Erməni xislətli personların "Milli Şura" ideyası arxasında pərdələnməsi azından əski "Milli Şura" öndərlərinin ruhuna təhqir, onların ayağına yağ sürtənlərin mövqeyi isə "Milli Şura"nın elan etdiyi cümhuriyyət liderlərinin ruhuna xəyanətdir.
Mövqelər ilk gündən haçalanıb...
Məlum olduğu kimi, AMİP lideri Etibar Məmmədov, baş ümidçı İqbal Ağazadə, "Yaşıllar" Partiyasının sədri Mais Güləliyev, Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev, Azadlıq partiyasının sədri Əhməd Oruc və başqaları "Milli Şura" ideyasına qarşı çıxıblar. Tərəddüd edənlər də kifayət qədərdir.Müsahibəsinin bir abzasında xalqın taleyi üçün məsuliyyət daşıdığını 2 dəfə vurğulayan, qurumun üç əsas təsisçisindən olan Müsavat partiyasının ikinci yetkilisi, icra aparatının ambisiyalı rəhbəri Arif Hacılı ilk gündən çığallığa başlayıb. Qurumun gələcəyinə nikbin baxmadığını açıq ifadə edən Hacılı özünü uzaqgörən kimi göstərməyə çalışsa da, əslində, uzağı görmədiyini ortaya qoyur. Elektorat arasında şübhə toxumları yaymağa cəhd etməklə, ilk addımlarını atan milli birliyi zərbə altında qoyduğunun, diktaturaya xidmət etdiyinin fərqinə varmır: "Mən Rəsulzadə-Elçibəy ideyalarını seçmiş, xalqın gələcəyi üçün məsuliyyət daşıyan adamam. Buna görə də hansısa qurumda kimlərlə birlikdə təmsil olunmaq mənim üçün əhəmiyyətlidir".
Boğazdan yuxarı danışmağın bədəli
Müsavat funksioneri gülüşdoğurucu iddialar da səsləndirib: "Milli Şura"da, nəyin bahasına olursa-olsun, hakimiyyətə gəlməyə çalışan şəxslər var". Amma belə bir sualla tet-a-tet qalacağını fikirləşmir ki, sən özün nə üçün çalışırsan? Yəqin mitinqlərdə dəfələrlə səsləndirdiyi bu sözləri unudub: "Bizim məqsədimiz hakimiyyətə gəlməkdir. Çünki hakimiyyətə gəlmədən Müsavat ideyalarını gerçəkləşdirmək mümkünsüzdür". Deməli, adam nə danışdığının da fərqini bilmir".Şübhəsiz, siz də razılaşarsınız ki, boğazdan yuxarı danışan insanlar sivil demokratiya yönündə mücadiləyə qatılan hər hansı qurumdan uzaq olmağı daha faydalıdır.Daha qəribə və maraq doğuran hal burasıdır ki, bir özü və bir portfelindən ibarət olan "cırtdan" partiyaların rəhbərləri də analoji bəyanatlarla çıxış edirlər. Etiraf etməsələr də, buna əsas səbəb onların şuraya üzv qatılmasına dəvətli olmamasıdır.
Erməni, slavyan və yevroşayanlığın aqibəti
Belə götürdükdə, Müsavat partiyasının "Milli Şura" ilə bağlı mövqeyində elə əvvəldən müəyyən təbəddülatlar nəzərə çarpırdı. Bu məqamı başqan özü də bir neçə müsahibəsində dilə gətirmişdi. "Yeni Müsavat" qəzeti, hətta yeni birliyin əleyhinə yazılar dərc edirdi. Həmçinin, qurumun çümhuriyyətin ildönümündə elan olunacağı qərarının dondurulması da Müsavatın "xidməti" idi.Müsavatı daha çox narahat edən prezidentliyə namizədlə bağlı aparılan diskussiyalardır. "Milli Şura"nın təsisçiləri davamlı şəkildə mətbuata açıqlamalar verərək prezident seçkilərinə vahid namizədlə gedəcəklərini bəyan edirlər. İsa Qəmbər müzakirələrin nəticəsini gözləmədən prezidentliyə namizədliyini irəli sürdü. Artıq seçicilərlə görüşlərə də qatılır. Bu, Müsavat başqanının prezidentliyə namizəd olmaqdan imtina etmək düşüncəsində olmadığının sübutudur. "Milli Şura"nın daha çox Rüstəm İbrahimbəyova stavka etməsi müsavatçıları qıcıqlandırır. Bu da təbii, psevdosiyasətçinin erməni, slavyan və yevroşayan olmasından irəli gələn reallıqdır.
Qərbin, Şərqin, Marsın, Yupiterin adamı...
Əlbəttə, bütün müsavatçılar Arif bəyin fikrini bölüşməyə başlasa, onda "Milli Şura"sının mövcudluğunun sual altına düşəcəyi labüddür. Çünki Müsavatın müxalif düşərgədə ən böyük aparıcı qüvvə olduğu danılmaz faktdır."Milli Şura"da baş verənlərlə bağlı politoloq Zərdüşt Əlizadə maraqlı açıqlamalar verib: "Arif Hacılını danışdıran İsa Qəmbərdir. "Milli Şura"ya qoşulduqdan sonra öz müavinləri və tərəfdarları vasitəsilə qurumu Rusiyaya işləməkdə ittiham etdirir". Sosial-demokrat Pənah Hüseynlə Arif Hacılının İsa Qəmbərin tapşırıq və göstərişlərini yerinə yetirdiyi, müstəqil siyasətçi olmadıqlarını açıqlayıb: "Əgər İsa Qəmbər hesab edirsə ki, "Milli Şura" rusmeyillidir, o zaman deyə bilərdi ki, mən Qərbin, Şərqin, Marsın, Yupiterin adamıyam və "şura"da təmsil olunanlarla birlikdə ola bilmərəm. Təəssüf ki, o, qeyri-səmimi siyasətini bu gün də davam etdirir".
..."Milli Şura"nı həmin an tərk edəcəyik"
"Milli Şura" ideyasına ilk mənəvi dəstək verənlərdən biri də hələ də tərəddüdlər pəncəsində çapalayan Vətəndaş Həmrəyliyi partiyasının sədri Sabir Rüstəmxanlıdır. Sabir bəy "Milli Şura" ətrafında gedən proseslərə münasibətinə "Yeni Müsavat"da aydınlıq gətirib: "Mən bu gün "Milli Şura"da yox, Milli Məclisdəyəm. Hələlik, "Milli Şura"da VHP təmsil olunacaq. İndiki mərhələdə təmsilçiliklə bağlı dəqiqləşdirmələr aparılır. Ancaq proseslərə qatılmalı olsaq, müəyyən şərtlər daxilində qatılacağıq. Əgər "Milli Şura"da hər hansı xarici dövlətin maraqlarını təmsil edən şəxslər olsa, hər hansı xarici dövlətin diktəsi hiss edilsə, təbii, biz partiya olaraq, həmin an "Milli Şura"nı tərk edəcəyik.
Müsavata qurulmuş tələ
Qeyri-rəsmi məlumatlara görə, Əli Kərimli İbrahimbəyovdan vahid namizədliyin xeyir-duasını alıb: "AXCP funksionerlərinin "Milli Şura"nın əhəmiyyətini azaldan yazıları Müsavata qurulmuş tələdən başqa bir şey deyil. Onlar sıradan daha çox müsavatçının "Milli Şura"nı tərk etməsinin intizarındadır. Gözlənilən fiqurlar da istefa verdikdən sonra Əli Kərimlinin qaubitsa təbliğatı hərəkətə gətiriləcək. Müsavatın tam heyətdə "Milli Şura"da təmsilçiliyi AXCP-yə sərf etmədiyi üçün Müsavatda pərakəndəlik yaratmağın fürsətində, KXCP-dən qopardığı fraksiyanın naloqunu Müsavata da yaşatmaq niyyətindədir". Məlumatda belə deyilir". İndi Müsavat dilemma qarşısında vurnuxur: ya "Milli Şura"ya girib prezident seçkisinə qatılmaq iddiasını kənara qoymalı, ya MŞ-nı tərk etməlidir. Razılaşaq ki, sonuncu hal növbəti birlik ideyasının da fiaskoya uğradılması anlamını verərdi.Arif Hacılının "Milli Şura"dan imtina edirəm" açıqlamasına AXCP-dən susqun reaksiyanın nədəni də bəlli olmaqdadır. Xatırladaq ki, AXCP rəyasət heyətinin üzvü Seymur Həzi "Azadlıq" qəzetindəki şərhində "Milli Şura"nın "sosial sifariş" olmadığını bildirmişdi. Bu, AXCP-nin də "Milli Şura"ya sıcaq münasibət bəsləmədiyi təsiri bağışlayır. Amma ilk baxışda belə görünür.
Gizlənpaç oyunu
Qaldı ki, Arif Hacılının "Milli Şura"nı bombardman etməsi ciddi yanaşmadan yox, bəhanələr toplamından xəbər verir. Hər halda "Milli Şura"dan imtina edirəm" deyib, ertəsi gün bunu təkzib etmək, xəbəri yaymış saytı suçlamaq, bir gün sonra yenidən "əgər belə olsa, şuradan imtina edəcəyəm" hərdəmxəyallığı qeyri-ciddiliyin təzahürüdür. Hazırda MŞ ətrafında gündəmi zəbt etmiş iki vizual reallıq görünür. İlkinc reallıq bundan ibarətdir ki, Müsavat-"Milli Şura" münasibətləri başqanın tövsiyəsilə ortaya atılmış gizlənpaş oyunundan savayı bir şey deyil. Oyunun başqa parametrləri də gündəmə gəldiyi üşün bu barədə danışıb, oxucuları yormaq istəməzdik. Fəqət, burasını vurğulamaq zərurəti yaranır ki, aparat rəhbəri bütün diqqətini İsa Qəmbərin seçki qərargahına yönəldəcəksə, deməli, İsa Qəmbər seçkilərdə heç kimə güzəştə getməyəcək və kampaniyada Müsavat başqanı olaraq iştirak edəcək. Təbii ki, ölkənin sağlam intellektual kəsimi vəziyyətin bu şəkil almasını qətiyyən arzulamazdı.
Ölən kimdir?..
O biri reallıq isə bəlkə də dünyaya göz açdığı andan ermənizmə yoluxmuş qondarma "Milli Şura" rəhbərliyinin palaz-palaz müsahibələrindən elə fon yaradılır ki, guya seçkinin taleyi bu qurumun divarları arasında və yaxud xarici qüvvələr müstəvisində həll olunur. Bu yurdun çörəyini, havasını və suyunu ermənişayanlara haram buyuran elektoratı heç vecinə alan yoxdur. Ən yaxşı halda belə görüntü yaradılır ki, məmur özbaşınalığından boğaza yığılmış elektoratla heç bir problem yaşana bilməz.Amma fil qulağında yatdığının fərqində deyil. Yəni fərqində deyil ki, xalq ömrü boyu ermənilərə isti münasibətdə bulunan, onların daşnak vandalizmləri haqqında inadlı susqunluq nümayiş etdirən hər bir nankor soydaşının kimliyini diqqətdə saxlayır. Bu səbəbdən də, "Səhranın bəyaz günəşi" filmində türkləri təkcə bir-birinə deyil, həm də bir rus mujikinə qırdıran R.İbrahimbəyov və anasının doğma dilində sərbəst danışa bilməyən Eldar Namazov bir də onda ayılacaqlar ki, ölən elə onlar özü imiş.Allah lənət eləsin türkün çörəyini yeyib üzünə asi olanlara, qanını töküb də içənlərə!..
Vəli Səmədli,
Nadir Hüseynzadə