PDF Oxu

Müxalifət

  • 24

Ermənistan vətəndaş qarşıdurması ərəfəsindədir

Elşad Mirbəşiroğlu: "R.Ovannisiyanın da kütlə qarşısında simvolik prezident andı içməsi Ermənistandakı vəziyyətin həqiqətən gərgin olmasından xəbər verir"

Ermənistan vətəndaş qarşıdurması ərəfəsindədir

Fevralın 18-də işğalçı ölkə olan Ermənistanda kütləvi saxtakarlıqla müşayət olunan prezident seçkiləri keçirildi. MSK-nın qalib elan etdiyi Serj Sarkisyan aprelin 9-da and içib. Bunun fonunda Ermənistan müxalifəti də özünün qalib olduğunu deyən Raffi Ovannisiyan da inaqurasiya mərasimi təşkil etdi. Bütün bunlar Ermənistanın qısa bir vaxtda qarışacağını və vətəndaş qarşıdurmasının kütləvi iğtişaşlarla müşayət olunacağına və dövlətin süqutu ilə nəticələnə biləcəyinə bir əsas ola bilər.

Politoloq Elşad Mirbəşiroğlu qəzetimizə açıqlamasında bildirdi ki, Ermənistan əhalisi hakimiyyətdə təmsil olunan hazırkı iqtidardan narazıdır: "İşğalçı ölkədə yaşayan vətəndaşların sosial- iqtisadi vəziyyəti olduqca acınacaqlı bir durumdadır. Bu baxımdan, Ermənistanda fevral ayının 18-də keçirilən prezident seçkilərinin saxtalaşdırılmasını demək olar. Çünki S.Sarkisyanın heç bir sosial bazası yox idi. Müxalifət təmsilçisi R.Ovannisiyana gəlincə isə, demək olar ki, onun Ermənistan əhalisi içərsində kifayət qədər dəstəyi var. İşğalçı ölkə olan Ermənistanda aprelin 9-da keçirilən mitinqdə də bir daha hiss olundu ki, məhz R.Ovannisiyan kifayət qədər sosial bazaya malikdir. R.Ovannisiyanın da kütlə qarşısında simvolik prezident andı içməsi Ermənistandakı vəziyyətin həqiqətən gərgin olmasından xəbər verir. Çox güman ki, S.Sarkisyan növbəti prezidentlik müddətində müəyyən gərginlik şəraitdə işləməli olacaqdır. Bütün bunları nəzərə olaraq, demək olar ki, gələcəkdə işğalçı ölkə olan Ermənistanda siyasi müstəvidə qarşıdurmaların baş verməsi gözləniləndir".

"Ermənistanda vəziyyətin son dərəcə kritik xarakter alınmasını qarşısının alınması üçün Rusiya vassalı olan Ermənistana hər hansı bir formada dəstək və yardım göstərə biləcəkmi" sualını cavablandıran politoloq bildirdi ki, demək olar ki, S.Sarkisyan birbaşa olaraq Rusiya dövlətinin dəstəyi ilə növbəti dəfə prezident seçildi: "Bildiyiniz kimi, S.Sarkisyanın andiçimə mərasiminə Rusiyanın Prezident Administrasiyasının rəhbəri Sergey İvanov qatılmışdır. Bütün bunlar, onu deməyə əsas verir ki, hər zaman Rusiya S.Sarkisyani dəstəkəyir və dəstələyəcək. Bir sözlə, S.Sarkisyan prezidentliyi müddətində Kremldən müəyyən təlumatları və dəstəkləri alacaqdır. Çünki Ermənistan Rusiyanın forpostudur".

GÜLYANƏ

Digər xəbərlər