İddialar Samara Seyidovanın və Aida Bağırovanın üzərində dayanır
Seçkilər ərəfəsində Müsavat və AXCP "liderlərinin" azsaylı elektoratlarına "siyasi keyfiyyətlərini" təbliğ etdikləri vaxt onların hakimiyyətdə olduqları zaman xalqdan və dövlətdən oğurladıqları pulların, eləcə də, müxalifətə keçdikləri dövrdən başlayaraq xərclədikləri maddi vəsaitlərin aqibətləri üzə çıxmaqdadır. Artıq o da bəlli olmuşdur ki, "cəbhə" sədri Əli Kərimlinin İngiltərədəki biznesinin yönəldiciləri həmin ölkədə illik təhsil haqqı 180 min dollara başa gələn oğlu Türkel Kərimli və arvadı Samara Seyidovadır. Çünki istənilən tərəfdən nəzərə alsaq qənaətə gələ bilərik ki, Ə.Kərimli bu pulları halal yollarla əldə etməyib. Bütün bunların kökü isə onun hakimiyyətdə olduğu vaxt oğurladığı pullar üzərindədir. Bu gün həmin vəsaitlər Avropada parfümeriya butiklərinə, eləcə də, aptek biznesinə yatırılmaqdadır. Nəzərə alsaq ki, hazırda AXCP sədrinin Bakıətrafı ərazilərdə hektarlarla torpaqları, villaları da mövcuddur, bu zaman qeyd edilən fikirlərin nə qədər həqiqətə uyğun olduğunu sübuta yetirmiş olarıq. Başqa tərəfdən, Ə.Kərimlinin biznesi bununla da başa çatmır.
Xatırladaq ki, Rusiyada yaşayan azərbaycanlı milyonçu Sakit Allahverdiyev bir müddət əvvəl pullarının boş yerə xərclənməsindən narazılıq edirdi. O bildirirdi ki, təxminən 20 min manata yaxın pulunu Ə. Kərimlinin təbliğat vasitəsi olan "Azadlıq" qəzetinə xərcləyib. Amma sonra məlum olub ki, həmin pullar qəzetin maddi-texniki bazasına, müxbirlərin iş şəraitinin yaxşılaşdırılmasına xərclənməyib, Ə.Kərimli tərəfindən mənimsənilib. Lakin daha sonradan bəlli olub ki, əldə edilən 20 min manat Ə.Kərimlinin oğlu T.Kərimlinin xarici bankdakı hesabına yatırılıb.
Qeyd etdiymiz kimi, hazırda AXCP sıralarında təmsil olunan bəzi siyasi fanatiklər Ə.Kərimlinin saf, pak olduğunu iddia edir, ona inanırlar. Heç bir yerdə işləməyən, Ə.Kərimliyə görə iş yerlərini itirən, müxtəlif məhrumiyyətlərlə üzləşən bu binəvalar başa düşmürlər ki, 20 ilə yaxın (1993-ci ildən bəri) heç bir yerdə işləməyən şəxsin - Ə.Kərimlinin övladı Avropada, Birləşmiş Krallığın Klifton şəhərində, Bristol Universitetində hüquq təhsili ala bilməz. Ən azı ona görə ki, bunun üçün külli miqdarda pul tələb olunur.İngiltərəyə, Almaniyaya, yaxud Fransaya yalnız uçuş xərcləri 850-900 manatdır. Biz hələ orda qalmağı, təhsil almağı, nəqliyyat, yemək xərclərini demirik. Maraqlıdır ki, Ə.Kərimlinin oğlu T.Kərimli Birləşmiş Krallığın Klifton şəhərindəki Bristol Universitetində oxuyur, özü də hüquq fakültəsində...Bu günlərdə bununla bağlı əlimizə keçən bir sıra faktlar heyrətlənmək üçün əsas yaradır. Təəccüblüdür, heç bir yerdə işləmədiyini bəyan edən, işləməməsinə görə də hər hansı gəlir mənbəyi olmayan, xarici pasportsuz qalmış Ə.Kərimlinin oğlu Avropa dövlətlərində necə, hansı vəsaitlərlə təhsilini davam etdirir? AXCP sədrinin oğlu əyləncəli tədbirlərə qatılır, deyir-gülür, şənlənir, Ə.Kərimli isə kasıb balalarını mitinqlərdə döydürür.
Bu günlərdə daha bir maraqlı fakt üzə çıxmışdır. Məlum olmuşdur ki, AXC-Müsavat hakimiyyəti zamanı dövlət büdcəsinin talanmasında xüsusi əməyi olan İ.Qəmbərin oğurladığı pulları xarici banklara sərmayə adı altında qoyan tərəf onun həyat yoldaşı Aida Bağırovadır.
Bu gün adlarının açıqlanmasını istəməyən bir çox tərəflər Müsavat başqanının Türkiyədə, Yunanıstanda, İranda və digər bir neçə ölkələrdə gizli bizneslərinin olduğunu iddia edirlər. Hətta bu yaxınlarda müxtəlif dəlil və sübutlarla zəngin olacaq yazılı və görüntülü isbatların da mətbuatda yer alacağı bildirilməkdədir.
R.RƏSULOV