PDF Oxu

Müxalifət

  • 31

Ədalətdən uzaq qurum - "Freedom House"

Ədalətdən uzaq qurum - "Freedom House"

Musa Quliyev: "Hər kəs bu məlumatların yalan olmasını bilir""

Rauf Zeyni "Bizə artıq aydındır ki, "Freedom House" ədalətsiz, doğru olmayan, əsassız bəyənatlar yaymaqla məşğul olur"

"Freedom House"un növbəti yalan, qeyri-səmimi, reallıqdan uzaq olan bəyənatı Azərbaycanda ictimaiyyət tərəfindən qınaq obyektinə çevrildi. Çünki xalqımız bundan öncəki bəyənatlar kimi, bu bəyənatın da yalan olmasına etiraz edərək, bir daha sübut etmiş oldu ki, Azərbaycanda bütün sahələrdə yüksək səviyyəli inkişaf davam edir və heç bir hüquq və azadlıqla bağlı problem yoxdur.

"Freedom House""un yaydığı bu yalan bəyanata münasibət bildirən müsahiblərimiz, "Freedom House" növbəti dəfə Azərbaycanla bağlı qeyri-real hesabat yayıb və bu hesabatda iddia olunur ki, güya Azərbaycanda insan hüquqları və vətəndaş cəmiyyəti inistutlarına qarşı təzyiqlər olunur. Bu cür anormal və reallığı əks etdirməyən hesabatı necə şərh edərdiniz" sualını müsahiblərimiz belə cavablandırdılar.

Millət vəkili

Musa Quliyev:

- Son dövrlərdə Azərbaycanın beynəlxalq səviyyədə keçirilən forumlara, mədəniyyət və idman yarışlarına ev sahibliyi etməsi ölkəmizi sevməyənləri qıcıqlandırır və onlar yalan, qeyri-real bəyənatlar yaymaqla öz düşmənçilik mövqelərini bir daha bəlli edirlər. Bütün bunlar isə dünya ictimaiyyəti tərəfindən ciddi qəbul edilmir. Çünki hər kəs bu məlumatların yalan olmasını bilir. Bir daha qeyd edim ki, Azərbaycanın hərtərəfli inkişafı və beynəlxalq nüfuzunun artmasına qısqanclıqla yanaşan bəzi xarici təşkilatlar və qurumlar ölkəmizin reallıqlarını təhrif etmək, onunla bağlı beynəlxalq aləmdə yanlış rəy formalaşdırmaq cəhdlərini davam etdirirlər. Lakin əmin olsunlar ki, heç nəyə nail olmayacaqlar. Onu da bildirim ki, bu gün QHT-lərin, o cümlədən, gənclər sahəsində fəaliyyət göstərən QHT-lərin fəaliyyətinə və ümumiyyətlə bütün sahələrə dövlət qayğısı mövcuddur. Ölkə əhalisinin sosial şəbəkələrdən tam sərbəst istifadəsi, internet qəzet və televiziyaların sayının artması, vətəndaş cəmiyyəti institutlarının sərbəst fəaliyyəti ölkəmizdə bütün sahələrdə sürətli inkişafdan xəbər verir. Bunları nəzərə alaraq, deyə bilərik ki, "Freedom House" bundan öncəki bəyanatları kimi bu bəyanatında da ciddilikdən, səmimilikdən, reallıqdan çox uzaqdır.

Beynəlminəlçi Döyüşçülər Fondunun prezidenti

Sərraf Orucov :

-Sübhəsiz ki, "Freedom House""un yaydığı bu bəyanat həqiqəti əks etdirmir. Belə bəyanatları bu qurum əvvəllər də yayıb. Bu cür yalan bəyanatlar Azərbaycanın müstəqilliyini istəməyən, ölkəmizin gündən-günə sürətli inkişafını gözü götürməyən, xalqımıza düşmən olanların yaydığı bəyanatlardır və əsassızdır, böhtandır. Bu qurumun gözü kor olub. Nə yazdığını, nə gördüyünü bilmir. Avropanın bəzi ölkələrində və eləcə də dünyanın bir çox yerlərində insan hüquqlarının qorunması ilə bağlı böyük problemlər var. "Freedom House"" isə bunu görmək istəmir. Lakin insan hüquqlarının qorunması məsələsində və vətəndaş cəmiyyəti inistutlarının çox rahat şəkildə və heç bir təzyiqə məruz qalmadan fəaliyyət göstərdiyi Azərbaycanda bu məsələlərlə bağlı yalan bəyanat yayması çox təəssüfedici haldır. Biz bir təşkilat olaraq hər zaman belə bəyanatlar qarşısında öz etirazımızı bildirmişik və bundan sonra da bildirəcəyik.

Milli QHT forumunun prezidenti

Rauf Zeyni:

-Bu qurum öz qeyri-ciddi, qeyri-səmimi bəyənatlarını verməkdə davam edir. "Freedom House"" qeyri-peşəkar və ədalətsizdir. Əvvəla, onlar bilmirlər ki, dəyərləndirməni hansı meyarlar əsasında aparmaq lazımdır. Onlar, həmçinin, bilmirlər ki, nələrisə dəyərləndirdikdə, bəyanatlar verdikdə, obyekdiv olmaq və ədalət pirinsipinə əməl etmək lazımdır. Bunları bilmədən özbaşına, düşmənçilik mövqeyində dayanaraq belə bəyanatlar vermək, səsləndirmək təbii ki, reallıqdan uzaqdır. Bizə artıq aydındır ki, "Freedom House"" ədalətsiz, doğru olmayan, əsassız bəyanatlar yaymaqla məşğul olur. Bunların məqsədi tamamilə başqadır. Onları insan hüquq və azadlıqları, vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti qəti maraqlandırmır. Maraqlandırsaydı, döğru-dürüst araşdırmalar aparar və bu cür yalan bəyənatlar verməkdən çəkinərdilər. Əgər bu qurumun ədaləti varsa, niyə ölkəmizdə olan 1 milyondan çox qaçqınların düşmən dövlət tərəfindən hüquqlarının pozulmasına və ərazilərimizin işğalına qarşı öz səsini çıxarmır. Niyə bu təşkilat BMT-nin Ermənistanın işğal olunmuş torpaqlarımızdan çıxarılması ilə bağlı qətnamələrinə münasibət bildirmir və onları bu qətnamələrə əməl etməməkdə günahlandırmır?! Ümumiləşdirərək bildirim ki, "Freedom House" və ya başqa bir beynəlxalq qurum ədalət, haqq axtarırsa, ilk növbədə, Azərbaycanın qaçqın, məcburi köçkün vətəndaşlarının düşdüyü duruma diqqət yetirməlidir. Onlar öz dədə-baba torpaqlarına gedə bilməyən insanlarımızın ən sadə haqqının uzun illərdir pozulduğunu qulaqardına vurmamalıdırlar. Bütün bunlar bir daha "Freedom House""un nə dərəcədə qeyri-səmimi olmasını əks etdirən faktlardır. Onu da qeyd edim ki, Azərbaycan dövləti insan hüquq və azadlıqlarının qorunması ilə bağlı dəfələrlə qanunlar, qərarlar qəbul edib və bu istiqamətdə bütün yüksək səviyyəli işlərin görülməsini təmin edib. Bu işlər vətəndaş cəmiyyətinin inkişafında çox böyük irəliləyişlər yaradıb. Niyə bunları "Freedom House"" görmür?! Məhz buna görə də bütün bu hesabatlar və məlumatlar qərəzli yanaşmanın məhsulu olduğu üçün reallığı əks etdirmir və "Freedom House" kimi təşkilatların belə hesabatları ciddi qəbul edilmir.

Cahid Süleymanov

Digər xəbərlər