PDF Oxu

Müxalifət

  • 7

Rüstəm İbrahimbəyov və İsa Qəmbər savaşı başlayır

Rüstəm İbrahimbəyov və İsa Qəmbər savaşı başlayır

Niyaməddin Orduxanlı: "O düşərkənin namizədi prezident seçkilərinin güclü namizədi olmayacaq"

"Milli Şura" ideyası yaranandan bəri dağıdıcı, radikal müxalifət nümayəndələrinin aralarında mövcud olan qanlı mübarizə daha da kəskinləşib. Son zamanlar isə dağıdıcı müxalifətin vahid namizədi olmaq arzusuna düşən Rüstəm İbrahimbəyov isə aranı qızışdırıb. Belə ki, onun bu istəyi Müsavat başqanı İsa Qəmbər özündən çıxarıb və İ.Qəmbər R.İbrahimbəyova düşmən kəsilib. Bu münasibətlərin daha kəskin vəziyyət alacağı isə şübhəsizdir. Çünki məlumdur ki, "Milli Şura" ideyasını öncə dəstəkləyib sonra dəstəkləməyənlər artıq qruplaşıb və bu qruplar arasında anormal vəziyyətlərə start verilib. İ.Qəmbər R.İbrahimbəyova qarşı kampaniyaya başlamağı qərara alıb və onu daha da gözdən salmaq üçün ərtafına bu şəxsə düşmən olanları yığmağa başlayıb. AXCP sədri Əli Kərimov isə R.İbrahimbəyovun yanında İ.Qəmbəri, İ.Qəmbərin yanında isə R.İbrahimbəyovu söyməklə məşğuldur. Bu, satqın Ə.Kərimovun onların hər ikisinə quyu qazmaq istəyində olmasından xəbər verir.

Dağıdıcı düşərgədəki, gərgin vəziyyətə münasibət bildirən BAXCP sədrinin siyasi məsələlər üzrə müavini Niyaməddin Orduxanlı bu düşərgənin öz nüfuzunu tamamilə itirdiyini bildirdi:

- Rüstəm İbrahimbəyov siyasət adam deyil. Heç vaxt da siyasət adamı olmayıb. Onun bu bəyanatı çox gülüncdür. Belə bəyənatları ancaq özünü gülünc vəziyyətə qoymaq istəyən insan verə bilər. Bu bəyanatı verməklə, bir daha bunu sübut etmiş oldu ki, R.İbrahimbəyov nə etdiyini, nə düşündüyün bilmir. Görünür, Rüstəm İbrahimbəyovun 70 yaşa çaması ilə bağlı yaddaşı pozulub. O yadından çıxardıb ki, 1 il qabaq bəyanat verib bildirmişdir ki, heç bir siyasi iddiam yoxdur və mən siyasətlə məşqul olmuram. İndi nə baş verdi ki, radikal müxalifətin vahid namizədi olmaq iddiasına düşür? Bütün hallarda İbrahimbəyov namizəd olsa da və ya vahid namizəd olmuş olsa belə, bu, nəyisə dəyişməyəcək. O düşərgənin namizədi prezident seçkilərinin güclü namizədi olmayacaq. Kimin namizəd olmağından asılı olmayaraq, xalq radikal siyasətə dəstək vermir. Radikal siyasət 20 ildir özünü doğurultmur. Əksinə, bu illər ərzində bu siyasəti aparan şəxslərin sıraları xeyli dərəcədə zəyifləyib. Bu insanlar tamamilə nüfuzdan düşüblər, xalqın dəstəyini tam şəkildə itiriblər. Belə olduğu halda, onlar hansı namizədlikdən və ya uğurdan danışa bilərlər. Onların seçkilərdə hansısa uğur qazanmaları, ümumiyyətlə, xalqdan dəstək almaları qətiyyən mümkün deyil.

Sizcə, Müsavat başqanı İsa Qəmbər iddialarından geri çəkilib, siyaətdə heç bir rolu, yeri olmayan Rüstəm İbrahimbəyova güzəştə gedəcək?

Mən inanmıram ki, İsa Qəmbər 70 yaşlı qoca və heç vaxt siyasətlə məşqul olmayan, dövlət idarəçiliyində heç bir təcrübəsi olmayan şəxsə güzəşt etsin. Artıq bilrisiniz ki, Müsavat partiyasını rəhbər şəxsləri Rauf Arlfoğlu, Arif Hacılı , Pənah Hüseyn və digərlər "Milli Şura"ya qoşulmayacağını bildiriblər. İsa Qəmbər Əbülfəz Elçibəyin vahid namizədliyini qəbul etmədi. Baxmayaraq ki, Əbülfəz bəyin özü İsa Qəmbərə müraciət etmişdi. İsa Qəmbər heç bir halda onun namizədliyini qəbul etmədi. İnanmıram ki, bu gün, Elçibəyin namizədliyini qəbul etməyən İsa Qəmbər Rüstəm İbrahimbəyovun vahid namizədliyini qəbul edəcək.

Cahid Süleymanov

Digər xəbərlər