PDF Oxu

Müxalifət

  • 14

Prezidentlərin növbəti görüşü nə vəd edir?

Prezidentlərin növbəti görüşü nə vəd edir?

Elşad Mirbəşiroğlu: "Dağlıq Qarabağ münaqişənin həlli ilə bağlı canlanmanın yaranması ehtimalları mövcuddur"

Uzun illərdir Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistan işğalçılıq siyasətindən əl çəkmir. İğalçı ölkənin cəzasız qalması isə beynəlxalq hüquq prinsiplərinə ziddir. Bu günə qədər Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycan və Ermənistan prezidentləri, eləcə də xarici işlər nazirləri səviyyəsində görüşləri keçirilib. Təəssüf ki, görüşlər münaqişənin müsbətə doğru hər hansı bir irəliləyişlərin olmasına təsir etməyib. Bu da Ermənistanın qeyri-konstruktiv mövqe sərgiləməsi ilə bağlıdır. Yaxın vaxtlarda Azərbaycan və Ermənistan prezidentlərinin görüşü nəzərdə tutulur. Əgər görüş baş tutarsa münaqişənin həllinə hər hansı bir müsbət təsiri ola bilərmi?

Məsələyə münasibət bildirən politoloq Elşad Mirbəşiroğlu "Səs" qəzetinə açıqlamasında bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində keçirilən sonuncu Kazan görüşündən sonra Azərbaycan və Ermənistan prezidentləri səviyyəsində görüş keçirilməyib: "Ümumiyyətlə, bu gün Dağlıq Qarabağ münaqişəsində irəliliyə doğru heç bir ciddi dəyişiklik yoxdur. Yəni, ATƏT-in Minsk Qrupu həmsədrləri tərəfindən adı çəkilən münaqişə ilə əlaqədar olaraq real hər hansı bir təklif irəli sürülmür. Baza prinsipləri ətrafında tərəflərin razılaşmalı olması təklifi səsləndirilir. Bu da diplomatik ritorikadan başqa bir şey deyil. Amma son vaxtlar yadda qalan bir hadisə baş verdi. Yəni, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ilə ABŞ dövlət katibi Con Kerri arasında Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ətrafında müzakirələr aparılıb".

ABŞ-ın ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biri olduğunu xatırladan siyasi ekspert deyib ki, bu baxımdan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hər hansı bir canlanmanın yaranması ehtimalları da mövcuddur: "Çünki bu müzakirənin ardınca Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində yenidən Ermənistan və Azərbaycan prezidentlərinin növbəti görüşünün keçirilməsinin gündəmə gəlməsi çox güman ki, müəyyən irəliləyişlərin olacağı haqqında ehtimallar irəli sürməyə əsas verir. Amma bildiyiniz kimi, Ermənistan ən vacib anlarda məntiqsiz qeyri-konstruktiv addımları ilə hər zaman nəzəri cəlb edir. Bu baxımdan, hər şey Ermənistan tərəfinin davranışlarından asılı olacaqdır".

GÜLYANƏ

Digər xəbərlər