PDF Oxu

Müxalifət

  • 21

Müsavatın taktikası

Müsavatın taktikası

Hamını həbs edəcəklər...?

Müsavat Partiyasında çox iyrənc, eyni zamanda, düşük bir proses gedir. Belə ki, Müsavatda bir qrup xəstə öz yaşadıqları rayonlarda YAP üzvlərinin siyahısını hazırlayırlar. Səbəb isə çox sadədir. Guya Müsavat bu il hakimiyyətə gələcək və YAP-çılarda həbs edəcəklər.

Bu informasiya dəqiqdir, bunun belə olduğuna şübhə etməmək üçün elə sosial şəbəkələrdə müxalifətçilərin çıxışlarına baxmaq, onların yazılarını oxumaq bəs edər. Müsavatdakı mənbə deyir ki, bu iş əsasən (əgər buna iş demək mümkünsə ) Qaradağ və Suraxanı rayonlarında aparılır. Hər iki rayonda bu siyahını hazırlayanlar orta ümumtəhsil məktəblərində müəllim işləyirlər və Müsavatın fəal üzvləridir. Maraqlısı odur ki, siyahıda adı olanlar elə müəllimlərdir. Bu isə o deməkdir ki, çörəkləri dizlərinin üstündə olan bu tip adamlar hələ hakimiyyətə gəlməmiş, öz iş yoldaşlarına qarşı bu cür xəyanətlərə başlayıblar.

İnsana təsir edən 2 məqam var burda. Birincisi, bu cür xəstə düşüncə və əqidə sahibləri elə fikirləşirlər ki, hakimiyyətə gəlmək dükandan çörək almaq kimi bir şeydir. Ancaq öz evinə çörək ala bilməyənlərin bu fikirdə olması elə toyuğun yuxuda darı görməsindən başqa bir şey deyil. İkincisi, qisasçılıq meyilli bu şəxslərdə o qədər güclüdür ki, öz ambisiyaları naminə doğmalarını belə asıb-kəsməyə hazırdılar. Digər tərəfdən isə, o qədər səviyyəsiz olasan ki, dağı aşmamış, bağdan danışasan.

Mərdanə Hüseynova və Aydın Şükür adlı müxalifətçilər var. Sosial şəbəkələrdə deyirlər ki, SSRİ-ni biz dağıtmışıq. Dalınca da cəbhə və müsavatçıların bir-birilərinə "var-yox tərifləri" başlayır. İnsanın yazığı gəlir, o mənada ki, Azərbaycan müxalifətinin bu qədər enəcəyinin şahidi oluruq.

Dünən "SƏS" TV-nin "Gündəm" verilişində Hafiz Hacıyev yenə də müxalifətin şərəfinə təriflər yağdırdı. Amma öz aramızdır, bu boyda ölkədə müxalifətin dilini ancaq o bilir, ağzını açan kimi elə başlayır söyməyə. Yeri gəlmişkən, "Gündəm" verilişində iştirak etmək üçün H. Hacıyevlə bərabər Pənah Hüseyn də dəvət olunmuşdu. Lakin əməkdaşımız telefonda qonaqlardan birinin H. Hacıyev olduğunu deyəndə, P.Hüseyni elə bil cin vurdu. Dedi yox e, qardaş, mən gələ bilmərəm. Başına döndüyüm Hafiz də efirə çıxıb başladı yenə də sandığı açıb, pamğımı tökməyə.

Bu gün Müsavatın qərargahında (dostum demişkən, zapravkasında) mətbuat konfransı olacaq. Kəlləsi mayaq olanlar başalayacaqlar yenə də bəyanatlara, İsa Qəmbəryan da eynəyinin dalından xımır-xımır baxıb, özünü "prezident" kimi hiss edəcək. Fikrim başqadır, istəyirəm, sabah elə yuxarıda yazdığım "həbs edəcəyik" məsələsini mətbuat konfransına gedib, türkün məsəli qaldıram. Görüm, nə deyəcəklər. Amma sualı birbaşa ünvanlayacam İsa Qəmbəryana. Sübut istəsə, elə orda çıxarıb türkün məsəli, gözünə soxacam. Yəni "diri-diri" müsavatçılar var orda ki, bunu sübut eləmək çətin deyil. Bir partiya sədri ki, qəmbər daşını götürüb soyadına uyğun səciyyələndirə, ona sual vermək elə daşa demək kimi bir nəsnədir.

Uzun sözün qısası, burdan millətə səslənirəm, ehtiyatlı olun, tankı-topu, lüləsi, zırpaketi ilə Müsavat gəlir. Əsəbləşdirməyin müsadanları, yoxsa tutub hamımızı dama basarlar. Gedin bir az gülün, amma səbrinizi də basın (yenə türkün məsəli).

Samir

Digər xəbərlər