PDF Oxu

Müxalifət

  • 14

“Azərbaycan yeni investisiya layihələrinin cəlb olunması üçün imkanlar qazanıb”

“Azərbaycan yeni investisiya layihələrinin cəlb olunması üçün imkanlar qazanıb”

"Dünya İqtisadi Forumunun ölkəmizdə keçirilməsi Azərbaycanın Avrasiya materikində transkontinental iqtisadi münasibətlərin mərkəzində olduğunu göstərdi". Bunu SİA-ya Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin iqtisadiyyat şöbəsinin müdiri Vüsal Qasımlı deyib.Onun sözlərinə görə, gələcəkdə Azərbaycan Dünya İqtisadi Forumuna cəlb olunmuş iri transmilli korparasiyaların, şirkətlərin fonunda yeni investisiya layihələrinin cəlb olunması üçün çox yaxşı imkanlar qazanıb: "Azərbaycanda keçirilən Dünya İqtisadi Forumu ölkədə inkişafın olmasını bilavasitə dünya ictimaiyyətinin, siyasi və kommersiya liderlərinin diqqətinə çatdırdı. Ən əsası isə bu inkişafın neftə deyil, qeyri-neft sektoruna söykəndiyi bir daha göstərilmiş oldu. Davos forumu 2013-cü ildə regional olaraq bir sıra ölkələrdə baş tutacaq. Onlardan sonuncusu Yaponiya olacaq. Bu müqayisə də göstərir ki, Azərbaycan kifayət qədər böyük bir uğura imza atıb".

sia.az

Digər xəbərlər