Nə üçün İsa Qəmbər, Əli Kərimli və Rəsul Quliyev xalqın deyil, xarici kəşfiyyatın dəstəyinə arxalanır?
Azərbaycanın siyasət meydanında anti-milli ünsür kimi fəaliyyət göstərən radikal müxalifətin bütün işlərini sistemli izləyərkən, burada yalnız xarici kəşfiyyatın verdiyi direktivlərin izlərini görürük. 1992-ci ildən bu günə qədər ötən müddət ərzində radikal müxalifətin ayrı-ayrı təmsilçilərinin fərqli ölkələrin kəşfiyyatı ilə birgə işləyib və onların anti-Azərbaycan planları üzrə hərəkət ediblər. Belə olan təqdirdə ortaya sual çıxır: əgər əsas məqsədləri siyasi hakimiyyətə gəlməkdirsə, nə üçün radikal müxalifət xalqın deyil, məhz xarici kəşfiyyat orqanlarının dəstəyinə arxalanır? Bu suala cavab tapmaq üçün isə çox böyük olan mövzuda qısa təhlil apardıq. Ortada olan mənzərə isə heç də bizi təəccübləndirmədi. Çünki radikal müxalifətin kəşfiyyatın əlində bir oyuncaq olduğunu aydın şəkildə görə bildik.
Rus kəşfiyyatının oyuncağı İsa Qəmbərdir
Bu gün Müsavat partiyasının başqanı kimi cəmiyyətə təqdim olunan İsa Qəmbər, əslində, Azərbaycan dövlətinin və xalqının milii maraqlarına zidd addımlar atan, planlarda yer alan bir anti-milli ünsürdür. O, hələ 1992-ci ildə hakimiyyəti zor tətbiq etməklə qəsb edərkən belə, işlədiyi məntəqə də aydın şəkildə özünü büruzə verirdi. Xüsusilə də, qeyd etmək lazımdır ki, İsa Qəmbər o zaman Azərbaycanda qarşıdurmaların yaranmasında maraqlı olan Rusiya kəşfiyyatına işləyirdi.
Ümumiyyətlə, İsa Qəmbər Rusiya kəşfiyyatı ilə münasibətlərini hələ torpaqlarımızın Ermənistan tərəfindən işğal edilməsi dönəmindən rəsmiləşdirmişdi. Məhz təsadüfi deyil ki, ermnəilərin Xocalıda soyqırımı törətməsindən sonra İsa Qəmbər siyasi hakimiyyətə gəlmək sevdasına düşmüşdü. Bütün bunlar, təbii ki, planlı şəkildə həyata keçirilən siyasi strategiya idi.
Yəni Rusiya kəşfiyyatı ilə rabitəli şəkildə işləyən İsa Qəmbər bilirdi ki, rusların köməyilə ermənilər Dağlıq Qarabağda görünməmiş vəhşiliklər törədəcək. Amma xalqına düşmən kəsilmiş İsa Qəmbər səsini çıxarmırdı. Çünki ermənilərin Xocalı soyqırımından sonra İsa Qəmbər Mütəllibovun hakimiyyətdən getməsinə çalışmalı idi. Əlbəttə ki, bir çoxları deyirdilər ki, Mütəllibov Rusiyanın adamı idi. Amma bu, sırf manipulyativ şayiə idi ki, İsa Qəmbərin üzərində diqqət olmasın. İsa Qəmbər may ayında, nəhayət ki, Rusiya kəşfiyyatının köməyilə hakimiyyətə gələ bildi. Lakin razılaşdığı kimi Dağlıq Qarabağı da ermənilərə satdı.
Əli Kərimli İran kəşfiyyatının marionetkasıdır
1992-ci ildə hakimiyyətə gəlmək üçün xarici kəşfiyyatçıların xidmətlərin istifadə edənlərdən biri də Əli Kərimlidir. Əli Kərimlinin isə İran kəşfiyyatının planlarında yer alması haqqında ciddi məlumatlar var.
Qeyd edək ki, elə mətbuata müraciətində Hürrü Əliyev bildirib ki, "Əli" adında agentin İranın Bakıdakı səfiri Nəhavəndianın səfirliyin diplomatları ilə müşavirə keçirərkən Azərbaycan dövlət nümayəndə heyətinin İrana rəsmi səfərinin nəticələrinin yüksək qiymətləndirməsi, Nəhavəndianın Azərbaycan rəhbərliyinin qonşu İran dövlətinin böyüklüyünü dərk edərək ona tərəf üz döndərməsi, Türkiyə siyasətinin Azərbaycanda puça çıxması, İranın nüfuzunun artması, bu imkanı əldən verməmək üçün Azərbaycana hümanitar yardım kimi ərzaq və başqa istehlak malları göndərilməsi, Azərbaycan rəhbərliyinin siyasətdə naşı olmasından istifadə edərək İran-Azərbaycan vətəndaşlarının vizasız bu dövlətə gediş-gəlişi, Naxçıvan və Lənkəranda İranın baş konsulluqlarının açılması, İran televiziya proqramının birbaşa Azərbaycan televiziyasının kanallarının birində göstərilməsi, bəzi rayonlarda İranın dini məktəblərinin və mədrəsələrinin açılması, Azərbaycanın ali və orta təhsil ocaqlarında iranlıların təhsil alması, yerli həkimlərin müqavilə əsasında İrana işləməyə göndərilməsi kimi məsələlərin tezliklə həll olunacağına çalışacaqları, hal-hazırda Azərbaycanın dövlət katibi (Əli Kərimli) və Milli Məclisin sədri prezidentdən (Əbülfəz Elçibəy) nüfuzlu olmaları, bütün siyasi məsələləri onların həll etdikləri, bu baxımdan həmin iki şəxslə əlaqələrin möhkəmləndirilməsinin vacib olmasını bildirməsi, Azərbaycan-İran münasibətlərində siyasi gərginlik yaranarsa, Naxçıvan məsələsinin ortaya atılması məzmununda tərtib olunmuş 2 vərəqədən ibarət arayış aşkar etdim. Həmin sənədlə bir daha təsdiq olunurdu ki, Əli Kərimli həmin dövrlərdən başlayaraq əmimin həm ölkə daxilində, həm də ölkədən kənarda nüfuzdan salmağa cəhdlər edib, Bütöv Azərbaycan ideyalarına görə İranın əmim Əbülfəz Elçibəyə qarşı münasibətlərinin birmənalı olmamasından yararlanaraq Əli Kərimli hakimiyyət uğrunda apardığı mübarizədə öz məqsədlərinə nail olmaq üçün İran dövlətinin köməkliyindən istifadə edib, İran dövləti isə bunun nəticəsində həmin dövrdə müəyyən məqsədlərinə nail olmaq üçün konkret hərəkətlər edərək, müəyyən nailiyyət əldə edib.
Əlbəttə ki, Əli Kərimlinin Ə.Elçibəyi fiziki olaraq, aradan qaldırması və AXCP-nin sədrliyini ələ keçirməsi birbaşa olaraq, xarici kəşfiyyatın xidmətlərindən yaralanması nəticəsində baş tutub. AXCP sədri bu gün də eyni xətti əlində əsas tutaraq, şəxsi ambisiyalarını reallaşdırmağa cəhdlər göstərir.
Rəsul Quliyev də ermənilərin "alətidir"
Vaxtilə Azərbaycanda dövlət vəzifəsi tutmuş, sonradan isə satqınçılığı üzündən ABŞ-a qaçmış Rəsul Quliyev xarici kəşfiyyat orqanlarına işləyir. Rəsul Quliyev birbaşa olaraq, dünyanın istənilən nöqtəsində yerləşən erməni lobbisinin müəyyən təşkilatından dəstək almaq üçün bütün səylərini ortaya qoymuş bir anti-milli ünsürdür. Həm ABŞ-da, həm Almaniyada, həm də Fransa da erməni lobbisinin və kəşfiyyatının nümayəndələrilə mütəmadi olaraq, görüşlər keçirən Rəsul Quliyev konkret olaraq, Azərbaycanla bağlı çirkin planlarda yer alıb. Lakin hələ də şəxsi maraqlarını reallaşdıra bilməyən Rəsul Quliyev vaxtilə Dağlıq Qarabağda ermənilərin silahla təmin edilməsində xüsusi rolu olmuş Muradyanla da görüşməsi bir daha isbatlayır ki, o, erməni kəşfiyyatının bir "alətidir".
Anti-milli ünsürlər üçlüyünün ortaq nöqtəsi haqqında
Qeyd edək ki, Azərbaycan dövlətinə və xalqına düşmən kəsilmiş adları çəkilən anti-milli ünsürlər üçlüyünün fəaliyyətləri ayrı-ayrı xarici kəşfiyyat orqanları ilə əlaqələnsə də, onların birləşdiyi bir nöqtə də mövcuddur. Bu da, təbii ki, erməni lobbisidir. Kəşfiyyat orqanları fərqli olsa da, onların da erməni lobbisilə Azərbaycanla bağlı müəyyən maraqları mövcuddur. Ona görə də, bu anti-milli ünsürlər üçlüyü eyni məqsədə qulluq etmələri bəlli olur. Məhz onların erməni lobbisinin qarşısında götürdükləri əsas öhdəlik isə ondan ibarətdir ki, Azərbaycanın bu gün yürütdüyü Dağlıq Qarabağla bağlı qətiyyətli siyasətinə zərbə vurulsun. Bunun müqabilində isə hakimiyyətə gətirilməklə şirnikləşdirilən anti-milli ünsürlər üçlüyü Dağlıq Qarabağın da ermənilərə "hədiyyə" verilməsi kimi missiyanı da üzərilərinə götürüblər.
Amma anti-milli ünsürlər üçlüyü nəzərə almalıdır ki, Azərbaycan demokratik ölkədir və burada sözü xalq deyir. Ona görə də, xarici kəşfiyyatın dəstəyinə arxalanmaq və hakimiyyətə gəlmək sevdası ilə yaşamaq elə arzu olaraq da qalacaq.
"Səs" Analitik Qrupu