PDF Oxu

Müxalifət

  • 51

AXCP və Müsavatda təlaş

Və ya Eldar Namazov bölgələrdəki "cəbhə" və müsavatçıları neçəyə alıb?

AXCP və Müsavatda təlaş

Son günlər "EL" hərəkatı ilə AXCP və Müsavat partiyaları arasında gedən savaş daha da çiddətli hal almaqdadır. Belə ki, ACP-nin ardınca, bir neçə "cəbhəçinin" və müsavatçının da adıçəkilən hərəkata qoşulması həm Əli Kərimlinin, həm də İsa Qəmbərin təlaşına səbəb olub. Artıq o da bəllidir ki, hər iki partiya sədri təşkilatlarının gizli toplantısını keçirərək, "EL"-ə transfer olunan partiyadaşlarını xəyanətkar elan ediblər. Qeyd edək ki, ACP sədri Sülhəddin Əkbər də az öncə bəyan etmişdi ki, rəhbərlik etdiyi təşkilat üzvlərinin "EL"-ə keçmələri xəyanət kimi dəyərləndirilib.

"Liderlərini" 500 və 1000 dollara satanlar

Ancaq maraqlı məqamlardan biri də budur ki, E.Namazov indi də bölgələrə səfər edəcəyini bəyna edib. Təbii ki, onun bu marağı məhz bölgələrdə fəaliyyətsiz qalmış AXCP və Müsavat üzvlərini öz cinahına cəlb etmək istəyindən irəli gəlib. Daha dəqiq desək, E.Namazov müəyyən dairələrdən təlimat və maddi vəsait əldə edərək, onları pulla almağa çalışır. Əldə etdiyimiz məlumatlara görə, bu gün hər hansı siyasi təşkilatdan "EL"-ə transfer baş tutursa, transfer olunan tərəfə statusundan asılı olaraq 500, ya da 1000 dollar həcmində pul ödəyir. Ümumiyyətlə, belə qənaətə gəlmək mümkündür ki, həm özlərini, həm də "liderlərini" pul müqabilində satan "cəbhəçilər" və müsavatçılar sabah da E.Namazovu digər "liderə" dəyişəcəklər. Lakin hazırda seçkiöncəsi dividend qazanmağa yönəlmiş bu kimi addımlarla E.Namazov həm Ə.Kərimli, həm də İ.Qəmbər üzərində müəyyən qələbə qazanmış olub.

AXCP və Müsavat arasındakı ziddiyyət "EL"-ə qarşı birləşməyə imkan vermir

Ümumiyyətlə, sözügedən məsələni təhlil etsək, həm də belə nəticəyə gələ bilərik ki, bu gün Ə.Kərimli-İ.Qəmbər cütlüyünün qatı düşmənlərinə çevrilmiş E.Namazov faktoru onların ən zəif yerlərinə güclü zərbə endirməyə nail olub. Yəni E.Namazov da yaxşı bilirdi ki, "İctimai Palata"da normal yola getməyən hər iki partiya sədri həm də "vahid namizəd" ideyasında ümumi razılığı əldə edə bilməyiblər. Nəticədə həm AXCP, həm də Müsavat tərəfdarları arasında çoxsaylı qarşıdurmalar baş verib ki, bu amil də adıçəkilən siyasi təşkilatların zəifləməsinə gətirib çıxarıb. Belə bir məqamı əldən buraxmaq istəməyən E.Namazov ACP üzərində apardığı əməliyyatı AXCP və Müsavat üzərində də apardı. Lakin onun bu, dəfəki transfer cəhdləri yalnız maddiyyat əldə edildikdən sonra baş tutdu.

Rüstəm İbrahimbəyov Eldar Namazova Rusiyadan pul göndərib

Çünki "EL"-ə transfer olunan tərəflər onun qarşısına bu təkliflə çıxdılar. Son məqamda "cəbhə" və müsavatçıları itirmək təhlükəsi ilə yaşayan E.Namazovun imdadına məlumatlara görə Rüstəm İbrahimbəyov çatıb. Adının açılmasını istəməyən mənbənin bildirdiyinə görə R.İbrahimbəyov son məqamda Rusiyadan bir miqdar pul göndərib və tapşırıb ki, həmin pullar məhz AXCP və Müsavat partiyalarında daxili parçalanmaya xərclənsin.

Göründüyü kimi, artıq bu parçalanma baş verib. Ancaq seçkilər yaxınlaşdıqca, həmin parçalanmaları "EL"-də də görə biləcəyik. Çünki zamanında müxalifət partiyalarının çoxunda parçalanmalar yaradan İ.Qəmbər və Ə.Kərimli fürstə düşən kimi "EL"-ə qarşı daha kəskin addımlar atacaqlar. Bu isə bütövlükdə müxalifətin iflası ilə nəticələnəcək hadisə kimi dəyərləndiriləcək. Daha dəqiq desək, seçkilərin nəticələri bəlli olmamış, dağıdıcı müxalifət axır aqibətini çox pis sonluqla başa çatdıracaq.

Rövşən RƏSULOV

Digər xəbərlər