PDF Oxu

Müxalifət

  • 69

AXCP sədri günahını gizlətmək üçün köhnə metoduna əl atdı

AXCP sədri günahını gizlətmək üçün köhnə metoduna əl atdı

Əli Kərimli indi də ona qarşı "təxribat" olduğunu iddia etməklə yaxasını kənara çəkməyə cəhd edir

AXCP sədri Əli Kərimlinin tapşırığı ilə Saatlının Musalı kənd qəbiristanlığındakı məzar daşlarının kütləvi vandalizmə məruz qalmasından sonra "cəbhə" daxilində süni ajiotaj görüntüsü yaradılmaqdadır. Belə ki, birbaşa Ə.Kərimlinin nəzarətində olan "Azadlıq" qəzeti guya hadisənin baş verməsi arxasında hakimiyyətin dayandığını yazmaqla AXCP sədrinin yaxasını kənara çəkməyə səy göstərir. Daha dəqiq desək, həbs edilən şəxslərin guya AXCP-yə heç bir aidiyyatı olmadığını iddia edən "cəbhə" qəzeti, əslində, ciddi-cəhd hərəkətləri ilə həmin hadisələrdə məhz AXCP-çilərin əli olduğunu sübuta yetirir. Çünki "Azadlıq" qəzetinin israrla həmin məsələnin ətəyindən yapışaraq, baş verənləri Ə.Kərimlinin dividendinə yazmasından da belə nəticəyə gəlmək olar.

Əli Kərimli şərti adı "Musalı qəbiristanlığı" olan sabotaj xarakterli "əməliyyat" keçirib

Nəticə isə belədir ki, Ə.Kərimli bölgədə, eləcə də, ölkədə süni ajiotaj yaratmaq məqsədilə şərti adı "Musalı qəbiristanlığı" olan sabotaj xarakterli "əməliyyat" keçirib. Bu işdə ona adıçəkilən kəndin "cəbhəçi" üzvləri (hazırda onlar saxlanılıblar-R.R.) yardım göstəriblər. Cinayətin üstü açıldıqdan sonra isə üzərində Əbülfəz Elçibəyin həyatına sui-qəsd, eləcə də, digər ittiahmlar olan Ə.Kərimli ictimaiyyətin diqqətini həmin ittahmlardan yayındırmaqdan ötrü guya ona qarşı "təxribat" düzənləndiyi iddiaları ilə çıxış etməyə başlayıb. Əgər xatırlayırsınızsa, hələ bir müddət bundan öncə Ə.Kərimli guya onun öz həyatına sui-qəsd planının olması haqqında "Azadlıq"da dezinformasiyalar yaymışdı. Buradan da görünür ki, Müsalı məzarlığında qəbir daşlarının dağıdılmasında məhz Ə.Kərimli faktoru dayanıb.

Belələrinin normal düşüncəli Azərbaycan cəmiyyətində yerinin olmaması təbii qarşılanmalıdır

Əbəs yerə deyil ki, "Azadlıq" qəzetində son günlər "Hakimiyyət AXCP-yə qarşı növbəti təqib-təzyiq kampaniyasına start verib", "Bir neçə gün əvvəl Saatlının Musalı kəndində 2 nəfərin qəbir daşlarını dağıtmasını AXCP-nin ayağına yazmaq cəhdlərinin ardınca partiya fəalları Bakı polisinə çağırılaraq hədələnib" və bu kimi digər başlıqlı məqalələr yer almaqdadır. Söz yox ki, seçkilər ərəfəsində bu kimi çantaj xarakterli vasitələrdən istifadə etmək Ə.Kərimlinin köhnə metodlarındandır. Çünki onun dar düşüncəsində nə milli mənəviyyat, nə ləyaqət, nə də ki, vicdan anlayışı yoxdur. İnsan övladına lazım olan bu üç amilin Ə.Kərimlidə olmaması isə söz yox ki, onun belə bir rəzil addımlar atması ilə nəticəsini tapır. Ancaq bir həqiqət də mövcuddur ki, belələrinin normal düşüncəli Azərbaycan cəmiyyətində yerinin olmaması təbii qarşılanmalıdır.

RÖVŞƏN RƏSULOV

Digər xəbərlər