PDF Oxu

Müxalifət

  • 51

İsa Qəmbər iddiasından geri çəkilmədi

İsa Qəmbər iddiasından geri çəkilmədi

Əli Kərimli və Eldar Namazov Müsavat namizədinə qarşı birləşə biləcəklərmi?

"Cəbhə" sədri Əli Kərimli, Müsavat başqanı İsa Qəmbər və "Ziyalılar Forumu"nun həmtəsisçisi, reneqat Eldar Namazov arasında keçirilən üçtərəfli gizli görüşlərin bəzi təfərrüatları üzə çıxmaqdadır. Belə ki, bəri başdan görünən odur ki, sözügedən gizi görüş nəticə etibarı ilə baş tutmuş hesab oluna bilməz. Hətta müxalifət mətbuatının həmin görüşü "müxalifət düşərgəsində yeni mərhələnin başlanması prosesi" kimi işıqlandırması da dağıdıcı "liderlərlər" və reneqatların razılıq əldə edə bilməmələrini gizlətməyə müvəffəq olmadı. Çünki ilkin məlumatlara görə, tərəflər seçkilərdə kimin "vahid namizəd" olması məsələsi ətrafında qovğalı və iddialı müzakirələr aparıbıar. Lakin yekunda razılıq əldə olunmayıb. Belə ki, ortada daha bir neçə amlilin dayanması şübhəsizdir.

İddialar "liderlərin" bir-birlərinin xeyirlərinə addım atmayacaqlarını müəyyənləşdirir

Məsələn, qənaətə gəlmək mümkündür ki, tərəflərin bir araya gəlməsi kənar təsirlərin nəticəsində baş tutub. Çünki böyük ehtimala görə, üçlüyün görüşüb öz aralarında "vahid namizəd" müəyyən etməsi barədə təşəbbüs ABŞ səfirliyində keçirilmiş qapalı müzakirələrdə qaldırılıb. Məsələnin maraqlı tərəflərindən biri də bu görüşdə nə üçün məhz bu üç şəxsin - Ə.Kərimlinin, İ.Qəmbərin və E.Namazovun iştirak etməsidir. Çünki müxalifət düşərgəsində digər siyasi partiyalar da var ki, onların da siyasi proseslərdə aktiv iştirakı müşahidə olunur.

Məsələnin təhlili tərəfini nəzərdən keçirərkən, ilk olaraq deyə bilərik ki, adlarıçəkilən bu üç şəxs özlərini "Azərbaycan müxalifətinin ən aparıcı liderləri" kimi cəmiyyətə təqdim edirlər. Əgər bu kimi təqdimat mövcuddursa, demək, ortada barışmaz iddialar da var. Həmin iddialar isə "liderlərin" bir-birlərinin xeyirlərinə addım atmayacaqlarını müəyyənləşdirir.

İlqar Məmmədov Əli Kərimlinin və İsa Qəmbərin təxribatına tuş gəlib

Yerdə qalan müxalifət "liderləri" isə, əslində, üzdə görünsələr də, çıxdaş olunmaqdadırlar. Belə ki, ADP sədri Sərdar Cəlaloğlunun namizəd kimi zərərsizləşdirilməsi haqqında "liderlər" arasında müəyyən qərar verilib. Çünki S.Cəlaloğlu hər üç şəxsə qarşı normalda ciddi alternativdir. "Ümid" sədri İqbal Ağazadənin də başı Elşad Abdullayev qalmaqallarına qarışıb. Videoqalmaqallarda onun da adının çəkilməsi "Ümid" sədrini kifayət qədər küncə sıxışdırıb. Artıq onun keçmişi ilə bağlı bir çox kompramat məsələlər ictimailəşməkdədir. "REAL hərəkatının" sədri İlqar Məmmədov isə iğtişaşlara qatılaraq özünü təıəyə saldı. Söz yox ki, o, bölgədəki iğtişaşlara qatılmaq üçün İ.Qəmbər, eləcə də, Ə.Kərimli tərəfindən getməyə sövq edilib və onların hər ikisinin özünə qarşı təxribatına tuş gəlib. ACP "lideri" Rəsul Quliyevin hazırda Azərbaycana gəlib müxalifətin "lideri" olmaq şansı sıfıra dirənib. Nəticədə, ortada üç nəfər qalıb.

Eldar Namazovun "zühuru" baş tutmayacaq

Daha doğrusu, E.Namazovun müxalifətçi olmaq şansı o qədər də yüksək deyil. Çünki istər "Ziyalılar Forumu", istər hələ də doğulmamış adı qoyulan "EL" hərəkatı, istərsə onun tərkibində yaradılacaq "Milli Şura" siyasi cəhətdən yox səviyyəsindədir.

Məsələn, politoloqlar hesab edirlər ki, bu görüşün layihəsi də məhz E.Namazov tərəfindən hazırlanıb. Belə ki, bu şəxs özünü azsaylı tərəfdarlarına "müxalifətin lideri" kimi sırımağa nail olub. Ancaq bu da müvəqqəti xarakter daşıyır. Üçlüyün görüşündə məqsəd hazırda AXCP və Müsavat arasındakı kompromat savaşı, sosial şəbəkələrdəki qarşıdurmanı aradan qaldırmaq, eyni zamanda, E.Namazovun yenidən "zühur" etməsidir. Çünki bu vaxta qədər onun "liderlərlə" elə də ciddi təsir bağışlaya biləcək görüşü olmayıb.

Nəticə isə budur ki, sözügedən görüşdə Müsavat başqanı İ.Qəmbərin geriyə çəkilməməsi vəziyyəti daha da mürəkkəbləşdirib. Ona görə də ona qarşı düşərgədaxili hücumların artacağını istisna etmək olmaz. Başqa tərəfdən, hücumlarda "cəbhəçilərlə" yanaşı, reneqatların da olması kifayət qədər mümkündür. Baş verənlər isə dağıdıcı düşərgənin, ümumiyyətlə isə, hər üç iddiaçının iflası ilə nəticələnəcək.

Mübariz QULİYEV

Digər xəbərlər