PDF Oxu

Müxalifət

  • 21

Rüstəm İbrahimbəyov niyə həyacanlanıb?

Rüstəm İbrahimbəyov niyə həyacanlanıb?

Reneqat ünsür xarici dairələr tərəfindən aldığı təliamatları reallaşdıra bilmədiyi üçün ciddi təlaş keçirir

Reneqat Rüstəm İbrahimbəyovun "Milyarderlər İttifaqı"nda cəmləşən anti-Azərbaycan meyilli qüvvələrlə iş birliyi pozulmaq üzrədir. Belə ki, həm də siyasiləşmiş "Ziyalılar Forumu"nda fəaliyyət göstərən reneqatın bir müddət öncə bəyan etdiyi "Milli Şura" adlı qondarma ideyası baş tutmamaqla yanaşı, əməkdaşlıq etdiyi maraqlı dairələrin ona verilmiş təlimatları reallaşdıra bilməməkdə ittiham edirlər. Bunu R.İbrahimbəyovun mətbuata verdiyi açıqlamalarından da görmək mümkündür.

Rafiq Əliyev irəli sürülən bəyanatların heç bir gerçəkliyə cavab vermədiyini bəyan etmişdi

Məsələ ondadır ki, hazırda onun ifrat radikalizm əsasında səsləndirilən "bəyanatlar" reneqatın çıxılmaz vəziyyət almasını göstərir. Çünki o da bəllidir ki, "Ziyalılar Forumu"nda təmsil olunan digər reneqat fərdlər artıq adıçəkilən qurumun və həmin quruma bilavasitə rəhbərlik edən R.İbrahimbəyovun vədlərinə inanmadıqlarını sübut edir. Məsələn, Rafiq Əliyev irəli sürülən bəyanatların heç bir gerçəkliyə cavab vermədiyini bildirmiş, seçki perspektivinin isə, ümumiyyətlə, olmadığını bəyan etmişdi.

Maraqlısı da odur ki, məhz R.Əliyevin həmin açıqlamasından sonra R.İbrahimbəyov əks-fikir bildirərək, guya aparılan işlərin tezliklə reallaşacağını deyib. Hətta "Milli Şura"da müxalifət partiyalarının "liderləri"nin də olacaqları utopik fikirlərini irəli sürən İbrahimbəyov burada həm özünü, həm də ətrafında qalan bir neçə nəfəri aldadıb. Çünki istənilən tərəfdən baxdığımız zaman, 20 ildir ki, birləşə bilməyən müxalifətin R.İbrahimbəyovun timsalında bilrəşməsi qeyri-mümkünlük təsirini bağışlayır.

Ermənipərəst siyasi dairələr xərclədikləri maddi vəsaitlərə görə R.İbrahimbəyovdan "mədaxil-məxaric" hesabı tələb edəcəklər

Daha bir tərəfdən, hazırda seçkilərə az bir müddət qalmasına baxmayaraq, müxalifət "liderləri" də etiraf etməkdədirlər ki, bundan sonra hansısa "birlik" formatının yaradılması sadəcə görüntü xarakteri daşıya bilər. Bu səbəbdən də, ənənəvi partiyalar ayrı-ayrılıqda öz namizədlərini irəli sürməkdədirlər. Belə olan vəziyyətdə isə R.İbrahimbəyovun aldığı təlimatları reallaşdırması mümkün deyil. Ona görə də, belə qənaətə gəlmək mümkündür ki, pafoslu, reklam xarakterli bəyanatlar heç də adıçəkilən reneqar ünsürü düşdüyü vəziyyətdən xilas edə bilməyəcək. Artıq dövlət və xalq qarşısında cavab verəcəyi gün yaxınlaşdıqca, onun xidmət etdiyi ermənipərəst siyasi dairələr də xərclədikləri maddi vəsaitlərə görə R.İbrahimbəyovdan "mədaxil-məxaric" hesabı tələb edəcəklər. Göründüyü kimi, verə bilməyəcəyi hesabatlardan dolayı ciddi qorxu və təlaş keçirməyə başlayan reneqat ünsür çıxış yolunu hakimiyyətə qarşı yönəlmiş "bəyanatlarla" ört-basdır etməyə çalışır. Ancaq hər zaman olduğu kimi, R.İbrahimbəyov bu ehtimalında da ciddi yanlışlığa yol verir.

Rövşən RƏSULOV

Digər xəbərlər