Elçin Mirzəbəyli: "Müxalifətin iç üzünü bilmədən onların qurduğu oyunlara alət olan gənclər var"
Heç kəsə sirr deyil ki, bu gün gənclərin dünyagörüşünün formalaşmasında, onların aktivliyinin artmasında sosial şəbəkələrin rolu böyükdür. Sosial şəbəkələrdə hər hansı bir məsələ ilə bağlı təbliğat aparmaq, fikirlər paylaşmaq mümkündür. Təsir baxımından da digər təbliğat vasitələrindən daha üstündür. Ölkəmizdə internet istifadəçilərinin sayı çoxaldıqca gənclərimiz də sosial şəbəkələrdə aktivlik nümayiş etdirilər. Bəzi qüvvələr sosial şəbəkələrdə aktiv olan gəncləri yalan vədlərlə aldadaraq öz tərəflərinə çəkir və onlardan müəyyən məqsədləri üçün istifadə edirlər.Daha çox dağıdıcı müxalifət sosial şəbəkələr vasitəsilə gənclərdən istifadə edərək ölkədə gərginlik yaratmaq və pozuculuq aktları törətmək cəhdləri olur və bu cəhd hər dəfə, demək olar ki, iflasa uğrayır.Mövzu ilə bağlı məsələyə münasibət bildirən BAXCP sədr müavini Elçin Mirzəbəyli bildirib ki, müxalifət düşərgəsini təmsil edən qüvvələr məhz sosial şəbəkələr vasitəsi ilə gənclərdən istifadə edib ölkədə gərginlik yaratmaq istəsələr də, həmin o qüvvələrin bu istəkləri reallığa çevrilmədi: "Ümumiyyətlə, bu cür aksiyaları təşkil edən qüvvələrin əsas məqsədi öz siyasi maraqlarını və onları himayə edən xarici dairələrin maraqlarını həyata keçirmək üçün gənclərdən bir alət kimi istifadə etməkdən ibarətdir. Dağıdıcı müxalifət tərəfindən bütün bu cəhdlərin hər hansı bir effekt verəcəyi gözlənilən deyil. Bir sözlə, müxalifət təmsilçilərinin bu cür hərəkətlərə əl atması cəmiyyət tərəfindən mənfi qarşılanır".Dağıdıcı müxalifətin gənclər siyasətinin məhz hansısa qarşıdurmalar yaratmaq və iğtişaşlar törətmək ideyası üzərində kökləndiyinə diqqət çəkən E.Mirzəbəyli qeyd edib ki, müxalifəti təmsil edən şəxslərin təfəkkürü, demək olar ki, yalnız qarşıdurma üzərində formalaşıb: "Son nəticədə Azərbaycan xalqı və cəmiyyəti aqressiv düşüncənin, münasibətin və radikal təfəkkürün əleyhinə olduğu üçün həmin qüvvələrin fəaliyyətinin nəticəsi uğursuzluğa düçar olur. Çünki müxalifət qüvvələrinin iç üzünü hər bir kəs çox gözəl bilir".Azərbaycanı dünyada öz intellekti, bilik və bacarığı ilə təmsil edən gənclərdən nümunə götürmələri və normal həyat axarına qovuşmaları üçün müxalifətin təsiri olan gənclərlə iş aparmağın gec olmadığını deyən partiya rəsmisi bildirib ki, müxalifətin iç üzünü bilmədən onların qurduğu oyunlara alət olan gənclər var: "Demək olar ki, bu gəncləri özlərinə tərəf çəkmək üçün müxalifət tərəfdarları hər cür əməllərə əl atır və reallığı özündə əks etdirməyən fikirlər səsləndirir. Amma həmin gənclər müxalifət təmsilçilərinin iç üzünü biləndən sonra onlardan tamamilə uzaqlaşırlar. Çünki zaman keçdikcə onlar səhv yolda olduqlarını dərk edirlər. Amma bütün bunlar o demək deyil ki, həmin o şəxslərdən imtina edilməlidir. Çünki onlar da Azərbaycan vətəndaşlarıdır".
GÜLYANƏ