qədər məlumatları var. Əgər H.Əliyev deyirsə ki, AXCP sədri Ə.Kərimli onlardan aparılan istintaqın dayandırılması üçün kömək istəyib, burada həqiqət məhz onun - Ə.Elçibəyin qardaşı oğlu tərəfindədir. Və təbii ki, H.Əliyevin arqumentləri, ittihamları istintaq orqanları tərəfindən mütləq nəzərə alınacaqdır.
Kələkidə 100 min, ümumilikdə isə, 2 milyon dollar
Digər tərəfdən o da bəllidir ki, Ə.Elçibəy Kələkiyə köçdükdən sonra Türkiyədən ona göndərilən 100 min dollarlıq yardım AXC daxilində yaradılmış parçalayıcı "Yurd" qruplaşmasının rəhbəri Ə.Kərimli tərəfindən mənimsənilmişdi. Məhz bu mənimsəmələr Elçibəyə qarşı atılan xəyanətin başlanğıcı olub. Belə ki, AXC-nin parçalanması zamanı Ə.Kərimli tərəfindən ümumilkdə 2 milyon dollar pulun yeyilməsi haqqındakı iddialar artıq öz təsdiqini tapmışdır. Belə ki, bunun üstünün açılmaması üçün Ə.Elçibəyin sıradan çıxarılması məsələsi var idi. Əgər AXCP sədri bu gün həmin ittiham üzrə istintaqa cəlb olunacaqsa, demək, burada həqiqətlərin olması yüz faizlik həddi aşır. Yəni bütün faktlar H.Əliyevin ittihamlarında həqiqət yükünün çox olduğunu göstərir və yaxın gələcəkdə Ə.Kərimlinin daha hansı cinayətlər törətməsi istintaqın yekununda Azərbaycan xalqına açıqlanacaq. Görünən isə budur ki, AXCP sədri Ə.Kərimli ifşa olunmasından ciddi təlaş keçirir və bu narahatçılığını heç cür gizlədə bilmir.
Rövşən RƏSULOV