"Cəbhəçilərin" bölgə təxribatları ictimai rəyin kəskin narazılığına səbəb olmaqdadır
Dağıdıcı müxalifət "liderlərinin" bölgələrə səfər adı altında təxribatlar törətməyə cəhd göstərmələri ictimai rəyin, xüsusilə, regionlarda yaşayan çoxsaylı vətəndaşların kəskin etirazlarına səbəb olmaqdadır. Belə ki, rayon təşkilatlarında seçkilərərəfəsi toplantı keçirəcəklərini iddia edən AXCP rəhbərliyinin, onların azsaylı tərəfdarlarının sonradan milli mənəviyyata və əxlaqa zidd hərəkətlərə yol vermələri dəfələrlə öz təsdiqini tapmışdır. Buna misal Yardımlıda və Ağdaşda baş verən hadisələri xatırlamaq olar. Həmin ərəfələrdə də "cəbhəçilər", xüsusilə AXCP sədrinin müavini Fuad Qəhrəmanlı keçirdikləri "toplantıların möhtəşəmliyini" təmin etməkdən ötrü bir neçə sakini aldadaraq, onlara vəd etdiyi pulları verməyərək aradan çıxmışdı.
"Cəbhəçilər" tələblərə etiraz edərək, " müşavirə" keçirdiklərini qarşı tərəfə istehza ilə bildiriblər
Bu amil AXCP -nin Sabirabad, Ağstafa, Lənkəran və bir neçə başqa rayonlarda keçirdiyi "müşavirələrində" də baş vermişdir. Əldə etdiyimiz məlumata görə, "cəbhə" sədrinin müavini Fuad Qəhrəmanlı, rəyasət heyətinin üzvləri Asif Yusifli və Mənsum Bayramov Lənkəran şöbəsinin funksioneri Nazim Həsənovla görüşərək, onun evində yeyib-içmək məclisi düzənləyiblər. Toplantı adı altında baş tutan bu görüş sonradan əxlaqsız qadınların N.Həsənovun evinə dəvət olunması ilə davam etdirilib. Nəticədə həmin ünvanda yaşayan məhəllə sakinləri AXCP-çiləri həmin ərazini tərk etməyə səsləniblər. Lakin "cəbhəçilər" bu tələblərə etiraz edərək, sakinlərə " müşavirə" keçirdiklərini qarşı tərəfə istehza ilə bildiriblər. Məhz həmin amildən sonra haqlı olaraq hiddətlənən ictimaiyyət onları həmin ərazidən - N.Həsənovun evindən çıxmaları üçün hərəkətə keçməyə məcbur olublar.
"Azadlıq" qəzetində hadisələri olduğu kimi işıqlandırmayan funksionerlər guya təzyiqlə üzləşdiklərini iddia edirlər
Bunu görən AXCP funksionerləri əhalinin üzərinə yürümüş, vətəndaşları küçə ifadələri ilə təhqir etmişlər. Bundan sonra isə daha maraqlı fakt üzə çıxmışdır. Belə ki, vəziyyətin onların xeyrinə olmadığını görən Əli Kərimlinin müavini Fuad Qəhrəmanlı və Mənsum Bayramov gəldikləri avtomobilin şüşələrini sındırmış, maşının ön və yan hissələrini ağaca çırparaq əziblər.
Göründüyü kimi, artıq, aldıqları təlimatlara əsasən, ölkənin bölgələrində təxribatlar törətməyə cəhd edən AXCP rəhbərliyi milli əxlaqa, mənəviyyata sığmayan davranışları ilə yanaşı, həm də ləyaqətsizlik hallarına rəvac verirlər. "Azadlıq" qəzetində hadisələri olduğu kimi işıqlandırmayan funksionerlər guya təzyiqlə üzləşdiklərini iddia edirlər. Guya Lənkərana buraxılmadıqlarını deyən "cəbhəçilər", əslində, Lənkəranda olduqlarını cəmiyyətdən gizlətməyə çalışmaqla təxribatlarını pərdə arxasına keçirirlər. Ancaq faktları və hadiəsləri ictimaiyyətdən gizlətməyin qeyri-mümkün olmadığını dərk etməyən AXCP rəhbərliyi son anda ifşa olunurlar. Belə mənəviyyatsız təxribatların qarşısını isə, əlbəttə ki, dövləti və dövlətçilik dəyərlərini müdafiə edən dövlətlə vəhdətini. Vahidliyini göstərən xalq alır. Çünki xalqın haqlı etirazları və hiddəti qarşısında dayanmaq AXCP rəhbərliyi kimi xəyanətkar ünsürlərin gücündə deyil.
Mübariz QULİYEV