PDF Oxu

Müxalifət

  • 21

Rüstəm İbrahimbəyov manqurtdur!

Və ya erməni maraqlarının ifadəçisi olan qoca rejissor Azərbaycan dövlətinə və xalqına qara yaxmaqda davam edir

Rüstəm İbrahimbəyov manqurtdur!

Rüstəm İbrahimbəyovun ermənilərlə əlaqələri haqqında dəfələrlə yazmışıq. Hətta Rüstəm İbrahimbəyovun ermənilərlə ünsiyyəti, fəaliyyəti və onlara olan məhəbbəti haqqında reallıq artıq hər kəsə bəllidir. Erməni maraqlarının ifadəçisi olan Rüstəm İbrahimbəyov xəyanətkar Əkrəm Naibovu müdafiə edən, onun tərəfində olduğunu bildirənlərdən ən birincisidir. O, ermənilərə simpatiyası olan, onlarla yaxın dostluq əlaqələrinə malik, Bakını ermənilərsiz təsəvvür etməyən anti-milli ünsürdür. Onun erməniçiliyi o qədər güclüdür ki, hətta əsərlərində belə qəhrəmanları erməniləşdirir.

Qeyd etmək lazımdır ki, Rüstəm İbrahimbəyovun erməni sevgisi haqqında kifayət qədər faktlar var. Elə onun 2008-ci ildə rus mətbuatına verdiyi müsahibə yada düşür, haqlı olaraq "həmin vaxt çox sevdiyi ermənilərin Bakını tərk etməsindən və onların yerinə qaçqın və məcburi köçkünlərin Bakıya gəlməsindən kədərlənən, buna görə də, "Pravda" qəzetində göz yaşları axıdan İbrahimbəyov azərbaycanlıları vəhşi, vandal, qaniçən kimi qələmə verməklə nə demək istəyirdi" sualı meydana çıxır. Ancaq bu, onun ermənilərə bağlılığı haqqında heç də sonuncu fakt deyil. Belə ki, İbrahimbəyovun sonrakı addımları və açıqlamaları, Azərbaycan xalqının ünvanına səsləndirdiyi təhqiramiz ifadələr və ermənilərə bəslədiyi gizli rəğbətin aşkara çıxması onun gerçək niyyətini bir daha ortaya qoydu. Elə bu səbəbdəndir ki, Kinematoqrafçılar İttifaqının tədbirlərinə dəvətlilər müəyyənləşdirilərkən Rüstəm İbrahimbəyovun ağlına ilk olaraq ermənilər gəlirmiş. Bakıda keçirilən "Şərq-Qərb" festivalının maliyyəsi hesabına İbrahimbəyovun "Daşnaksütyun" partiyasının üzvü Roman Balayan və bakılı, sovet dövründə Azərbaycanda mövcud olan nazirliklərin birində çalışan Rudik Avanesovu dəvət etməsi də bunun bariz örnəyidir. Həmçinin, RATİ təmsilçilərinin Moskvada Ermənistan erməniləri ilə görüşünə haqq qazandıran, bu görüşün əsil məqsədini pərdələməyə çalışan İbrahimbəyov bir az da irəli gedərək "burada ermənilərin bizim düşmənimiz olduğunu demək və bəyan etmək ki, onları qırmaq lazımdır, bir qədər ziddiyyətli məqamdır" deməsi, erməniləri praqmatik adlandırması və düşmənlərimizin fonunda bir daha Azərbaycan xalqını təhqir etməsi, əslində, onun kimin tərəfində olmasının, daha doğrusu, erməni məhəbbətinin növbəti təzahürüdür.

Əslində, burada təəccüblü bir şey yoxdur. Çünki öz ambisiyalarının və şəxsi maraqlarının girovuna çevrilmiş, öz mövqeyi ilə anti-Azərbaycan dairələrin dağıdıcı fikir və planlarını dəstəkləyən bir adamdan başqa mövqe gözləmək düzgün deyil. Daha dəqiq desək, balayanların, avanesovların, yəni, ermənilərin yaxın dostunun Azərbaycan xalqına münasibəti yalnız bu cür ola bilər. İbrahimbəyov Rudik Avanesovu da Bakıya dəvət edib. O, Avanesovun Bakı ermənisi olduğunu, bura gəlib qohumlarının qəbrini ziyarət etmək istədiyini deyir: "Bura gəlib qohumlarının qəbrini ziyarət etmək istəmişdi".

Rüstəm İbrahimbəyov o dərəcədə mənəvi dəyərlərdən kənarlaşıb və erməni lobbisinin təsiri altına düşüb ki, hətta Şəhidlər Xiyabanının yerində restoranlar şəbəkəsi qurmaq niyyətində olub. Bunun üçün Rusiyada yaşayan bəzi ermənipərəst iş adamları ilə əlaqəyə girərək, sərmayə də tapmışdı. Amma Azərbaycan hakimiyyəti Rüstəm İbrahimbəyovun niyyətinin gerçəkliyə çevrilməsinin qarşısını aldı və çirkin bir planın reallaşmasını əngəllədi. Məhz bütün maxinasiya və anti-milli fəaliyyətilə bağlı məlumatlar ictimaiyyətə çatdırıldıqda, Rüstəm İbrahimbəyov özünə bəraət qazandırmaq üçün müxalifət mətbuatına çıxdı və məsələni siyasiləşdirdi. Elə onun bugünkü addımlarının və fikirlərinin də arxasında sözügedən faktlar dayanır. Eyni yolu Rəsul Quliyev də gedir. O da çalışır ki, ermənilərin məhəbbətini qazansın və Azərbaycanın əleyhinə qurulan planlarda iştirak etsin.

Bütün söylənilənlər bir daha onu isbatlayır ki, Rüstəm İbrahimbəyov milli dəyərlərə hörmət etməyən anti-milli ünsürdür, manqurtdur. Bu səbəbdən də, onun Azərbaycan cəmiyyətində yeri yoxdur və heç bir halda insanlar tərəfindən qəbul edilməyəcək. Bu gün əsassız iddialarla çıxış edən İbrahimbəyov onu ermənilərlə bağlayan səbəblər, öz cinayət əməlləri, talançılıq fəaliyyəti, dostlarına xəyanəti, qeyri-etik həyat tərzi barədə danışsa, daha səmimi görünər.

"Səs" Analitik Qrupu

Digər xəbərlər