PDF Oxu

Müxalifət

  • 56

Niyə məhz indiki şəraitdə müxalifətin yadına xalq düşdü?

Niyə məhz indiki şəraitdə müxalifətin yadına xalq düşdü?

Dağıdıcı düşərgə "liderləri" Qərbin bəzi qüvvələrindən təlimat aldıqlarını etiraf edirlər

AXCP sədri Əli Kərimlinin "İctimai Palata"nın sonuncu sessiyasındakı çağırışlarından da bəlli oldu ki, dağıdıcı düşərgə hazırkı dövrə qədər Qərbin bəzi qaranlıq qüvvələri ilə əməkdaşlıq edərək, xarici ağalarının təlimatlarını icra ediblər. Ancaq həmin təlimatların uğursuzluq zolağından o tərəfə keçmədiyini görən "liderlər" son məqamda Qərblə işləməkdən imtina etmək vaxtının çatdığını bəyan etməkdədirlər. "Cəbhə" sədrinin bu dəfə xalqla işləməyin vacibliyi haqqında boğazdan yuxarı bəyanatlar səsləndirməsi, Müsavat rəhbərliyinin də onun sözügedən bəyanatını dəstəkləməsi kifayət qədər qənaətə gəlməyə əsas yaradır ki, onlar hakimiyyətə yiyələnməkdən ötrü Azərbaycanda siyasi-iqtisadi maraqlarını reallaşdırmaq istəyində olan xarici qüvvələrin tapşırıqlarını canla-başla yerinə yetirməyə "bəçeşm" deyiblər.

Lakin bir tərəfdən xalqın yanında olmağın vacibliyini deyən "liderlər" yenə də tərəddüd içindədirlər. Necə deyərlər, birini tutub, digərini əldən vermək istəmirlər. Bu səbəbdən də, qalıblar odla su arasında. Bu məqamı "Yeni Müsavat"ın ötən saylarının birində gedən "Qərblə işləməyə davammı, tamammı" başlıqlı məqaləsində də görmək mümkündür. Bu ətrafda bəhs edən yazıda dağıdıcı düşərgənin "liderləri" və funksionerləri böyük və çıxılmaz tərəddüd içində qaldıqlarını gizlədə bilmirlər.

Bu, həmin müxalifətdir ki, vaxtilə hakimiyyəti ələ almaqdan ötrü hətta şeytanla belə əməkdaşlığa hazır olduğunu aşkar şəkildə etiraf edirdi

Daim özünü xalqdan, milli və dövlətşilik maraqlarından təcrid edən dağıdıcı müxalifət "liderləri", xüsusilə, AXCP sədri Əli Kərimli və Müsavat başqanı İsa Qəmbər birdən-birə belə bir fikir ətrafında "ideya" formalaşdıraraq, məhz xalqın adından sui-istifadə etməyə səy göstərirlər. Çünki onların özləri də yaxşı bilirlər ki, Azərbaycan xalqı qarşısında törətdikləri xəyanətlərinə görə etimadları sıfır həddindən də aşağı səviyyədədir. Ona görə də Ə.Kərimlinin "Qərbdən əlinizi üzün, xalqın ətəyindən yapışın" tipli çağırışlarında, ümumiyyətlə, hər hansı bir səmimiyyət görünmür.

Eyni zamanda, xatırlatmaq lazımdır ki, bu, həmin müxalifətdir ki, vaxtilə hakimiyyəti ələ almaqdan ötrü hətta şeytanla belə əməkdaşlığa hazır olduğunu aşkar şəkildə etiraf edirdi. Və nəyə görəsə, şeytanla əməkdaşlığa gedən aşırı radikalların yadlarına həmin dövrlərdə xalq amili düşmürdü.

Qərbdən imtina çağırışları blefdən başqa heç bir təsir bağışlamır

İndi isə, göründüyü kimi, çox çətin və çıxılmaz vəziyyətdə olan dağıdıcı müxalifət yeni "ideya" ilə ortaya çıxaraq, siyasi dividend güdməyə başlayıb. Ancaq daha bir faktı unudublar ki, bu gün Azərbaycanda kifayət qədər güclü və etibarlı xalq-dövlət vəhdəti mövcuddur. Bu vəhdəti pozmaq isə onlar üçün mümkünsüz variantdır. Çünki yaxınlara qədər ümid bəslədikləri Qərb dairələri belə sözügedən inamı və qətiyyəti sındıra bilmədi. Xarici təşkilatlar vasitəsilə həyata keçirilməyə istiqamətlənmiş icazəsiz aksiyalar, uğursuz mitinq və piketlər də məhz bu sıradandır. Çünki həmin dövrlərdə də sağlam düşüncəli ictimaiyyət nümayəndələri müxalifətin xəyanət oyunlarına qatılmadı. Bu səbəbdən də, Ə.Kərimlinin yadına məhz indiki - seçkiöncəsi şəraitdə xalqın düşməsi blefdən başqa heç bir təsir bağışlamır.

R.RƏSULOV

Digər xəbərlər