PDF Oxu

Müxalifət

  • 10

Eldar Namazovun Moskva gizlinləri məlum oldu

Eldar Namazovun Moskva gizlinləri məlum oldu

Yaxud eldən əli üzülmüş "EL"-in pənahı Rusiyadır

Elan olunduğu dövrdən başlayaraq öz perspektivsizliyi və uğursuzluğu ilə yadda qalan qondarma "EL" "hərəkatı", eləcə də adıçıəkilən qurumun rəhbəri Eldar Namazov düşərgə daxilindəki opponentlərinə qarşı "güc" nümayiş göstərmək fikrinə düşüb. Belə ki, Müsavat başqanı İsa Qəmbərin məlum Türkiyə səfərindən sonra E.Namazovun dərhal Moskvaya uçması da məhz bu cür düşünməyə kifayət qədər əsas verir. Eyni zamanda, Rusiyanın qaranlıq siyasi dairələrindən yeni təlimatlar almağa gedən Namazov orada "Milyarderlər İttifaqı"nın idarə heyətinin toplantısına da qatılıb. Həmçinin məlum olub ki, "EL" rəhbərinin səfər marşrutunu hazırda Moskvada olan baş reneqat Rüstəm İbrahimbəyov cızıb.

Əldə etdiyimiz daha bir səhih informasiyaya görə, E.Namazov "Milyarderlər İttifaqı"nın erməni təmsilçiləri ilə də görüşüb. Məhz R.İbrahimbəyovun vasitəçiliyi ilə erməni diasporunun üzvləri ilə görüşən "EL" rəhbəri seçkilər öncəsi dividendlərini artırmaq üçün onlardan müəyyən təlimatlar alıb. Nəticədə "hərəkat"ın xaricdəki bank hesabna böyük miqdarda pul vəsaiti otuzdurulub.

"EL"-in abbreviaturası açığa çıxıb

Maraqlı və sübutedici amillərdən biri də budur ki, "EL" "hərəkatının" abbriveraturası bilavasitə bu qurumun Rusiya tərəfindən yaradılması ilə bağlı olduğunu göstərir. İlk öncə "EL"-in Eldar sözünün ilk iki hərfi ilə bağlı olduğu haqqında irəli sürülən versiyalara daha biri də əlavə olunub. Belə ki, "E" hərfi ruscada "ye" mənası verdiyi üçün, "EL"-in abbriverarurası məhz rus dilinə müvafiq olaraq "yedinıy lider" ("vahid lider") anlamını daşıyır. Əslində bu nüans ilk baxışdan əhəmiyyətli görünməsə də, görünən budur ki, E.Namazovun və R.İbrahimbəyovun timsalında elan olunan "EL" bilavasitə Rusiya siyasi dairələrinin nəzarəti altında xəyanətkar fəaliyyət göstərməkdədir. Belə olan halda qondarma "hərəkat"ın Azərbaycanın dövlətçilik maraqlarına qarşı çıxması öz təsdiqini tapır. Bu səbəbdən də E.Namazovun sözügedən qurumdan namizədliyini irəli sürməsi də qeyri-mümkündür. Çünki "EL"-in Azərbaycan siyasətində yeri yoxdur.

Rövşən

Digər xəbərlər