Hafiz Hacıyev: "Əli Kərimov və İsa Qəmbərov Azərbaycan cəmiyyəti üçün keçmiş qara tarixdir"
Uzun illərdir ki, Azərbaycanda "müxalifətçilik" edən radikallar hər bir beynəlxalq əhəmiyyətli tədbirlər, siyasi hadisələr zamanı müxtəlif anti-Azərbaycan dairələrin yardımı ilə hakimiyyətə gəlmək xülyası ilə ölkədə ictima-siyasi sabitliyi pozmağa cəhdlər göstərir. Lakin hər dəfə də bu cəhdləri uğursuz alınan dağıdıcılar və onları maliyyələşdirən qərəzli dairələr daha da aqressivləşərək, növbəti çirkin kampaniyalara start verirlər. Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev dağıdıcı müxalifətin kənar qüvvələrin dəstəyilə hakimiyyətə gəlmək məqsədində olduğunu bildirdi: "Bu prosesdə, konkret olaraq, nə Əli Kərimovu, nə İsa Qəmbərovu, nə də Rəsul Quliyevi legitimlik problemi düşündürür. Yəni əhalinin dəstəklədiyi siyasətçilər kimi, onların hakimiyyətə gəlmək şansları sıfıra bərabərdir. Çünki xalq tərəfindən tarixin arxivinə göndərilmiş bu şəxslər alınlarındakı satqınlıq damğası ilə insanların qarşısına çıxa bilməzlər. Bu pozucuların satqınlığını, xalqın və dövlətin düşməni olduğunu, milli maraqları şəxsi mənafelərinə qurban vermələri qarşıdakı növbəti prezident seçkiləri ərəfəsində də müşahidə edilməkdədir. Xarici anti-Azərbaycan qüvvələrinin ölkəmizdəki "beşinci kolon"u funksiyasını yerinə yetirən radikal müxalifət, xüsusilə də, Ə.Kərimov və İ.Qəmbərov min bir çirkin planlar qurmağa və onları reallaşdırmağa çalışsa da, bunların heç birinin əhəmiyyəti olmayıb. Mən haqsızlığa dözə bilmərəm. Əli Kərimov prezidentliyə namizəd olmaq istəyir. Mən xalqımı geylərin nümayəndəsinə necə satım? "İctimai Palata" deyilən qondarma bir qurum yaradıblar, orada təmsil olunanlar yalnız qohumları və kirvələrdir. Bu, Azərbaycan cəmiyyəti demək deyil. Bunun adını qoysunlar kirvələrdən və qohumlardan ibarət palata. Ona görə keçirdikləri mitinqlərə 300-500-dən artıq insan gəlmir. Bundan belə onlara meydan versələr belə, 100 nəfər toplaya bilməyəcəklər. Çünki nüfuzları hər gün getdikçə daha sürətlə azalmağa başlayır. Azərbaycan xalqı bilməlidir ki, millətə və xalqa xəyanət edən iki nəfər var - İsa Qəmbərov və Əli Kərimov".
"4 iyun qiyamı" ilə bağlı belə fikirlərin açıqlayan H.Hacıyev bu iki partiya sədrinin Rusiya təhlükəsizlik orqanlarının agenti olduğunu vurğuladı: "İsa nəinki Rusiyanın, İranın da agenti olub. 4 iyun hadisələrində Surət Hüseynovu qızışdıran bu iki şəxs idi. Onlar istəyirdilər ki, Elçibəy devrilsin, İ.Qəmbərov prezident, Ə.Kərimov isə baş nazir olsun. Yəni "Yurd"la "Müsavat" hakimiyyəti idarə etsin. Ancaq Ə.Kərimov və İ.Qəmbərov kimi əbləh, satqın, xalq xəyanətkarlarından heç vaxt dövlət rəhbəri olmaz. Kərimovun rəhbərlik etdiyi dəstə "Tbilisi" prospektindədir. Onların ətrafında olan insanlara səslənirəm: "Yazıqsınız, aldanmayın. Biz onlarla birgə işləmişik. Bu iki şarlatana inanmayın. Onlar siyasi oğrulardır. Xarici havadarları hesabına lüks həyat sürürlər. Övladları xaricdə təhsil alır. Onları xalq yox, şəxsi mənafeləri maraqlandırır".
R.Hüseynova