Xəyanətkar fərd Ermənistanın Qarabağı öz torpağı saydığından danışıb
"Ziyalılar Forumu"nun həmtəsisçisi, "Milyarderlər İttifaqı"nın üzvü Rüstəm İbrahimbəyov Rusiyanın "Rosbalt" İnformasiya Agentliyinə verdiyi müsahibəsində əsrlər boyu azərbaycanlıların qanlarına susamış, xalqımıza və millətimizə qarşı soyqırımları törətmiş erməniləri müdafiə edən cəfəng fikirlər səslənidirib. Bununla bir daha sübut olunub ki, o, istənilən məqamda Azərbaycanın milli-dövlətçiliyinin əleyhinə fikirlər səsləndirməklə, bilavasitə, erməni lobbisinin nökərlərindən biri kimi çıxış edib. Bu rüsvayçı fərdin daha öncələr də erməni qaniçənləri ilə sıx təmasda olması qədər deməyə əsas yaradır ki, əslində, onun belə bir davranışları arxasında məhz erməni və Azərbaycanda marağı olan ermənipərəst siyasi dairələr, dayanıb.
Bu kimi rəzilliklərdən sonra R.İbrahimbəyovun tükənməz erməni sevgisindən dəm vurmasına təəccüblənmək lazım deyil
Xatırladaq ki, R.İbrahimbəyov bir neçə il öncə də Rusiyanın aparıcı mətbuatlarının birində erməni lobbisinin dəstəyi ilə tribuna əldə edərək, bənzər bəyanat səsləndirmiş, nəticədə, Azərbaycan ziyalılarının, Azərbaycan xalqının sərt təpkisi və etirazları ilə üz-üzə qalmışdı. Eyni zamanda, o, kinomatoqraf kimi erməni kinorejissorları üçün ssenarilər yazmış, həmin ssenarilərində məhz düşmən xalqın xeyrinə olan nüanslar qondarma "yaradıcılığında" kifayət qədər yer almışdı.
Həmçinin, unutmaq lazım deyil ki, R.İbrahimbəyov Ermənistanın ultramillətçi "Daşnaksütyun" partiyasından olan həmkarını belə, Azərbaycana qonaq qismində gətirmiş, onu özünə qardaş adlandırmışdı. Məhz bütün bu kimi rəzilliklərdən sonra R.İbrahimbəyovun tükənməz erməni sevgisindən dəm vurmasına təəssüflənmək lazım deyil.
Sualım millətimin erməni xalqı qədər düşməni olan R.İbrahimbəyovadır!
"Bu gün onlar da azərbaycanlılar kimi, baş verənlərin qurbanıdır" deyə sərsəmləyən rüsvayçı İbrahimbəyov yəqin unudub ki, ermənilərdən fərqli olaraq, azərbaycanlılar heç vaxt erməni xalqına qarşı 31 mart Bakı soyqırımı, Quba, Şamaxı, Zəngəzur qırğınları, eləcə də, əsrin faciəsi kimi qiymətləndirilən Xocalı soyqırımını törətməyib.
Eləcə də, ermənipərəst kinomatoqraf anlamalıdır ki, ermənilərin Zori Balayanı, Silva Kaputikyanı, akademik Aqanbekyanı, Ter-Petrosyanı, Köçəryanı, Sarkisyanı, eləcə də, başqa-başqa digər millətçi nasistləri, həmçinin, rusiyalı şovinistləri olan Mixail və Raisa Qorbaçovları, Andrey Saxarovları, Yelena Bonnerləri, Qalina Staravoytovaları, Henrix Borovikləri 1987-ci ildən başlayaraq "Qarabağ Ermənistana birləşdirilməlidir" deyə bəyanatlar səsləndirəndə, məhz "Azərbaycan xalqına düşmən olmayan" erməni xalqı Yerevanın Teatr Meydanına toplaşıb, "Mi-at-sum!", "Ka-ra-bax!", "Lenin-partiya-Qorbaçov!" kimi şüarlar səsləndirirdilər. Sualım millətimin erməni xalqı qədər düşməni olan R.İbrahimbəyovadır: Əgər erməni xalqı da azərbaycanlılar kimi baş verənlərin qurbanlarıdırsa, o zaman nəyə görə Ermənistan boyu kütləvi mitinqlərdə iştirak edib, "Türksüz Ermənistan" plankartlarını başları üzərinə qaldırırdılar??!! Məgər "Hər iki tərəf - həm Azərbaycandakı, həm də Ermənistandakı əhali köçmək məcburiyyətində qalıb" iddiası ilə çıxış edən İbrahimbəyov bilmirmi ki, ermənilərdən fərqli olaraq, məhz azərbaycanlılar ilk olaraq qan-qada, zor gücünə öz əzəli torpqalarından - Qərbi Azərbaycandan (indiki Ermənistandan -R.R.) çıxarılmağa başlanıldılar??!! Əlbəttə ki, bilir, özü də iybilən köpəklər kimi! Sadəcə, R.İbrahimbəyov bir daha erməni aşnaları tərəfindən ortaya atılaraq, onların işlərinə yaramağa başlayıb. Çünki ortada ermənilərin də marağı olmaqla yanaşı, özünün də bir çox qaranlıq maraqları mövcuddur!
Erməni əsgəri bu gün azərbaycanlı kəndlərini davamlı atəşə tutursa, körpələr, mülki şəxslər həlak olursa, onlar bununla öz "Vətən borclarını" yerinə yetirmiş olurlar??!!
Və bu gün "İnsanları orduya çağırırlar və onlar öz Vətən borclarını yerinə yetirməlidirlər. Mən onları bu borcu yerinə yetirməyə çağırmıram. Daha vacib olanı kitabları yandırmamaq və iki millətin bir-birini əbədi olaraq düşmən olaraq görməməsidir" deyə bildirən xəyanətkar R.İbrahimbəyov dolayısı ilə cəbhə bölgələrində erməni snayperləri tərəfindən öldürülən şəhidlərimizin qanlarını təhqir edir. Bu rüsvayçı fərd "Vətən borcu" deyərkən, atəşkəs rejimində erməni terrorçularının azərbaycanlı körpələrini hədəfə almasını da, deyəsən, unudub. Maraqlıdır, demək belə çıxır ki, erməni əsgəri bu gün azərbaycanlı kəndlərini davamlı atəşə tutursa, körpələr, mülki şəxslər həlak olursa, onlar bununla öz "Vətən borclarını" yerinə yetirmiş olurlar??!!
Ancaq bütün bunlar azmış kimi, R.İbrahimbəyov ahıl yaşında olan-qalan nüfuzunu da itirmək bahasına utanıb-qızarmadan, həyasızcasına, Ermənistanın Qarabağı öz torpağı saydığından danışır: "Onlar Qarabağı özlərininki, biz də öz torpağımız sayırıq. Məncə, bu müzakirə mövzusudur. Bu, danışıqlar və elmi araşdırmalar mövzusudur".
Artıq burada heç bir şərhə ehtiyac da qalmır. Çünki özünü azərbaycanlı hesab edən hər bir kəs öz təsəvvüründə R.İbrahimbəyovun lazımi cavabını verir. Necə ki, bir müddət öncə Azərbaycan xalqı Əkrəm Əylislinin cavabını verərək, ona rəsmən və haqlı olaraq Azərbaycan xalqının xəyanətkarı damğasını vudru!
Rövşən RƏSULOV
P.S. Daha bir məqama da toxunmaq istərdik. Bu gün "Yeni Müsavat, "Azadlıq" kimi qəzetlər R.İbrahimbəyovun məlum müsahibəsindən təəssüf etdiklərini, eyni zamanda, vaxtilə onu dəstəklədiklərinə görə peşman olduqlarını etiraf edirlər. Düşünüdürücüdür ki, həmin dövrlərdə R.İbrahimbəyovu tənqid edən iqtidar mətbuatı da dağıdıcı müxalifət düşərgəsinin hədəfində idi. Ancaq göründüyü kimi, haqq-ədalət yenə də məhz iqtidarın tərəfindədir. Çünki iqtidar heç zaman nə R.İbrahimbəyov kimi, nə də dağıdıcı müxalifət mətbuatı və onları idarə edən "liderləri" kimi səhv proqnozlar, yanlış qəraralar verməyib, vermir, bundan sonrakı illərdə də verməyəcək! Ona görə də ən azından, müxalifətin bunu etiraf etməsi biz iqtidar jurnalistlərini bir balaca sevindirdi...