PDF Oxu

Müxalifət

  • 13

AXCP-dən gecikmiş etiraf...

AXCP-dən gecikmiş etiraf...

AXCP sədr müavini: Azərbaycan Xalq Cəbhəsi Partiyası heç bir maliyyə hesabatı vermək fikrində deyil

Bununla bir daha isbatlanır ki, Əli Kərimli partiyasının maliyyələşməsini qeyri-qanuni yollarla həyata keçirir

Xəbər verildiyi kimi, 2012-ci il üzrə illik maliyyə hesabatlarını təqdim etməyən siyasi partiyaların sayı və adı açıqlanıb. Həmin partiyalar sırasında AXCP, VHP, DADP, ALP, MMP, KXCP, VİP, Azadlıq, Yurddaş, Kommunist və digər partiyalar var. Məhz maliyyə hesabatlarının təqdim edilməməsinə görə bu partiyaların İnzibati Xətalar Məcəlləsinin 247-1-ci maddəsi ilə inzibati tənbeh nəzərdə tutulur. Adları çəkilən partiyaların içərisində ilk olaraq, AXCP açıqlama verərək, partiya ilə bağlı bəzi qaranlıq məqamları bir daha cəmiyyət üçün aydınlatmış oldu. Belə ki, AXCP sədrinin müavini Nurəddin Məmmədli deyib ki, "Azərbaycan Xalq Cəbhəsi Partiyası heç bir maliyyə hesabatı vermək fikrində deyil. Olmayan şeyin hesabatını necə verəcəyik? Partiyanın maliyyə fondu yoxdur."

O, həmçinin, etiraf edib ki, partiya üzvlərinin 90 faizi işləmir. İşləməyən adamlardan necə pul alaq?! Bu səbəbdən də heç kimdən üzvlük haqqı yığa bilmirik. Rayonlara səfərlərimiz və digər işlər üçün də hamımız öz cibimizdən xərcləyirik. N.Məmmədlinin sözlərinə görə, partiyanın nizamnaməsinə əsasən aylıq gəlirin 1 faizi nisbətində üzvlük haqqı ödənməlidir. Ancaq partiya üzvləri arasında işləyən adam çox az olduğu üçün üzvlük haqqı yığılmır.

İlk baxışdan, bu fikirlərdə "ağlamaqdan" başqa fərqli məqam diqqəti cəlb etməyə bilər. Lakin təhlil apardıqda AXCP-nin maliyyələşməsilə bağlı cəmiyyətə bəlli olan bir sıra faktlar bir daha təsdiqlənmiş olur. Çünki, bu günə qədər Azərbaycan ictimaiyyəti AXCP-yə suallar ünvanlayıb, amma cavablarını ala bilməyib. Həmin sualların sırasında "Əli Kərimlinin oğlu hansı pullarla Londonda kef edir?", "Hansı maliyyə ilə AXCP rəhbərliyini uşaqları bahalı maşınlarda gəzir və xarici ölkələrdə təhsil alır?", "Üzvlük haqqı yığılmırsa, hansı mənbə ilə AXCP səfərlərə pul xərclədiyini iddia edir?" və s. var. Məhz Nurəddin Məmmədlinin bu açıqlamasından sonra bir daha Azərbaycan cəmiyyəti AXCP-nin cavab verə bilmədiyi yuxarıdakı suallara cavab tapmış olub. Aydın olur ki, hər zaman özünü "demokratiya mücahidi" kimi qələmə verən Əli Kərimli xarici fondlardan dövlətinə və xalqına xəyanət qarşılığında aldığı pullarla oğlu Türkel Kərimlinin İngiltərədə rahat şərait yaratmağa nail olub...

Qeyd edək ki, Əli Kərimlinin oğlu Türkel Kərimli Birləşmiş Krallığın Klifton şəhərindəki Bristol Universitetində oxuyur, özü də hüquq fakültəsində. Təəccüblüdür, heç bir yerdə işləmədiyini bəyan edən, işləmədiyinə görə də, hər hansı gəlir mənbəyi olmayan, xarici pasportsuz qalmış Əli Kərimlinin oğlu Avropa dövlətlərində necə, hansı vasitələrlə təhsilini davam etdirir?

Türkel Kərimli ilə bağlı əldə olunan faktlarda bu gəncin Avropadakı günlərinin heç də pis keçmədiyi məlum olur. AXCP sədrinin oğlu əyləncəli tədbirlərə qatılır, deyir-gülür, şənlənir, Əli Kərimli isə kasıb balalarını mitinqlərdə döydürür.

Fotodan da aydın görünür ki, Türkel Kərimli türklər demişkən, "kız arkedeşlərinin" əhatəsində olarkən kefi kök olur. O, şəkillərdəki dostlarının dairəsində əllərini yuxarı qaldıraraq şənlənəndə AXCP sədri onlarla, yüzlərlə gənci küçələrə, qanunsuz mitinqlərə çıxarıb, onları döydürür, həbs etdirirdi.

Buna görə də, cəmiyyət AXCP sədrinə haqlı bir sual ünvanlayır: 1993-cü ildən heç bir yerdə işləməyən Əli Kərimlinin aylıq xərcləri minimal hesabla 2500-2800 manat təşkil edən oğlu Birləşmiş Krallıqdakı Bristol Universitetinin hüquq fakültəsində hansı pulla təhsil alır? Bütün bunlar qaranlıq, şübhəli məqamlardan xəbər verir və "Azadlıq" qəzetinə ayrılan vəsaitlərin mənimsənilməsi ilə bağlı deyilənlərin həqiqətə uyğun olduğunu sübut edir.

Əli Kərimli idarə etdiyi təbliğat vasitəsi kimi yararlandığı "Azadlıq" qəzetinə ayrılan vəsaitləri çox asanlıqla ələ keçirir, müxbirlərin halal qazanclarına, boğazlarına ortaq olur. Fakt - vaxtilə "Azadlıq" qəzetinə satirik yazıları ilə çıxış etmiş, sonradan bir neçə il müddətinə həbs olunmuş Mirzə Sakit bu mətbu orqanın üzünə həsrət qalanda "sandığı açıb, pambığı tökmüşdü".

Satirik yazar qeyd etdi ki, Avropanın media ilə bağlı institutlarından "Azadlıq" qəzetinə ayrılan böyük miqdarda pul vəsaitindən ona da pay düşürmüş. Amma Mirzə Sakit bu günə kimi həmin pulun üzünə həsrət qalıb. Maraqlıdır, həmin pulları kim və hara xərcləyib?

Bununla yanaşı, Əli Kərimlinin müavinləri Fuad Qəhrəmanlı, Asəf Quliyev və digərlərinin də uşaqları və qohumları Türkel Kərimlidən pis olmayan həyat tərzi keçirirlər. Hətta faktlar var ki, Asəf Quliyev "Prado" maşını ilə tez-tez bahalı hotellərdə görünür. Bütin bunlar isə bir daha göstərir ki, AXCP-nin maliyyələşməsi qeyri-qanuni və xarici mənbələr hesabına həyata keçirilir.

Düşünürük ki, özünü "demokrtiya qurbanları" kimi qələmə verənlərin əslində kimlərə və nəyin hesabına xidmət etdiyini bilmək hər bir cəmiyyət üzvü üçün maraqlıdır. Bunu nəzərə alaraq, qəzetimizin növbəti sayında AXCP-nin maliyyələşmə mənbələri haqqında araşdırmalarımızı dərc edəcəyik.

"Səs" Analitik Qrupu

Digər xəbərlər