Biz bilirik ki, dağıdıcı müxalifət mövcud olduğu ( əgər buna mövcud olmaq demək mümkündürsə) zamanda heç vaxt normal şüar altında aksiya keçirməyib. Ya da normal şüar altında aksiya keçirmək istəyənlərə mane olaraq yenə də çirkin niyyətləri ilə ölkədə özbaşınalıq yaratmağa cəhd ediblər. Bunu martın 10-da Fəvvarələr Meydanında keçirilən aksiyada müxalifət bir daha sübut elədi ki, insanların faciəsindən istifadə edərək öz niyyətlərinə çatmaq üçün müxalifət bütün zorakı yollara hazırdır. Təsəvvür edin, övladları şəhid olan valideynlərin aksiyasına süni şəkildə müdaxilə edən, polislə əhali arasında provokasiya yaratmağa çalışan müxalifətin imkanı olsaydı, şəhəri alt-üst edərdi.
Martın 10-da keçirilən aksiyada dağıdıcı müxalifətin xəstə ruhlu üzvləri-Əbülfəz Qurbanlı, Xədicə İsmayıl, daha hansısa üzdəniraq VƏTƏNŞÜVƏNLƏRin hərəkətlərini görsəydiniz üzlərinə tüpürərdiniz. Nə aksiyadan əvvəl, nə də sonra bu şəxslərin heç biri övladını itirən valideynlərin yanında olmadılar. Sanki aksiya zamanı 2 cəbhə yaranmışdı. Birinci cəbhə 15-20 nəfərdən ibarət müxalifət düşükləri, ikinci cəbhədə isə əsgər valideynləri. Amma vəziyyət elə gətirdi ki, şəhid ata-anaları ora nə üçün gəldiklərini unutdular. Çünki bu 15-20 nəfər müxalifətçi onlardan istifadə edərək Nizami küçəsində düşük gədələr kimi o tərəf-bu tərəfə qaçaraq, səslərini başlarına (daha doğrusu tumanlarını) atmışdılar. Əslində, şəhid valideynləri də bu şəxslərə olduqca müəmmalı şəkildə baxırdılar. Bu sual gözlərindən oxunurdu valideynlərin: "bunlar kimdir, bunlar hardan çıxdılar?"
Qanunsuz və icazəsiz keçirilən aksiyada polis maşınının üstünə hücum çəkərək ( cəbhəçilərdən biri maşının altına uzanmaq istəyirdi ) özünü guya "qurban"a çevirmək hansı təmiz məqsəddən xəbər verir!? Çox gülməli bir vəziyyət alınmışdı, bu 20 nəfər müxalifətçi qaçıb deşikdən-deşiyə girir, hər 10 dəqiqədən bir çıxıb qışqıraraq yenidən gizlənirdilər. Bu hərəkətləri ilə guya polis nəzarətindən yayınmaq istəyirdilər. Amma bu mümkün olmadı. Çünki aksiya zamanı istənilən qanunsuz hərəkətin qarşısı polis tərəfindən alındı.
İnsanların başına çox faciələr gələ bilər, kimlərsə ailə üzvlərini qəzada itirə bilər, kimlərinsə övladları düşmənlə döyüşdə şəhid ola bilər. Amma bunu əldə bayraq edib öz şəxsi ambisiyalarını güdmək ləyaqətsizlikdən başqa bir şey deyil. Lap tutaq ki, əsgər ölümünə qarşı keçirilən aksiya keçirildi. Bəs sual olunur ki, İsa Qəmbəryan əsgər ölümünə etiraz etmirmi? Yox əgər edirsə, nə üçün o da vətəndaş kimi gəlib aksiyada iştirak eləmədi? Etmirsə, bəs nə üçün "tulalarını" göndərib aləmi qarışdırır?
Bütün günü əllərində olan mətbu "orqan"larla ağızlarına gələnləri yazıb ona-buna şər atan "funksioner"lər depuatatları, məmurları bu aksiyada iştirak etməyə çağırırdılar. Bəs adama deməzlərmi ki, ay mürtəd oğlu, mürtəd, özün niyə iştirak etmirsən? Yenə də, XIX əsrdə çıxan fransız şərab butulkalarına oxşayan Əbülfəz Qurbanlı yengə kimi başda gedirdi. Xədicə İsmayıl da ki, 20 tonluq sement çəni kimi ləngər vura-vura polisləri hədələyirdi.
Müxalifət dünənki addımı ilə bir daha sübut elədi ki, xalqın hansısa pis günü olsa, o saat arxadan balta saplayacaq kürəyimizə. Necə ki, Müsavatın üzvlərindən biri deyir ki, "hakimiyyətə gələn kimi hamını həbs edəcəyik. Kim müsavatçı deyilsə, hamı tutulacaq" Sizin məsləkinizə, qisasçılıq amallarınıza tüpürməkdən başqa əlac qalmır.
Bəs bu dığalar bilirmi ki, "Nida" hərəkatının sədri əsgərlikdə olmayıb? Bunlar kordurlarmı ki, 3 nəfər müxalifətçi gəncin evində təxribat yaradan alətlərin aşkar olunduğunu görməsinlər?
Baxın, yenə də axtarın görün, kimin başına nə gəlsə, istifadə edib özünüzü biabır edin. Bu sizin alın yazınızdır və bundan qaça bilməzsiniz.
SAMİR