Sabiq ABU rektoru haqlı ittihamlar qarşısında çarəsiz qalıb
Bu gün fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) təhsili yarımçıq qalan və universiteti bitirsə də, diplom ala bilməyən yüzlərlə tələbə və məzunlarının, habelə tələbələ və məzunların valideynlərinin dövlət rəhbərliyinə müraciətləri gündəmdə ikən ABU-nun sabiq rektoru Elşad Abdullayev növbəti dəfə ictimaiyyətin əsas diqqətini rüşvət iddiasından uzaqlaşdırmaq məqsədilə qanunsuz və əsassız videogörüntülər silsiləsindən şousunu davam etdirir.
ABU rektoru tərəfindən hüquqları pozulan yüzlərlə insan, o cümlədən tələbə və məzunlar yeni komitə yaradıblar
Ümumiyyətlə isə, faktlardan və irəli sürülən sübutlardan, dəlillərdən də göründüyü kimi, qanunları ilk dəfə pozan məhz E.Abdullayevin özüdür. Fransaya qaçandan sonra nədənsə qanuna riayət olunmasını tələb edən qondarma "hüquqşünasın" özü elə onlara riayət etməlidir. Lakin ətrafındakı bəzi insanlarla bazar qaydaları ilə rəftar edən, hər ehtimala qarşı onlarla danışıqlarını gizli kameraların lentinin yaddaşına alan, daha sonra isə qaçıb Fransada gizlənən ABU rektoru tərəfindən hüquqları pozulan yüzlərlə insan, o cümlədən tələbə və məzunlar yeni komitə yaradıblar.
Sabiq rektorun əsas məqsədi yoxa çıxmış qardaşının tapılması deyil
Əldə etdiyimiz məlumatlara görə, ABU-nun hüquqları pozulmuş tələbələrin Müdafiə Komitəsinə yüzlərlə hüququ pozulmuş tələbə və məzunun müraciət etməsi E.Abdullayev barəsindəki cinayət işinin ittihamlarının bir qədər də artmasına səbəb ola bilər. E.Abdullayev bir qrup abituriyenti test üsulu və ya testdən kənar ABU-nun Dağıstan, yaxud da Moskva filiallarına daxil edərək, onlara gəlir mənbəyi kimi baxıb. ABU-dan təhsil mərkəzi yox, biznes mənbəyi kimi istifadə edən alverçi rektorun bitib-tükənməyən qanunsuzluqları E.Abdullayevin nəzarəti altında olan "klinikalarda" insan daxili orqanlarının transplantasiyasında özünü daha qabarıq formada göstərir. Cəfəng, böhtan, uydurma müraciətlərlə özü barəsində "şəffaf" insan obrazı formalaşdırmağa çalışan sabiq rektorun əsas məqsədi yoxa çıxmış qardaşının tapılması deyil, həm Azərbaycanı gözdən salmaq, həm də bir vaxtlar onunla əlaqəsi olmuş bəzi məmurlardan pul yığmaqdır. Hətta bir sıra iddialarda E.Abdullayevin doğma qardaşının ölümündə, digər qardaşının isə özü tərəfindən zəhərləndirilərək, dilinin tutulmasında əli olub.
Hətta Afrika cəngəlliklərində gizlənsə belə...
Başqa tərəfdən, heç də təsadüfi deyil ki, qarşıdan 2013-cü ilin prezident seçkiləri gəlir və xaricdəki anti-Azərbaycan dairələrin tapşırığı ilə çirkin kampaniya həyata keçirən E.Abdullayevin ABU-nun Moskva filialında "pul kisəsi" rolunu oynamış erməni lobbisi ilə əməkdaşlığı da üzə çıxıb. Onun "Avropa Azərbaycanlıları Təşkilatı" kimi qurumda ermənilərlə iş birliyinə getməsi də sözügedən məsələni kifayət qədər ehtiva edir.
İctimaiyyət E.Abdullayevin tələsinə düşən yüzlərlə şəxs isə inanır. İnanır ki, dələduz, vətən xaini, eləcə də korrupsioner E.Abdullayev tez bir zamanda Azərbaycan qanunları qarşısında cavab verməli olacaq. Hətta Afrika cəngəlliklərində gizlənsə belə...
R.RƏSULOV