Elşad Mirbəşiroğlu: "Ermənistana bu və ya digər formada yardım etməklə Rusiya bir növ özünü münaqişə subyektlərindən biri qismində təqdim edir"
Rusiyanın Ermənistana hərbi dəstəyinin artırdığına dair yeni sensasion məlumatlar yayılıb. "Regnum" erməni agentliyinin Rusiya silahlı qüvvələrindəki mənbəyə istinadən yaydığı xəbərə görə, Ermənistan ərazisindəki 102-ci hərbi bazaya ən yeni silahlar və hərbi texnika daşınır. Mənbənin bildirdiyinə görə, Ermənistandakı Rusiya bazasına artıq ən yeni ağır texnika yerləşdirilib. Tezliklə regionda analoqu olmayan ciddi raket komplekslərinin də bazada yerləşdirilməsi prosesi başlayacaq. "Böyük ehtimalla söhbət "İsgəndər M" operativ-taktiki raketlərindən və "Tornado" reaktiv artelleriya sistemindən gedir" deyə, mənbə bildirib.
Rusiyanın Ermənistanı davamlı və kütləvi şəkildə silahlandırmasına münasibət bildirən politoloq Elşad Mirbəşiroğlu "Səs" qəzetinə açıqlamasında bildirdi ki, Rusiya özünün forpostu olan Ermənistanla Azərbaycan arasında hərbi güc baxımından fərqin yaranmasını istəmir: "Bu baxımdan, Rusiya zaman-zaman Ermənistana hərbi yardım göstərməklə balansı saxlamağa çalışır. Rusiyanın bu addımı qəbuledilməz bir addımdır. Çünki Ermənistan Azərbaycan torpaqlarını işğalda saxlayır. Burada işğalçı ölkə olan Ermənistana bu və ya digər formada yardım etməklə Rusiya bir növ özünü münaqişə subyektlərindən biri qismində təqdim edir. Rusiya Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində vasitəçidir.Vasitəçi qarşısında qoyulan əsas səbəblərdən biri məhz vasitəçi tərəfin netiral olmasıdır. Yəni, bu və ya digər formada münaqişə subyektlərindən hər hansı birinin tərəfini saxlamamalıdır. Amma Rusiya dövləti işğalçı ölkəni silahlandırmaqla birtərəflilik prinsipini pozmuş olur. Bununla Rusiya Ermənistanın işğalçılıq siyasətinin davam etdirməsinə bir növ dəstək verir".
"Rusiya özünün vassalı olan Ermənistana hərbi-siyasi dəstək verməsi Rusiyanın işğalçı ilə eyni mövqeydən çıxış edən bir dövlət olduğunu göstərmir ki" sualına politoloq cavab olaraq bildirdi ki, Ermənistan Rusiyanın əlində çox əlverişli bir alətdir: "Rusiya işğalçı ölkə olan Ermənistanın vasitəsi ilə Cənubi Qafqaz regionunda təsir imkanlarını saxlamağa çalışır. Rusiya dövləti tərəfindən bu cür addımların atılması onu göstərir ki, Rusiyanın imperializim meyilləri mövcuddur. Bütün bunları nəzərə alaraq demək olar ki, Rusiyanın əlində Ermənistan ən sərfəli alətdir. Çünki Ermənistan bir dövlət və ermənilər bir xalq olaraq heç bir dövlətçilik əxlaqına malik deyillər. Bu baxımdan, erməniləri çox rahatlıqla bu və ya digər məqsədlər üçün istifadə etmək olur. Demək olar ki, tarixən də ermənilərdən bir alət kimi istifadə etiblər. Hətta Birinci Dünya müharibəsi ərəfəsində də və eyni zamanda erməniləri regionda iğtişaşlar yaratmaq üçün onlara vədlər verərək istifadə etmişdilər. Bu baxından, Rusiya ermənilərin bu xislətini yaxşı bilərək özünün maraqlarının təmin olunması istiqamətində ermənilərdən bir alət kimi istifadə edir".
"Ermənistanın silahlandırılması fonunda Azərbaycan hansı adekvat addımlar ata bilər və Ermənistanı silahlandırılması Dağlıq Qarabağ münaqişəsinin həllinə hər hansı bir problem yaratmayacaq ki" sualına münasibət bildirən E.Mirbəşiroğlu qeyd edərək bildirdi ki, Rusiya narahatlıq hissi keçirir ki, Azərbaycan kifayət qədər hərbi gücə malik olan bir dövlətdir: "Azərbaycan qısa bir zaman ərzində işğal altında olan öz torpaqlarını işğaldan azad etmək gücündədir. Əgər Azərbaycan Dağlıq Qarabağ münaqişəsini hərbi yolla həll etməyə qalxarsa, qısa bir zamanda məsələni öz xeyirinə həll edəcəkdir. Bununlada Rusiya regionda nəzarəti saxlamaq üçün malik olduğu elementlərdən birindən məhrum olacaqdır. Bu baxımdan da, Rusiya Ermənistanı silahlandırır. Burada isə Azərbaycanın adekvat addımları ondan ibarətdir ki, Azərbaycan davamlı olaraq özünün hərbi qüdrətini daha da artırmaqdadır. O cümlədən, Azərbaycan regionda sülhün əsas təminatçısı kimi öz mövqelərini möhkəmləndirməkdədir. Amma bütün bunlarla yanaşı olaraq Azərbaycan lazim gəldiyi təqdirdə, öz torpaqlarını hərbi yolla azad etmək hüququnu özündə saxlayır. Bu hüququnu təmin etmək üçün lazımı vasitələrin əldə olunması istiqamətində davamlı addımlar atır".
GÜLYANƏ