PDF Oxu

Müxalifət

  • 8

"MİLLİ ŞURA" NOVXANIDA DƏFN OLUNDU!

"MİLLİ ŞURA" NOVXANIDA DƏFN OLUNDU!

"Milli Şura"nın mayın 28-də Novxanıda elan olunacağı böyük inam və iddialarla bəyan olunsa da, sıravi müxalifətçilər bunun da növbəti pafos və utopiya olduğunun şahidinə oldular. Belə ki, bu ilin oktyabrında keçiriləcək növbəti prezident seçkiləri ərəfəsi Kremlin qaranlıq siyasi dairələri tərəfindən sifariş olunmuş ideya elə ideya kimi də iflasa uğradı. Hətta "Milli Şura" nəinki təsis olunmağa vaxt tapdı, eləcə də mayın 28-də Novxanıda dəfn olundu. Bir sözlə, doğulmamış canını tapşıran "Mlilli Şura" ideyası düşərgənin dağıdıcı qanadında ciddi qarşıdurmalara səbəb olub. Əslində isə, ictimaiyyət bu kimi qarşıdurmalarıın baş verəcəyini sözügedən ideya ictimailəşdirildikdən proqnozlaşdırmışdır. Yəni nəticə etibarilə, bu gün AXCP-nin "EL"-in, Müsavatın, "Ziyalılar Forumu"nun, eləcə də "İctimai Palata"da təmsil olunan kiçik kəsimin reallaşdıra bilmədikləri ideya demək olar ki, bütün Azərbaycan müxalifət partiyaları tərəfindən qınanıldı. "Milli Şura"nın məqsədinin milli xəyanət olduğunu bildirən ADP, "Ümid", "Azadlıq" AMİP, "REAL" hərəkatı, VİP və digər partiyalar öncədən bəyanat verərək, həmin xəyanətin tərkib hissəsində rol oynamayacaqlarını vurğuladılar.

ACP "Milli Şura"dan son anda imtina edib

Qeyd edək ki, ACP sədri Sülhəddin Əkbər də son anda "Milli Şura"ya qatılmayacağını bəyan edərək, dolayısı yolla yaxasını kənara çəkib. Bir sözlə, "Milli Şura"nın elan olunması prosesinin ləngiməsinə səbəb müzakirə aparan tərəflərin qurumun xarici siyasət oriyentasiyası ilə bağlı ortaq məxrəcə gələ bilməməsi ilə bağılı olub. ACP sədri S.Əkbər Novxanıda Məmməd Əmin Rəsulzadənin abidəsi önündə keçirilən mərasimdə çıxışı zamanı qurumun elan olunmasının növbəti dəfə təxirə salındığını deyib. Maraqlıdır ki, "Milli Şura"dan son andaca imtina edən S.Əkbər bununla Rusiyanın qaranlıq siyasi dairələri ilə işləmək fikrindən vaz keçdiyini ortaya qoyub.

Digər tərəfdən, "EL" hərəkatı, AXCP və Müsavat təşkilatları arasında aparılan müzakirələrdə Müsavat başqanı İsa Qəmbər "Milli Şura"nın "nizamnaməsinə" "Milli Şura Avropaya inteqrasiyanın dəstəkləyən siyasi xətt yürüdür" müddəasının daxil edilməsini tələb edib.

Növbə düşərgədaxili aqressiya və didişmələrindir

Ancaq "EL" hərəkatının rəhbəri Eldar Namazov və müzakirələrə Rusiyadan selektorla qatılan Rüstəm İbrahimbəyov İ.Qəmbərin bu təklifinə qarşı kəskin iradlarını bildiriblər. Sonda mübahisələrə səbəb olan bu faktor qurumun elan edilməsi tarixini (hərgah bu da inandırıcı görünmür) qeyri-müəyyən dövrə qədər uzadıb.

Bu arada daha bir maraqlı nüans diqqətdən yayınmayıb. "EL" hərəkatı "Milli Şura"nın elan olunmasının təxirə salınmasına etiraz olaraq bəyanat yayıb. "EL" hərəkatının ali məclisi və idarə heyəti fövqəladə toplantı keçirərək, bəyanat yayıb. Sözügedən bəyanatda qeyd olunub ki, "EL" hərəkatı "Milli Şura"nın elan edilməməsindən böyük təəccüb və təəssüf hissi keçirir, eləcə də buna qarşı etirazlarını bildirirlər. Bəyanatda dolayısı ilə Müsavat başqanı İ.Qəmbərə də ismarıclar göndərilib. Belə ki, Müsavat başqanının müzakirələri pozmaqda günahlandıran E.Namazovun onu bağışlamayacaqlarını bəyan ediblər: "Bu gün (mayın 28-i) "Milli Şura" elan olunmalı idi. Bu işə mane olan hər kimsə və ya hansı qüvvələrsə, onlar tarix qarşısında cavab verəcəklər".

Artıq gözlənildiyi kimi, "Milli Şura" ideyasının fiaskosu dağıdıcı düşərgədə aqressiyaya və növbəti didişmələrlə öz nəticəsini tapıb. Belə didişmələrin və ziddiyyətlərin seçkilərə qədər artması isə getdikcə özünü daha çox büruzə verməkdədir.

Afət TAHİRQIZI

Digər xəbərlər