PDF Oxu

Müxalifət

  • 11

Razi Nurullayevi kim danışdırır?

Razi Nurullayevi kim danışdırır?

AXCP sədri Əli Kərimli partiya funksionerlərinə gizli təlimat verib

Gözlənildiyi kimi, prezident seçkiləri ərəfəsində dağıdıcı müxalifət düşərgəsində davamlı şəkildə ziddiyyətlər səngiməməkdədir. Belə ki, aranı qarışdıraraq düşərgə daxilində özünə siyasi dividend axtaranlardan biri də AXCP sədri Əli Kərimlidir. Belə ki, "cəbhə" sədri yaxın ətrafına digər müxalifət partiyalarını kəskin tənqid, hətta təhqir etmək tapşırığını verib. Bununla bağlı AXCP-dəki etibarlı mənvədən əldə etdiyimiz xəbərdə bildirilir ki, "Yurd" rəhbəri öz tərəfdarlarına seçkiöncəsi digər müxalifət partiyalarını hədəfə almağı, davamlı qaydada ittiham etməyi tapşırıb.

"Milli Şura" ilə bağlı ortaya qoyulan mövqelər onsuz da gərgin olan müxalifətdaxili vəziyyəti tarıma çəkib

Artıq bununla bağlı ilk addım atılıb. "Cəbhə" sədrinin müavini Razi Nurullayev müxalifət mətbuatına, eləcə də digər media orqanlarına çıxaraq, bütövlükdə Müsavata, ADP-yə, AMİP-ə, ALP-yə və ACP-yə qarşı əks-mövqe ortaya qoyub. Adları çəkilən partiya rəhbərliklərinin R.Nurullayevin son açıqlamalarına hiddətli cavabları isə mövcud vəziyyəti daha da şiddətli hala sürükləyib. Xüsusilə, burada "Milli Şura" ilə bağlı ortaya qoyulan mövqelər onsuz da gərgin olan müxalifətdaxili vəziyyəti tarıma çəkib.

Məsələn, AXCP sədrinin müavini R.Nurullayev dağıdıcı düşərgədə baş verənləri təlimatlandırılmış vəziyyətdə şərh edərkən bildirib ki, "Milli Şura"nın yaranması ilə bağlı məsələlər ətrafında müzakirələr gedir. Lakin digər tərəfdən, AXCP funksioneri Ə.Kərimliyə siyasi dividend qazandırmaq məqsədilə guya partiya sədrinin bu istiqamətdə çabalar göstərdiyini önə sürüb.

Əli Kərimli bütün gizlinlərini açığa çıxarıb

R.Nurullayev ADP, ACP, ALP və AMİP-in "Milli Şura"nın heç də birləşdirici bir missiya daşıdığı qənaətində olmadıqları ilə bağlı qənaətlərinin olduğunu bildirməklə, Ə.Kərimli tərəfindən ona verilmiş tapşırığı dolayısı ilə sübuta yetirib. Məsələn, "cəbhə" rəsmisi deyib ki, bu, onların düşüncə tərzidir və nəyə görə bu qənaətə gəlirlər, onu deyə bilməz: "Amma bildiyim odur ki, AXCP bütün çağırışlarında tam səmimidir. Digər tərəfdən, "Milli Şura" təbii ki, bütün siyasi qüvvələrin maraqlarını eyni qaydada təmin edə bilməyəcək. Çünki baxışlar və yanaşmalar, siyasi mübarizə prinsipləri fərlqi ola bilər. Lakin dəyişiklik istəyən qüvvələr güzəştlərə də getməyi bacarmalıdırlar".

Bu kimi bəyanatdan da aydın görünür ki, digər müxalif partiyaları ikinci plana keçirən R.Nurullayev Ə.Kərimlinin "ana müxalifətçilik" mövqeyini ortaya qoymağa can atır. Ancaq bəlli olan budur ki, istər şəxsi, istərsə də "Milli Şura" ətrafında siyasi manipulyasiyalar sərgiləyən Ə.Kərimli bütün gizlinlərini açığa çıxarmış olur. Bu faktor isə onun səriştəsiz siyasətçi olmasını kifayət qədər təsdiq edir.

Afət TAHİRQIZI

Digər xəbərlər