PDF Oxu

Müxalifət

  • 22

Əli Kərimli ciddi fakt qarşısında ağır zərbə alıb

Əli Kərimli ciddi fakt qarşısında ağır zərbə alıb

AXCP sədri Əli Kərimlinin yürütdüyü xəyanətkar siyasət, onun "cəbhəni" əqidəsizlik və əxlaqsızlıq yuvasına çevirməsi partiyanın fəal üzvlərinin narazılıqları ilə qarşılanmaqdadır. Buna misal kimi, vaxtilə partiyanın ən fəal üzvlərindən olan müxtəlif tədbirlərdə Ə.Kərimliylə yanaşı görünən, işlətdiyi hər cümləsində hakimiyyəti hədəf kimi seçən Kəmalə Bənənyarlı da məhz bu kimi faktları əsas gətirərək, partiyadan istefa verdi. O, bu addımını belə əsaslandırdı: "Məni AXCP-dən didərgin saldılar. Təklikdə bir-bir kimsəyə izahat verəsi deyiləm. Bütün olanları deyərək AzərbaycanXalq Cəbhəsi Partiyasını tərk edirəm..."

"Məcbur etməsin deyim ki, siyasi yolla Fransaya necə adamlar aparmaq istəyiblər və daha sonra nələr olub"

K.Bənənyarlı eyni zamanda partiya daxilində ona qarşı başladılmış hücumlardan danışıb və "cəbhəçilər"in şərəfsizliklərini açıq şəkildə üzlərinə deyib: "Bir qrup sərəfsiz və nankor tərəfindən adıma olmazın sözlər deyildi - guya mən AXCP-yə gələn qadınları pis yola dəvət edib evimdə varlı kişilərlə görüşdürürəm, özum bir nəfərlə yaşayıram. Şərəfiniz olsun, ay sərəfsizlər, mən evli qadınam. Lap evli olmasam belə, mənim 14 yaşında qizim var evimdə."

Ümumiyyətlə, eks-cəbhəçi ona qarşı çirkin oyunlarda iştirak edən AXCP üzvlərinə ultimatum verib və bildirib ki, "cəbhəçilər" qondarma siyasi fəaliyyətlərini əqidə uğrunda deyil, xaricdə sığınacaq tapmaqdan ötrü qurublar: "Mənə şər atanlar məni məcbur etməsin deyim ki, siyasi yolla Fransaya necə adamlar aparmaq istəyiblər və daha sonra nələr olub. O, xanımlar varsa, mən bu hərəkəti etmişəmsə çıxıb cavab verməsələr, sərəfsizdirlər!"

"Əbulfəz Elcibəyin borclarını Türkiyədə yaşayan dostları bağladı"

Əli Kərimlinin sabiq tərəfdarı xəbərdarlıq edib ki, çox danişsa, bu, başqaları üçün pis olar. Belə ki, Bənənyarlı AXCP sədrinin də bostanına daş atmış olub. O, bununla bildirib ki, Elçibəyin borclarını Ə.Kərimli deyil, məhz Tükiyədə yaşayan dostları bağlayıb: "Mənim borclarım bir qrup adam tərəfindən muzakirəyə çevrildi, guya camaatı aldadıb pullarını əllərindən almişam...Çətin günlərimdə gülən, mənə böhtanlar yağdıran adamlar, bilin ki, pul çox şeydir amma hər şey deyil! Buradan açıq şəkildə bəyan edirəm kimsənin önündə başıaşağı qalmayacam. "Bankrot" vəziyyətinə duşənə qədər işlədiyim adamlarin hamısına qazancın 20-30 faizini vermişəm. Yəni kimsə deyə bilməz ki, haqqı məndə qalıb, cüzi qalıbsa da, mütləq qaytaracam!Yaxud da kimsə mənə nəsə vəribsə, borc verib, guya mənə yardımlar gəlirmiş - hamısı yalandır. Şükür, bu gun yenə də ayaqdayam, mən yıxılan adam deyiləm, tezliklə hesablaşacağıq! Bu gün mənə pislik edən adamlar bir gun məndən utanacaq!..Əbulfəz Elçibəyin borclarını Türkiyədə yaşayan dostları bağladı".

RƏFİQƏ

Digər xəbərlər