PDF Oxu

Müxalifət

  • 24

İSA QƏMBƏR GÖRMƏMİŞLİK EDİR

Ölkədə seçki kampaniyasına rəsmi start verilməmiş öz namizədliyini sırımağa çalışan Müsavat başqanı hakimiyyət hərisliyi ilə alışıb-yandığını gizlədə bilmir

İSA QƏMBƏR GÖRMƏMİŞLİK EDİR

Müsavat başqanı İsa Qəmbərin müxalifət düşərgəsində tələm-tələsik namizədliyini irəli sürməsi belə qənaətə gəlməyə əsas verdi ki, onun canına hopmuş hakimiyyət hərisliyi sindromu hər seçkilər ərəfəsində olduğu kimi, bu ildə də oyanıb. Bu kimi sağalmaz xəstəliyə - hakimiyyət hərisliyi sindromuna mübtəla olan İ.Qəmbər öz təbliğatını və təşviqatını aparmaqla həm də seçkilərə rəsmi start verilməmiş, tələskənliyə yol verməklə bütün bu kimi "məziyyətlərini" kifayət qədər sərgiləmiş olur.

Gah gənclərlə görüş, gah qadınlarla görüş, gah da rayon sakinləri ilə görüş adı altında öz qaranlıq məqsədlərini reallaşdırmağa səy göstərən Müsavat başqanının özü də yaxşı bilir ki, Azərbaycan xalqı heç də onun hakimiyyətdə olduğu dövrlərdəki "gənclər", "qadınlar siyasətini" unutmayıb.

Qarabağ probleminin həll olunmamasında onun və ərtafının kifayət qədər günahları var

Məhz AXC-Müsavat hakimiyyətində olarkən, İ.Qəmbərin gənc azərbaycanlıların ölüm hökmünü təsdiqləyən fərmana imza atması bir daha deməyə əsas yaradır ki, bu fərdin "gənclər siyasəti" məhz gənclərin uçuruma yuvarlanması ilə nəticələndi.

Başqa tərəfdən, İ.Qəmbər həmin İ.Qəmbərdir ki, AXC-Müsavat hakimiyyəti zamanı qəbuluna düşmək istəyən bir neçə şikayətçi xanımı təhqir edib, onları öz qoluzorlularına döydürmüş, üstəlik, ərlərini cəbhəyə göndərərək, orada güllələdəcəyi ilə hədələmişdi. Bütün bu kimi fakt və dəlillər kifayət qədərdir. Sadəcə, belə rüsvayçı və iyrənc faktlar o qədər çoxdur ki, onları sadalamaq üçün günlərlə vaxt itirmək lazımdır.

Maraqlıdır ki, qanunsuz təşviqat və təbliğatını aparan Müsavat başqanı Qarabağ problemini qabartmaqla, guya özünün burada heç bir günahının olmadığını sübuta yetirməyə çalışır. Ancaq unudur ki, məhz Qarabağ probleminin həll olunmamasında onun və ərtafının kifayət qədər günahları var. Və nədənsə, İ.Qəmbər etiraf etmək istəmir ki, məhz birinci Qarabağ savaşında AXC-Müsavat cütlüyünün rəhbərliyi erməni işğalçıları ilə gizli danışıqlara gedə biləcək qrup yaratmış və onların vasitəçilikləri ilə sepatarçı razılaşmalara getmişdi.

Cəbhədə meyit alverinin monopoliyası İsa Qəmbətin əlində olub

Hətta ermənilərə benzin satıb, əvəzində aldadıldıqları məqamlar da həmin hadisələr içində yer almışdı. Burada daha ürəkağrıdan nüanslardan biri də şəhid düşmüş azərbaycanlı əsgərlərinin ailələri ilə aparılan meyit alveri bazarıdır. Həmin bazarların baş bazarkomlarından biri isə məhz yarımçıq aspirant, "KQB" agenti İ.Qəmbərdir. Həmin dövrlərdə müharibə meydanlarında şəhid düşən əsgərlərin meyit alverlərinin monopoliyası bilavasitə İ.Qəmbərin əlində olub. Bir daha qeyd edək ki, bütün bunları sübuta yetirə biləcək qədər dəlillər mövcuddur.

Ona görə də öz görüşlərində "Bu il keçiriləcək seçkidə qalib gəlməmək haqqımız yoxdur" deyə iddialar irəli sürən Müsavat başqanı əslində nəinki prezident, heç "JEK" müdiri seçkilərinə belə qatıla bilməkdə haqqının olmadığını birdəfəlik dərk etməlidir!

Mübariz QULİYEV

P.S. Müsavatçıların nəzərinə! Görünür, Müsavat başqanı öz görməmişliyini gizlədə bilmədiyinə görə, AXC-Müsavat hakimiyyəti dövründəki cinayətlərini, xəyanətlərini və rüsvayçı hərəkətlərini anidən unudub. Belə olan halda, qarşıdakı günlərdə daha turalı faktlarla qarşı-qarşıya qalmalı olacaq.

Digər xəbərlər